27 may 18:38aktual

Rasim Kara Likioyuya sualla cavab verdi

Rasim Kara Likioyuya sualla cavab verdi
“Həmin futbolçu bu söhbəti niyə onda yox, 15 ildən sonra edir?”
İlin-günün bu vaxtında “Nistru”nun sabiq futbolçusu Katalin Likioyunun moldfootball.com saytına verdiyi müsahibə xeyli vaxtdı adı çəkilməyən “Xəzər Lənkəran”ı yenidən dillər əzbəri etdi. Məsələ məlumdu.
Likioyunun iddiasına görə, 2005-in iyulunda o vaxt şərəfini qoruduğu “Nistru” Bakıda “Xəzər Lənkəran”ı məğlub etdiyindən, bizimkilərin növbəti mərhələyə yüksəlmək imkanı kifayət qədər çətinləşib. Belədə cənublular qarşılaşmanın nəticəsinin xeyirlərinə bitməsi üçün əməli fəaliyyətə keçiblər və bunun üçün klubun büdcəsindən 250 min dollar ayrılıb. Lakin moldavanlar həmin pula yaxın durmayıblar. İnandırıcıdı, ya yox – demək çətindi. Hər halda, bu sözləri həmin matçın iştirakçısı olmuş biri çəkinmədən dilə gətirir.
Əlbəttə, fakt olmadan nəyisə sübut etmək mümkün deyil. Üstəlik, artıq “Xəzər Lənkəran” da yoxdu ki, vəkil sayəsində Likioyunu fakt qarşısında qoysun. İndi o vaxt klublarda işləyənlərin çoxu mətbuata açıqlama verir, fikir bildirir. Lakin heç kim belə bir halın yaşandığını demir. Öz aramızdı, deməzlər axı. Yanımda baş kəssələr, mən də demərəm.
Əslində Rasim Karanı aramaqda məqsədim “belə bir söhbət olub, ya yox” sualına cavab almaq deyildi. Niyyətim açıqlamanı bir az da gur şəkildə diqqətinə çatdırıb əsəbləri ilə oynamaq, yaşlı vaxtında nəsə qoparmaq idi. Həm də türk övladı əsəbləşəndə bir başqa olur axı. Sən demə, insanlar yaşlandıqca artıq səbrin yiyəsi olurmuş. Həmin qarşılaşmalarda “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş türkiyəli müətəxəssisin Likioyunun dediklərinə reaksiyası belə oldu: “Bunu ilk dəfə sizdən eşidirəm. Açığı, mətbuatda belə bir müsahibənin dərc olunmasından da xəbərsizəm. Vallah, bu cür açıqlamaya nə deyəsən? Deyəcəyim odu ki, belə bir söhbət olmayıb. Olması da mümkünsüz idi axı. Avrokuboklarda hansı klub rəsmisi risk edib bu cür işə qol qoya bilər? Bir də ki həyatımda heç vaxt belə bir halla rastlaşmamışam. Həmin futbolçu bu söhbəti niyə onda yox, 15 ildən sonra edir? Belə bir hal baş vermişdisə və həmin futbolçu təklifdən boyun qaçırmışdısa, sizi inandırım, xalq qəhrəmanı olmaq üçün bu söhbəti dərhal mətbuata elan edərdi. Boş şeylərdi, fikir verməyin. Üstündən 15 il keçib, indi yadına düşüb ki, “Xəzər Lənkəran” onlara pul təklif edirmiş. Ad çəksin, görək kimi deyir”.
Həmin vaxt “Xəzər Lənkəran”da komandanın rəisi vəzifəsində çalışan Vüsal Cəlilov isə komanda.az saytına verdiyi müsahibədə maraqlı ifadələr işlədərək, Rasim Karanın adını çəkib: “Biz birinci oyunda uduzandan sonra onlar hətta ikinci qarşılaşmadan da qorxurdular. Onlar özləri də inana bilmirdilər ki, necə oldu ki, oyunu uddular. Mübariz bəyə (klubun sahibi Mübariz Mənsimovu nəzərdə tutur) xəbər göndərmişdilər ki, istəyirsizsə, oyunu sizə verək. Çünki o vaxt onların əlində pul yox idi. Bir şey ki, hər qələbəyə görə onlara 50 dollar verirdilər. Ən yaxşı futbolçuları da 500 dollar maaş alırdı. Ona görə də bizdən səhv etmirəmsə, 50 min dollar istəmişdilər. Hətta Rasim Kara belə demişdi ki, lazım deyil, almayın, biz mərhələni keçəcəyik”.
Cəlilovun açıqlamasını da Karanın diqqətinə çatdırdıq. Di gəl ki, cavabı əvvəlkindən fərqli olmadı: “Dediyim kimi, bu cür danışan adam ortaya fakt qoyar. Faktsız danışmaq isə mənasız bir şeydi. Vallah, boş verin. Adamlar bekardılar, nə danışacaqlarını bilmirlər. Hamıya salamlarımı çatdırın”.
Fürsətdən istifadə edib “Beşiktaş”ın sabiq çalışdırıcısının hazırda nə işlə məşğul olduğunu da soruşduq. Məlum oldu ki, Kara artıq istirahətə çəkilmək haqda düşünür: “O vaxtdan Türkiyə Futbol Federasiyasında çalışıram. Amma artıq ayrılmaq istəyirəm. Yaşım 70-ə çatdı, təxminən 50-55 ilini futbola verdik. Bundan sonra bir az dincələk, ailəylə, uşaqlarla vaxt keçirək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar