24 in 12:21aktual

“Qarabağ” kubokuna qovuşdu


AFFA mükafatlandırmaya adam göndərmədi
Pandemiyaya görə premyer-liqa başa çatdırılmadı. Qaldığı yerdə tamamlandı və 20 turun göstəricilərinə əsasən “Qarabağ” ardıcıl 7-ci çempionluğu (ümumilikdə 8-ci) heç kimə güzəşt etmədi. “Neftçi” gümüş, “Keşlə” bürünc medallara sevindi.
Əvvəlki illərdə medalların təqdimat mərasimi sonuncu turdan dərhal sonra, yəni əcnəbi məşqçi və futbolçular ölkələrinə yollanmamış baş tutardı. Lakin hazırkı durum PFL-i bir qədər diqqətli davranmağa məcbur edirdi. Axı kütləvi idman yarışlarının və tədbirlərinin keçirilməsinə icaə yoxdu. Odu ki, çempionatı təşkil edən və keçirən qurum ideya irəli sürmüşdü.
“Qarabağ”ın rəhbər şəxsləri, baş məşqçi və iki futbolçu “Azərsun Arena”nın meydanına ayaq bassın, sosial məsafə saxlanılsın və kubok təqdim olunsun. Yəni 5-10 dəqiqəlik tez-tələsik mərasimlə işi bitirmək lazım idi. “Qarabağ”, demək olar, tam tərkibdə idi. Klubun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və Mahir Əmrəli. Yəni orda olması vacib kim idisə, hamısı gəlmişdi. Başqaları məlumdu, Rəşad kuboku PFL prezidenti Ramin Musayevdən almaq üçün təşrif buyurmuşdusa, Mahir ən sərrast futbolçu qismində ordaydı. Tədbirin ən təəccüblü məqamı AFFA-dan bir nəfərin də Suraxanının yolunu tutmamasıydı. Halbuki əvvəlki illərdə Rövnəq Abdullayevlə Elxan Məmmədov iştirak edirdi. İştirak etmək borclarıdı, onlar olmadığı halda başqa rəsmilərin...
PFL rəsmilərinin iştirakçılar üçün ara məsafəsi yaratmaq cəhdi azı 5 dəqiqə vaxt aldı. Ardınca gözlər Ramin Musayevə dikildi. O öncə Mahirə bombardirlik kuboku təqdim etdi, çox keçmədən “we are the champions” mahnısının sədaları altında çempionluq kuboku Rəşad Sadıqova təqdim olundu. Rəşad Tahir Gözələ ötürdü, Tahir bəy Əmrah Çəlikələ, Çəlikəl Qurban Qurbanova və beləcə qənimət əllərdə gəzdi. Yekunda adı çəkilən iki futbolçu kuboku tribunanın önünə aparıb yerə qoydular və bununla formal qaydada “qızıl” sevincini azarkeşlərlə bölüşmüş oldular.
Azərbaycanda hələ bur cür səssiz və mənasız təltifat mərasimi olmamışdı. Allah uzaq eləsin, tədbirdəki susqunluq, ara məsafəsinin saxlanılması yas mərasimini xatırladırdı. Baxmaqdan və “tanrı bizi daha betərindən qorusun” deməkdən başqa çarəmiz yox idi.Tədbirin rəsmi hissəsi başa çatandan sonra Tahir Gözəl Qurban Qurbanovla, həmçinin klubun idarə və texniki heyəti ilə görüşərək çempionluq münasibəti ilə təbrik etdi, növbəti mövsüm üçün tövsiyə və tapşırıqlarını verdi.
Hə, az qala yadımdan çıxacaqdı. Tədbirin başlaması 19.00-da nəzərdə tutulsa da, bir qədər gecikmə oldu. Buna səbəb “Qarabağ”ın ehtiyat meydanda məşq etməsi və məşqdən dərhal sonra mərasimdə iştirak edəcək şəxslərin paltarlarını dəyişməsi üçün vaxta ehtiyac duyması idi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar