22 in 11:10aktual

“Mərhum sağlığında da bir şey deyildi axı”


İTV Azərbaycan futbolu üçün dəfn mərasimi keçirdi
AFFA-nın ölkədaxili yarışları dayandırmaqla bağlı srağagünkü qərarına İctimai Televiziya da biganə qalmayıb. Bu kanalın populyar “3D” verilişində futbolumuz üçün özünəməxsus dəfn mərasimi keçirilib. Otağa həm rəmzi qara tabut, həm də Pele, Maradona və Fiqunun adından əklil qoyulub. Beləliklə, sözə molla başlayır:
- Yaxından-uzaqdan gələnlər, əziyyyət çəkmisiz, yol gəlmisiz, haqqınızı mərhuma halal edin.
Əziz qarışıq 4 adam xorla “halal olsun” deyir və bunu eşidən Dadaş bəy Lyuba xanımın telefonunu yığır:
- Lyuba, bu nə səs-küydü orda?
- Dadaş müəllim, futbol üzrə çempionatın dəfn mərasimini keçiririk.
- Yaxşı, kədərlənmə, böyük dərddi, mənim adımdan başsağlığı verərsiz, zəhmət olmasa.
- Baş üstə.
Molla sözə davam edir:
- Mərhum koronavirusun qurbanı oldu. Düzdü, Dadaş müəllim əlindən gələni etdi ki, onu qurtarsın. Amma alınmadı. Mərhum sağlığında da bir şey deyildi axı. Amma bilirdik ki, var, nəfəsi gəlir. İndi mərhumun 8 komandası qalıb. Az da olsa, təsəlli bundan ibarətdi ki, AFFA söz verib onlara baxacaq.
Tabutun ətrafında dayananlardan biri deyir:
- Molla əmi, AFFA dəfnə niyə gəlməyib ki?
- Mənim balam, mərhum özü vəsiyyət etmişdi ki, dəfn mərasimində ancaq yaxınları iştirak etsin. Bir də nəzərinizə çatdırım ki, mərhumun kiməsə borcu qalıbsa, ya halal etsin, ya da 8 komandası qalıb, onlardan da ala bilər. Belədisə, sussun axirətə qədər.
Lyuba soruşur:
- Əziz, bu adamlar kimdi ki?
- Əşi, hərəsi bir federasiyadandı. Dəvət etmişəm, gəlib görsünlər ki, bu günün sabahı da var. Sən halvanı hazır elədin?
- Hə, hazırlamışam, bir azdan paylayarsan. Əziz, dayan, harda dəfn edəcəklər?
- Şou-biznesin yanında.
Fonda qəmli musiqi səslənir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Əzizə, Lyubaya top bağışladığı fraqmentlər göstərilir. Ardından dəfnə gələnlərdən biri Əzizə üz tutur:
- Əziz, necə oldu ku, rəhmətə getdi?
- Heç, martın 13-dən komada idi, bu gün də 12 nəfərdən ibarət konsilium toplandı ki, aparatdan ayrılsın. Ayırdılar, getdi də...
- 12 nəfər hamısı belə deyir?
- Yox, bir nəfər var idi, nəsə etiraz etdi, amma heç onu başa düşən də olmadı, fikir verən də olmadı. Belə qaldı məsələ, heyf.
Molla:
- Yaxşı, mərhumu üç dəfə qaldırın-qoyun, götürüb aparaq dəfn etməyə.
Bundan sonra tabutu üç dəfə qaldırıb-qoyurlar və çiyinlərinə alaraq, ağlaya-ağlaya dəfnə aparırlar. Lyuba da gözünün yaşını sildiyi dəsmalı onların arxasınca yelləyir.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar