20 in 15:04aktual

Avrokubokdan kənarda qalanlar məyusdu


Elman Himayətoğlu: “Ən azı kubok oyunlarını keçirmək olardı, Fransada bunun örnəyini gördük”
Gözlənilən oldu: AFFA İcraiyyə Komitəsinin iclasında premyer-liqa və ölkə kubokunun vaxtından əvvəl başa çatdırılmasına qərar verildi. Komandalar turnir cədvəlindəki sıralamaya əsasən ölkəmizi avrokuboklarda təmsil edəcək. Bütün Avropanın futbol üçün min bir variant axtarıb, çıxş yolu tapdığı halda, biz boş tribunalar önündə keçirilən Azərbaycan çempionatını davam etdirə bilmədik. Daha doğrusu, davam etdirmək istəmədik. Təəssüf ki, futbolun bərpası yolunda heç bir ciddi addım atılmadı. Ən asan yolu seçərək, rahat olana qaçdıq. Bir şəhərin az qala bir prospektində keçirilən Azərbaycan çempionatını davam etdirmək bu qədər çətinmiş. Hələ bunu bəzəyib-düzəyib davam etdirmək üçün əsas istəyənlər oldu. Təsəvvür edirsiz, mövsümün davam etməsi üçün əsas lazım imiş. Başa düşmürlər ki, çempionatın başlaması elə onun sonadək davam etməsi üçün ən böyük əsasdı. Hər halda, etmədilər. Bunda maraqlı deyillər.
Adi Qəbələ variantının üzərində belə dayanılmadı. Əslində ən böyük problem də budu. Nədənsə futbola olan yanaşma nəinki arxa planda, ümumiyyətlə, heç planda yoxdu. Ən pisi də bu qərarla illərdi “bizdə futbol var?”, “gedin özünüz iş tapın”, “Azərbaycanda futbol var ki, ondan yazırsız?” deyənləri haqlı çıxardılar. Təbii ki, bu qərarla həm də çempionatda mübarizə aparan bəzi komandaların haqqı yeyildi, onlara münasibətdə ədalətsizlik edildi. Çünki turnir cədvəlində 5-ci olan “Zirə”nin 4-cü “Sumqayıt”la eyni xalı olmasına baxmayaraq, avrokuboklardan kənarda qaldı. Qəsəbə təmsilçisi ilə yanaşı, “Sabah”ı 4-cü yerdən 1, “Səbail”i isə 2 xal ayırırdı. Hətta sonuncu “Qəbələ”nin belə kağız üzərində avrokubok şansı var idi. Qarşıdakı turlarda hər şey tam fərqli ola bilərdi. Bu səbəbdən də adı çəkilən klubların məlum qərarla bağlı fikirlərini öyrəndik.
Jelko Sopiç (“Sabah”ın baş məşqçisi): “Məsələ ilə bağlı nə deyə bilərəm? Bu, AFFA-nın ölkədəki hazırkı vəziyyətlə bağlı qərarıdı. Təbii ki, bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalyıq. Ümid edirəm ki, yeni mövsümün başlaması barədə mümkün qədər tez qərar verilər”.
Aftandil Hacıyev (“Səbail”in baş məşqçisi): “Karantinin sərtləşməsi fonunda belə bir qərarın olacağını təxmin edirdik. Bilirdik ki, bu şərtlər altında futbol oynamaq çətin olacaq. Həm klubların maddi çətinliyi, həm də yoluxmanın artması belə qərarın verilməsinə səbəb olub. Fikirmcə, bu məsələlər federasiyada təhli edilib və ən doğru qərar verilib. Hamımız futbolun oynanılmasını istəyərdik. Ancaq daha vacib durumlar var idi, rəhbərlik də onun üzərində dayandı. Qərarı doğru hesab edirəm. Düzdü, biz də Avroliqa şansımızı sona qədər qoruyub saxlamışdıq. Halbuki çempionat başlayanda belə iddiamız yox idi. Çünki həmin vaxt çoxlu problemlərimiz var idi. Ancaq futbolçularımız layiqincə mübarizə apardılar. Bu gün avrokuboklara gedən komandalar da ora layiqdilər. Ona görə də qərara hörmətlə yanaşır və təmsilçilərimizə uğurlar arzulayırıq”.
Elman Himayətoğlu (“Zirə”nin baş meneceri): “Gedən söz-söhbətlərdən bu qərar gözlənilən idi. Əslində problem qərarların bir neçə dəfə dəyişdirilməsindədi. Çünki əvvəlcə çempionatın olacağı deyildi və biz hazırlaşmağa başladıq. Buna görə klub maliyyə vəsaiti ayırdı, xərcə düşdü. Ancaq sonradan mövsümün dayanmasına qərar verildi. Bu bir az bizə təsir edir. “Sumqayıt”la eyni xala malik olsaq da, avrokuboklara onlar vəsiqə qazandılar. Burda ən çox təsir edən amil top fərqinə görə geridə qalmağımızdı. Biz oynamaq istəyirdik. Əlbəttə, bu səbəbdən də çempionatı keçirməyin mümkün olduğunu düşünürdük. Çünki mümkün olmasaydı, biz də oynamaq istəməzdik. Üstəlik, tək bizim yox, bu gün üçüncü pillədən aşağıda olan hamının avrokuboklar şansı var idi. Hətta sonuncu “Qəbələ”nin belə. Ən azı kubok oyunlarını keçirmək olardı, Fransada bunun örnəyini gördük. Çempionat ləğv edilsə də, kuboku oynadılar. Avqustun 3-nə qədər xeyli vaxt var idi. Həftədə bir və ya iki oyun keçirmək olardı”.
Zaur Əzizov (“Qəbələ”nin baş meneceri): “Artıq münasibətimizin elə bir əhəmiyyəti yoxdu, çünki qərar verilib. Mövqeyimizə gəlincə, oynamağın tərəfdarı idik. Bizim üçün müsbət qərar sayıla bilməz. Oynamaq istəyirdik, mövsümlə bağlı fikirlərimiz var idi. Keçirilmirsə, bu barədə geniş danışmağın elə də mənası yoxdu. O ki qaldı sevindirici məqam kimi premyer-liqadan heç bir klubun düşməməsinə, əslində bu da gözlənilən idi. Müvafiq qərar verilən ölkələrin hamısında təxminən belə yanaşma olmuşdu. Hətta bəzi ölkələrdə bir yox, bir neçə mövsüm üçün heç kimin düşməməsi qərara alınıb. Bu üzdən də bizim üçün sevindirici yox, daha çox gözlənilən xəbər idi. Mövsüm vaxtından əvvəl başa çatdırılacağı halda heç kimin düşməyəcəyi təxminən bəlli idi. Oyunları Qəbələdə keçirmək olardı. Ola bilər ki, hansısa çətinliklər yaranardı, amma mümkün idi. Qərar veriləndən sonra danışmaq yersizdi. Öncədən geniş tərkibdə müzakirələr olsaydı, hansı çətinliklərin yarana biləcəyini daha dəqiq bilərdik. İndiki halda klub olaraq deyə bilərik ki, bizim üçün problem yox idi. Ancaq başqa məsələləri danışmağa ehtiyac var idi”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar