22 in 11:39aktual

Kamranın iradı məşqçilərini dilə gətirdi


Ağasəlim Mircavadov: “O özü hamıdan gizlənir”
İslam Kərimov: “Allaha and olsun, məni nəzərdə tuta bilməz”

Uzun müddətdi mətbuatdan uzaq gəzən, stadionlarda görünməyən, telekanallara çıxmaqdan imtina edən Kamran Ağayev susqunluğu qəzetimizin ötən sayına verdiyi müsahibə ilə pozdu. Düzdü, ərköyün qapıçının hər müsahibəsi diqqətçəkən olur. Lakin bu dəfə Elxan Məmmədovla üz-üzə gəlmək istəmədiyindən tutmuş onun hesabına özünü reklam edənlərə qədər çox şeydən danışdı.
Daha bir xüsusi açıqlaması isə onu Kamran edən məşqçilər haqda dediyi iki-üç cümlə idi: “Karyeramın zirvə vaxtında hər kəs deyirdi ki, Kamran mənim yetirməmdi, onu Azərbaycan futboluna mən bəxş etmişəm. İndi hardadı həmin dırnaqarası mütəxəssislər? Niyə biri zəng vurub maraqlanmır ki, yetirməm dediyi oğlan hardadı, nə iş görür?”
Olduqca səs-küylü ittihamdı, maraqlı replikadı. İslam Kərimov indiyə kimi Kamranı Azərbaycan futboluna bəxş etdiyini hər imkanda dilə gətirib. Ağasəlim Mircavadov da gənc yaşlarında Ağayevə şans verdiyini, yetişməsi üçün az əmək sərf etmədiyini bildirib. Ona görə də səbəbkarın giley-güzarını eşidəndə ağla gələn ilk məşqçilər Kərimovla Mircavadov oldu. Hər ikisi ilə əlaqə saxlayıb, Kamranın dediklərini təkrarladıq, münasibət bildirmələrini xahiş etdik. Hər iki məşqçi daş atıb başını tutdu ki, bəs məni nəzərdə tuta bilməz.
Ağasəlim Mircavadov: “Məni nəzərdə tuta bilməz axı. Çünki mən heç yerdə “Kamran mənim yetirməmdi” deməmişəm. O İslam Kərimovun uşağıdı, İslamın kəşfidi. Sonradan U-19-da Şakir Qəribovun rəhbərliyi altında oynadı. Premyer-liqada isə “Turan”da debüt etdi, orda oynamağa başladı. Biz onu sonradan “Xəzər Lənkəran”a gətirdik. Ancaq yenə də mən ona “yetirməmdi” deyə bilmərəm. Çünki futbolçu kimi yetişməsində, tanınmasında əziyyəti “Xəzər Lənkəran” çəkib. Hə, bir də qapıçılarla işləyən məşqçi Hafiz Əliyevlə o vaxt Kamranla məşq edən Dmitri Kramarenkonun zəhməti olub. Kamranın məşqçilərdən gileylənməsi doğru deyil. O özü hamıdan gizlənir. Əvvəllər özü mənə zəng edirdi, xeyli vaxtdı yığmır, axtarmır. Mən özüm də oynadığı vaxtlarda bir-iki dəfə yığmışdım, götürmədi. Səhv etmirəmsə, “Boavişta”da çıxış etdiyi dövr idi. Toyda, məclisdə görəndə həmişə özü qaçıb qabağıma gəlib. Nə iradlarım olubsa, demişəm. O da sağ olsun, anlayışla qarşılayıb, başa düşüb. Heyf, tez qurtardı, böyük futbolu davam etdirməliydi. “Xəzər Lənkəran”da oynadığı vaxtlarda rejim qoymuşdum. Hara gedirdi, mənə deyirdi. Bəzən özüm gedib baxırdım ki, görüm nə edir? Həmişə nəzarətim altında olub. Heç vaxt problemimiz olmayıb. Yəqin əsəbləşib deyə, bu sözləri işlədib. Amma məni nəzərdə tutduğuna inanmıram”.
İslam Kərimov: “Bunu Kamran deyib? İnana bilmərəm ki, o sözləri deyəndə məni nəzərdə tutsun. Mümkün deyil, ola bilməz. Allaha and olsun, məni nəzərdə tuta bilməz. Bilirsiz, niyə? Çünki Kamranın atası Adil dayı ilə az qala hər həftə danışırıq. Kamran Şabran rayonundandı, mənim həyat yoldaşım da o zonadandı. Ona görə də Adil dayı və ailəsi ilə çox yaxınıq. Bəzən kişi özü zəng vurub, uşaqları soruşur, durumumla maraqlanır. Kamrana sonuncu dəfə zədə alanda, futboldan uzaqlaşanda zəng vurmuşdum. Bir də ki, kim kimi axtarmalıdı? Mən Kamranı, yoxsa Kamran məni? O məni axtarmalıdı, düzdü? Amma mən Adil dayı ilə danışanda hər dəfə Kamranı soruşuram. Müsahibələrimdə hər dəfə deyirəm ki, mənim “şah əsərim” Kamran Ağayevdi. Bu cümlə dilimdə əzbərdi. Kamranın nömrəsi telefonumda birincidi. Ona görə də məni nəzərdə tutduğuna inanmıram. Biz bir evin içiyik, Kamranın atası, bacıları ilə danışırıq. O evin ağsaqqalı Adil dayıdı, mən də hər həftə onunla danışıram. Mən onların evində böyümüşəm, cavanlığım onların evində keçib. Kamranın atası ilə nəinki məşqçi-valideyn münasibəti var, biz çox yaxın dostuq. Anası Sədaqət xanıma Allah qəni-qəni rəhmət eləsin. Sədaqət xanım mənim toyum günü dünyasını dəyişdi. Toyumu qoyub, yas yerinə getdim. Allaha, Qurana and içirəm ki, Kamranın nəzərdə tutduğu adam mən deyiləm. Başımı kəssələr, yenə inanmaram. Sizə də inanmağı məsləhət görmürəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar