22 in 11:26aktual

“Sumqayıt” rəhbərliyi mövsümə dəniz kənarında nöqtə qoydu


Vüqar Mustafayev: “Sumqayıt” vəsiqəni haqq edib və bunu çəkinmədən elan edirəm”
2020 çoxlarının yaddaşında uğursuz il kimi yadda qalsa da, sumqayıtlılar Siçan ilini heç vaxt unutmayacaqlar. Çünki ötən il 70 illiyini qeyd edən şəhərin komandası “pandemiya ili”ndə tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb. Ötən sayımızda Sumqayıtın futbol tarixində ilkə imza atan komandanın baş məşqçisi Ayxan Abbasovla danışıb, qısaca həm mövsümü dəyərləndirməsini istəmiş, həm də gələcəklə bağlı fikirlərini öyrənmişdik. Bu dəfə futbolçularla danışmağı lazım bildik.
Vurğun Hüseynov: “Ötən il kubokun finalına yüksəlməklə şəhərin futbol tarixində ilkə imza atdıq. Həmin vaxt da avrokuboklara vəsiqə qazanacağımıza ümid edirdim. Ancaq görünür, qismət deyilmiş. Bu il isə bunu bacardıq. Həm “Sumqayıt” ilk dəfə qitə arenasında debüt edəcək, həm də mən futbolçu kimi Avroliqa həyəcanı yaşayacam. Bir futbolçu kimi mənim üçün bundan yaxşı heç nə ola bilməz. 7 ildi bu komandadayam. Həm futbolçu, həm də bir kapitan kimi hər zaman faydalı olmağa çalışmışam. Son iki ildə qazandığımız uğurlarda baş məşqçimiz Ayxan Abbasovun zəhmətinin olduğunu xüsusi vurğulamaq lazımdı. Onun rolu danılmazdı. Təbii ki, bizə həmişə dəstək olan rəhbərliyi də unutmaq olmaz. Rəhbərlik, məşqçilər heyəti və futbolçular arasındakı vəhdət uğurumuzda böyük rol oynadı. Bəziləri deyir ki, “Sumqayıt” avrokuboklara yollandığına görə pandemiyaya minnətdar olmalıdı. Niyə belə düşünürlər, mənə çatmır. Guya çempionat davam etsəydi, biz turnir cədvəlində yerimizi qoruya bilməyəcəkdik. Ehtimallar üzərindən danışmaq düz deyil. Nə bilirsiz, bəlkə vəziyyətimizi daha da yaxşılaşdırıb mükafatçılar sırasına düşəcəkdik. Komandanın potensialı buna imkan verir. Onu da unutmayaq ki, kubokun da yarımfinalındaydıq. Odu ki, bizim uğurumuza kölgə salmaq yaxşı hal deyil. Sonda daim bizimlə birgə olan azarkeşlərimizi də təbrik etmək istəyirəm. Bizim nailiyyətimizdə onların da danılmaz əməyi var. Nəinki oyunlarda, məşqlərdə belə bizi tək buraxmadılar, daim dəstək oldular. Ümid edirəm ki, birlikdə hələ çox qələbələri bayram edəcəyik”.
Vüqar Mustafayev: “Çəkdiyimiz zəhmətin qarşılığını gördük. Addım-addım irəlilədik, çox çalışdıq və nəhayət, istəyimizə çatdıq. Mövsümün əvvəlində komandanın qarşısına konkret avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı. Ancaq mövsümboyu sərgilədiyimiz oyunla buna layiq olduğumuzu ortaya qoyduq. Niyə bizim Avropa Liqasına vəsiqə qazanmağımızı ironiya ilə qarşılayırlar, mənə çatmır. Bəlkə kiminsə yerini tutmuşuq? Son illərdə olub ki, hansısa komanda qitəmiqyaslı turnirə vəsiqə qazanıb, ancaq fəaliyyət müddəti 3 il olmadığından onun əvəzinə Avropaya başqası yollanıb. Biz ki belə getmirik. 20 turun, demək olar ki, 17-də 4-cü pillədə olmuşuq. İndi deyirlər ki, belə olmasaydı, elə olardı... Bunlar hamısı uğursuzluqlarını müxtəlif bəhanələrlə ört-basdır etmək istəyənlərin cəfəng fikirləridi. “Sumqayıt” bu vəsiqəni haqq edib və bunu çəkinmədən elan edirəm”.
Mehdi Cənnətov: “Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanması tarixi hadisədi. Hamımız buna görə çox xoşbəxtik. Xüsusilə azarkeşlərimizi qeyd edərdim. Onlar buna layiqdilər. Belə şərtlər altında mövsümü davam etdirmək qeyri-mümkün idi. Artıq Avropa Liqasına hazırlaşmaq lazımdı. Çalışacağıq fanatlarımızı sevindirək. Ümid edirəm ki, püşk üzümüzə güləcək və ilk oyunumuzu “doğma divarlar” arasında keçirəcəyik. İnanıram ki, ona qədər azarkeşlərin stadiona gəlmək yasağı da aradan qalxacaq. Bu qadağa aradan qaldırılsa və rəqibi “Kapital Bank Arena”da qəbul etsək, tribunalarda yaddaqalan atmosferə şahidlik edəcəyik. Kimlərin nə dediyi, “çempionat davam etsəydi, “Sumqayıt” avrokuboklara yollana bilməyəcəkdi” kimi fikirləri mənə maraqlı deyil və bunu şərh etmək istəmirəm. Bu gün biz Azərbaycanı avrokuboklarda təmsil edəcəyiksə, deməli, buna layiqik. Karyeram ərzində ikinci dəfə Avroliqa həyəcanı yaşayacam. İlk dəfə “Anji”nin heyətində belə oyuna çıxmışam. Düzdü, onda ehtiyat qapıçı kimi oyunları kənardan izləmək məcburiyyətindəydim. Buna baxmayaraq, mənim üçün bunun özü də bir xoşbəxtlik idi. Qitəmiqyaslı turnirdə iştirak etmək, Avropa futbolunun bir hissəsi olmaq gözəl hissdi”.
Sonda onu da bildirək ki, dünən “kimyaçılar” uğurlu mövsümü qeyd etmək üçün restoranların birində bir araya gəliblər. Klub rəhbərliyi tarix yazan komandanın üzvlərinin, məşqçilər korpusunun, tibbi və texniki personalın şərəfinə ziyafət təşkil edib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar