22 in 11:30aktual

AFFA Kamran Ağayevlə bağlı “Futbol+”ə məktub göndərdi


“Elxan Məmmədovla görüşündə tam futbola aidiyyatı olmayan sahədə çalışmaq istədiyini və...”
Ötən sayımızda Kamran Ağayevin müsahibəsi dərc olunmuşdu. Uzun müddətdi mediadan kənar düşən yığmanın sabiq qolkiperi açıqlamalarında AFFA-dan incik düşdüyünü bildirməklə yanaşı, assosiasiyanın, o cümlədən icraçı vitse-prezident Elxan Məmmədovun ünvanına ittihamlar sələndirməklə yadda qalmışdı.
AFFA dünən Ağayevin söylədiklərinə münasibət bildirib. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla tərəfindən “Futbol+”ə göndərilən məktubda bunlar qeyd olunub: “Kamran Ağayevin guya AFFA tərəfindən tam diqqətdən kənarda saxlanılması, unudulması barədə söylədikləri, yumşaq desək, bir qədər təəccüblüdü və heç bir halda həqiqəti əks etdirmir. Ötən mövsüm klubunun heyətində zədələndikdən sonra keçən zaman kəsiyində Kamran Ağayev iki dəfə AFFA-da, icraçı vitse-prezident Elxan Məmmədovun qəbulunda olub. Sonuncu belə görüş bu il fevralın 3-ü, saat 15.00-da keçirilib. AFFA rəhbərliyi Kamranın zədəsi, problem və qayğıları ilə maraqlanıb, karyerasıyla bağlı nə düşündüyü soruşulub. Elxan Məmmədov Kamran Ağayevə futbolçu karyerası başa çatdıqdan sonra bu sahədə fəaliyyət göstərməyin vacibliyini, bunu nəzərə alaraq, qapıçı məşqçisi təhsili almasının zəruri olduğunu deyib. Tövsiyə olunub ki, milli komandanın sabiq üzvü, hazırda AFFA-da Kütləvi Futbol Departamentinə (uşaq və gənclər liqaları üzrə yarışlar şöbəsi də həmin departamentin tərkibindədi) rəhbərlik edən, futbolçu kimi onun həmkarı olmuş Cahangir Həsənzadə ilə bu məsələ barədə əlaqə saxlasın. Bir qapıçı kimi Kamranın kifayət qədər populyar olduğunu bildirən Elxan Məmmədov uşaq, yeniyetmə və gənclərin futbola gəlişində bu amilin çox böyük rol oynaya, qapıçı olmaq istəyən gənc futbolçular üçün Kamranın bir örnək ola biləcəyini qeyd edib. Lakin bu günə qədər Kamran Ağayev nə Cahangir Həsənzadə ilə bu mövzuda danışıb, nə də məşqçi kurslarına yazılmaq üçün müraciət edib. Üstəlik, həmin görüş zamanı Kamrana qısamüddətli, intensiv təhsil təklifi də irəli sürülüb, lakin qeyd etdiyimiz kimi, Ağayev həmin təkliflə bağlı hələ ki əməli addım atmayıb. Elxan Məmmədovla görüşündə Kamran Ağayev tam futbola aidiyyatı olmayan sahədə çalışmaq istədiyini və buna görə AFFA-nın yardımını xahiş edib. Lakin ona bildirilib ki, kiminsə həmin strukturda hansısa qaydada işləməsi AFFA-nın səlahiyyətlərinə aid məsələ deyil və futbol sahəsində qalması tövsiyə olunub. Bir məqamı da aydınlaşdırmaq vacibdi: Kamran “Neftçi baza” kimi tanınan idman kompleksində məşq etdiyini deyib. Lakin yaxşı olardı nəzərə alsın ki, Kamran Ağayevin orda məşq etməsi üçün şərait yaradılmasını həmin kompleksin direktoru Oqtay Abdullayevdən məhz AFFA rəhbərliyi xahiş edib. Kamran guya AFFA-da bir nəfər də olsun, futbol veteranının çalışmadığını deyir. Ona bir neçə ad xatırlatmaq, məncə, bu ittihamın da əsassız olmasının sübutuna kifayət edər. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev, İsgəndər Cavadov və Vaqif Sadıqov futbol veteranı deyilmi?! Yoxsa Kamran Ağayev Məşqçilər Komitəsində çalışan Ağasəlim Mircavadovu, Şakir Qəribovu, Şahin Diniyevi futbol veteranı hesab etmir?! Bəs Rüstəm Rəhimov, Asim Xudiyev, Cahangir Həsənzadə, Aslan Kərimov necə, onlar da Kamranın yanaşmasına görə futbol adamları deyil?! Bu siyahını AFFA-nın müxtəlif strukturlarında çalışan başqa veteran futbolçuların adını sadalamaqla bir qədər də uzatmaq olar. Lakin hesab edirik ki, adını çəkdiklərimiz kifayət edər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar