19 apr 19:57aktual

“Qarabağ”: çempionluğun anatomiyası

“Qarabağ”: çempionluğun anatomiyası
Çempionatın sonuna 2 tur qalmış əsas suala aydınlıq gəldi. Belə ki, “Qarabağ” ardıcıl 4-cü dəfə ən güclü oldu. Bununla da Qurban Qurbanovun komandası rekorda imza atdı. İndiyədək heç bir komanda premyer-liqada ard-arda 4 dəfə qızıl medala yiyələnə bilməmişdi. Bu isə o deməkdi ki, qarşıdakı avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında yenə də “köhlən atlar” təmsil edəcək. Təbii, futbol ictimaiyyəti ağdamlıların, nəhayət, sindroma son qoyub qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə qazanmasını arzulayır. Ancaq buna qədər “Qarabağ”ın çempionluq yoluna nəzər salmaq yerinə düşər. “Qızıl”ı əldə etmək üçün müəyyən səbəblər həlledici rol oynadı.

Geniş və...
Dəfələrlə “Qarabağ”ın komandalar arasında ən geniş heyətə malik olduğunu qeyd etmişik. Düzdü, başqa klublara üz tutub “sizdə niyə belə deyil” sualını ünvanlamaq yersizdi. Çünki maliyyə sıxıntılarından başı ayazımayan, yaxud da sponsorların məhdud büdcə ilə yaşamasına qərar verdiyi premyer-liqa iştirakçılarının durumu hamıya bəllidi. Ancaq maddi baxımdan işləri qaydasında gedən iki klubdan biri məhz “Qarabağ”dı. Özü də dəfələrlə rəhbərliyin dilindən transferlərlə bağlı suala “Qurban müəllim istəsə, alacağıq” kimi açıqlamalar, cavablar eşitmişik. Doğrudu, bu o anlama gəlmir ki, Qurbanov 5-6 milyonluq futbolçunu gözaltı edərsə, sponsorlar “buyur, al” deyəcək. Hər halda, belə məsələlərdə müəyyən çərçivənin olduğu şübhə doğurmur. Ancaq fakt budu ki, üzdə olan hansısa yerli futbolçunun, yaxud da səviyyəli legionerin alınması zamanı “Qarabağ”da problem yaşanmır. Bir sözlə, uzun marafona çıxan komandanın heyəti geniş, bir mövqeyə ən azı iki futbolçusu olmalıdı. Bu isə Ağdam təmsilçisində var. Xatırladaq ki, “köhlən atlar” qış fasiləsindən sonra Dani Kintana kimi önəmli oyunçusunu itirdi. Zaman-zaman Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Əfran İsmayılov, Riçard Almeyda və başqaları da komandasına kömək edə bilmədi. Ancaq Qurbanovun əlinin altında olan “material” həmin çətinliyi unutdurmağa imkan verdi. Başqa bir məqamı yada salaq. “Neftçi” ilə kubokda yarımfinalın ilk oyununda “Qarabağ”ın 6-7 əsas heyət üzvü yox idi. Bununla belə, məhz həmin görüşdə “köhlən atlar” finala vəsiqəni böyük ölçüdə təmin etdi. Yəni təkcə heyətin geniş olması ilə iş bitmir. Kəmiyyətlə keyfiyyət bir-birini tamamlamalıdı ki, “Qarabağ”da məhz belədi.

...“oturuşmuş” heyət
Əslində önəmli məsələlərdən biri futbolçuların vahid sistemə uyğunlaşması, bir-birini gözüyumulu başa düşməsidi. Heç şübhəsiz, “Qarabağ”ın çempion olmasında “oturuşmuş” heyətin böyük rolu var. Komandanın bünövrəsini təşkil edən futbolçular artıq neçə ildi birlikdədi. Sabit heyət isə uğurun əsas açarlarından biri sayılır. Düzdü, zaman-zaman bəzi yeni futbolçular komandaya cəlb olunur, yaxud da kimlərsə yola salınır. Elə bu qış fasiləsində uzun müddət “köhlən atlar”ın uğurları üçün tər tökən Reynaldonun gedişini, Ağabala Ramazanovun alınmasını qeyd edə bilərik. Ancaq bütün bunlar heyətdə kosmetik dəyişiklikdən başqa bir şey deyil. Halbuki cari mövsüm “qızıl” uğrunda “Qarabağ”la kəllə-kəlləyə gələn “Qəbələ”də vurğuladığımız nüanslarla bağlı problemlər diqqəti çəkir. Bu üzdən “köhlən atlar”ın uğurunda sabit, “oturuşmuş” heyətin olmasını əsas səbəblərdən biri kimi ön plana çıxarmalıyıq.

“Qarabağ” lazımsız yerə xal itirmir
Yadınızdadısa, ötən saylarımızdan birində “Qəbələ”nin çempionluğuna mane olan səbəbləri göstərmişdik. Bunlardan biri lazımsız yerə itirilən xallardı. Ancaq “Qarabağ”da əksinədi. Bir müqayisəyə nəzər yetirək. “Qəbələ” ilk “3-lük”də qərarlaşan rəqiblərindən – yəni “Qarabağ”la “İnter”dən 12 xal götürüb. Hələ Zaur Svanadzenin komandası ilə bir oyunu qalır və mümkündü ki, “qırmızı-qaralar” həmin matçda da xal qazansın. “Köhlən atlar”ın isə “Qəbələ” və “İnter”lə matçlardan qazancı 8 xal olub, bu iki rəqiblə oyunları bitib. Göründüyü kimi, “qırmızı-qaralar” əsas rəqiblərinə gücünü göstərdiyi halda, digər komandalarla duellərdə lazımsız xal itkiləri ilə üzləşib. “Qarabağ” isə AZAL-ı, “Sumqayıt”ı bütün oyunlarda məğlub edib. “Kəpəz”lə “Zirə”nin hərəsindən 4 dueldə 10 xal qoparıb. Belə deyək, Qurbanovun yetirmələri yersiz xal itkisinə maksimum şəkildə imkan verməyib. Orta və zəif rəqiblərlə mübarizədə uğurlu olmaq çempionluğu gətirən səbəblərdən biridi.

Soyuqqanlılıq, təcrübə, lider
Qızıl medalların qazanılmasında təcrübə və soyuqqanlılıq da böyük rol oynadı. “Qəbələ” 13-cü turda hakim səhvindən sonra “Qarabağ”a uduzdu və orda yaşananlar hər kəsin yadındadı. “Qırmızı-qaralar” sanki çempionluğu əldən vermiş kimi davrandılar. Halbuki növbəti turda “Qarabağ” xal itirdi, bölgə təmsilçisi qələbə qazanıb həmin məğlubiyyətdəki xal itkisini kompensasiya etdi. Yaxud da “Kəpəz”lə Gəncədəki 3-cü dövrə matçının fasiləsində baş verən olaylar yersiz idi. Verilən cəzaların klubdaxili və komandadaxili ab-havaya təsiri şübhəsiz idi. İstər-istəməz belə durumda gərginlik yaranır və oyunlara köklənmək çətinləşir. Ancaq “Qarabağ”da belə bir durumun şahidi olmamışıq. Hansı ki, çempionatın ilk yarısında bir ara Qurbanovun yetirmələri “Qəbələ”dən xeyli geridə idi. Ancaq “köhlən atlar” bunu faciəyə çevirmədi, soyuqqanlılıq nümayiş etdirib toparlana bildi və bunun bəhrəsini də gördü. Onu da qeyd edək ki, Qurban bəy istər çempionatın, istərsə də rəqiblərin sirlərinə necə lazımdı, bələddi. Komandasının həlledici mərhələdə itkisiz irəliləməsi də belə düşünməyə əsas verir. Həm də “Qəbələ”dən fərqli, “Qarabağ”ın çempionluq təcrübəsi var. Üç dəfə əldə etdiyin istənilən bir uğuru 4-cü dəfə qazanmaq daha asandı, nəinki bunu ilk dəfə edəsən. Heyətdə Rəşad Sadıqov kimi liderin olması da ayrıca üstünlükdü. İstənilən baş məşqçi komandanı arxasınca apara bilən belə liderin olmasını arzulayar. Və belə biri olmadan çempionluğu bayram etmək çətin məsələdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar