27 may 18:15aktual

Maşalla Əhmədov DTX-ya ərizə yazdı

Maşalla Əhmədov DTX-ya ərizə yazdı
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mayın 5-də keçirdiyi əməliyyatda həbs olunan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunan, Səbail rayon Məhkəməsi tərəfindən haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilən Vilyam Hacıyev irəlidə daha bir sürprizlə üzləşə bilər. Belə ki, sabiq icra başçısının 2012-ci ildə İmişlidə abadlıq-quruculuq işləri görən bir qrup biznesmenə də külli miqdarda pul borcu olduğu, onların Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etməsi haqda bilgi almışıq. Hacıyevin borclu olduğu adamlar arasında Maşalla Əhmədov da var. Deyilənə görə, sabiq icra başçısı “Neftçi”nin veteranına 400 min manat ödəməlidi.
Maraqlıdı ki, bu məsələ zaman-zaman ictimailəşib, mediada işıqlandırılıb, amma hər dəfə də sanki tərəflər hər şeyin üzə çıxmasında maraqlı olmayıblar. Məsələn, 2014-ün noyabrında borc söhbəti üzə çıxarkən Maşalla bəy saytlardan birinə belə demişdi: “Bu xəbərlər çıxanda mən Azərbaycanda deyildim. Vətənə qayıtdıqdan sonra saytlarda haqqımda belə bir xəbərin çıxdığını oxudum. Guya İmişli rayonunun icra başçısı Vilyam Hacıyev mənə 2 milyon manat pul borcludu. İlk növbədə onu deyim ki, bu əsassız xəbərdi. Mən 2012-ci ildə İmişli rayonunda bəzi abadlıq işləri görmüşəm və pulumu da almışam. Samux və Göygöl rayolarında işləməmişəm. Yalnız İmişli rayonunda bəzi işlər görmüşük və pulumuzu da veriblər. İcra başçısı Vilyam Hacıyev mənim dostumdu. Sadəcə, tanınmış adam olduğuma görə adımdan istifadə edib belə yalan xəbərlər yazıblar. Bir daha qeyd edirəm ki, Vilyam Hacıyevin mənə borcu yoxdu”.
Amma bir il sonra - 2015-in dekabrında 72 min manatlıq dələduzluq ittihamı ilə həbs olunan Əhmədov həmin vaxt məhkəmədə problemlərini məhz Hacıyevin onun pulunu yeməsi ilə izah etmişdi. Futbol veteranı gizlətməyə çalışsa da, sabiq icra başcısı ilə aralarındakı dostluq münasibətlərinin illərə söykəndiyi şübhə doğurmur. Hacıyev Göygöl və Samuxda çalışarkən də Əhmədovla biznes əlaqələri olub, tender əməliyyatlarına qatılan sabiq hücumçu adı çəkilən rayonlarda abadlıq-quruculuq işlərində yaxından iştirak edib. Münasibətlərin kəskinləşməsi mərhələsi isə Hacıyev İmişlidə çalışdığı dövrə təsadüf edib. 2015-ci ildə Əhmədovun hətta özünü İmişli rayon İcra Hakimiyyətinin binası önündə yandırmağa cəhd etməsi haqda xəbər yayılmışdı. Deyilənə görə, həmin vaxt İcra Hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardım eyməyib. Sabiq icra başçısı isə elə həmin 2015-də Əhmədovla münasibətləri haqda belə açıqlama vermişdi: “İmişli rayonunda abadlıq və quruculuq işlərinin görülməsi üçün ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdı. Podratçı şirkətlə müqavilə imzalanıb və görülən işlərin həcmində bu vəsait şirkətin hesabına köçürülüb. Bu məsələ ilə bağlı dəfələrlə mən özüm açıqlama vermişəm və bəyan etmişəm ki, İmişli rayonunda abadlıq və quruculuq işlərində Maşalla Əhmədov hər hansı şəkildə iştirak etməyib və ona bir qəpik belə borclu deyilik. Maşalla Əhmədov haqqında üç dəfə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Maraqlıdı ki, hər dəfə də Əhmədov özünü bu açılan cinayət işlərindən qurtara bilib”.
Bəli, indi haqqında cinayət işi açılan adam Hacıyevdi və Əhmədovdan fərqli çətin ki canını qurtara bilə. Çünki istintaq orqanlarının əlində topdağıtmaz sübutlar var. Fürsəti fövtə verməyən Maşalla bəy artıq DTX-ya ərizə ilə müraciət edərək, Vilyam bəyin ona da borclu olduğunu və pulunun ödənilməsini xahiş edib.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar