22 may 16:32aktual

“Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi”


Tahir Süleymanovdan inanılmaz iddia
“ARB Aran” Media Şirkətinin dəstəyi, Aydan Əhmədova, Qənirə Qurbanlı, Əminə Həsənli, Tahir Tahiroviç, İqbal Məmmədəliyev, Pərviz Səlimov və başqalarının əməyi sayəsində çəkilən "Zəif"in gücü" sənədli filmi bugünlərdə publikaya təqdim olunub. Film “Neftçi”nin mərhum baş məşqçisi Böyükağa Hacıyevdən bəhs edir. Həmin vaxt, yəni Sadıq Sadıqovun prezidentliyi dövründə vitse-prezident kimi çalışan Tahir Süleymanovun “feysbuk” hesabında filmlə bağlı yazdığı statusun altında müzakirə açılıb. Belə ki, “Neftçi” azarkeşi olduğu görünən Fərrux İbrahimov bu sözləri yazıb: “Şkenderbü”nü uda bilmədiyini, “Partizan”a 2:0-dan 2:3 uduzmağını da unuda bilmirəm. Hələ “Partizan”la Bakıdakı oyunu “Tofiq Bəhramov”a salan “ağıllılar”ı demirəm”.
Tahir bəyin bu fikrə reaksiyası isə daha maraqlı olub: “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi. Millinin oyunları bəhanəsi ilə “8-ci km” üzümüzə bağlandı, mərkəzi stadion isə qumluq-bostanlıq idi. O dövrdə başqa stadion, variant yox idi. "Neftçi"ni dağıtmaq istəyənlər - necə ki öz vəzifə, imkanları ilə bunu etdilər - bilirdilər ki, komanda yenidən qrupa düşsə, toxunulmaz olacaq. Səfərdə 17-ci dəqiqədə 2:0 önə çıxmağımıza baxmayaraq, məğlub olsaq da, 1 top fərqi ilə qələbə də bəs edirdi. Texnikalı komanda üçünsə o meydanda oynamaq faciə idi. Bizim oyundan dərhal sonra qazon tam yeniləndi. Bunu bir həftə öncə etmək olmazdı? Bizim qrupda olmağımız heç kimə sərf etmirdi...
UEFA-nın tələbləri yüksək olsa da, tövsiyə həmişə belə olur: 10 faiz də şans varsa, matç keçirilməlidi. Avropa futbol təqvimi sıx qrafikdə keçirilir və klub səviyyəsində oyunların təxirə salınması çətinliklər yaradır. Digər tərəfdən bunu ölkə özü düşünməlidi. Ot örtüyü səhv etmirəmsə 3 həftə, bir ay öncə nisbətən normal durumda idi. Sanki maraqlılar bilərəkdən etdilər. Bu, bir təxribat idi. O vaxt stadionun direktoru, rəhmətlik Akif müəllim dəfələrlə xahiş etdi ki, belə qazonda futbol oynanılmaz. Hətta mənimlə dəfələrlə əlaqə saxladı: “gəlməyin, özüm pis vəziyyətdə qalıram”. AFFA-ya da bildirmişdi ki, indi burda futbol oynamaq düzgün deyil. Federasiya isə yuxarıda qeyd etdiyim kimi, “8-ci km” stadionunda oynamağa imkan vermədi. Bilərəkdən edilirdi... Onlara komandanın uğuru yox, "Neftçi"nin ələ alınması lazım idi. Ona görə də istefamızı vermişdik artıq və "Partizan"la oyundan sonra rəhmətliklə bir yerdə getdik komandadan”.
Tahir bəy “oxu atıb, yayı gizlətsə” də, bu statusda indi də AFFA-da çalışan bəzi şəxsləri nəzərdə tutduğu heç kimə sirr deyil. Onu da xatırladaq ki, 2012-də Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın qrupuna düşən “Neftçi” 2014-də də bu hədəfə çox yaxın idi. Amma sonuncu təsnifat mərhələsində səfərdə “Partizan”a 2:3 uduzan bakılılar evdə bu məğlubiyyətin əvəzini çıxa bilmədi – 1:2.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir Dünən, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb Dünən, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq Dünən, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu Dünən, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” Dünən, 20:50 “Sabah” Sopiçi yola saldı Dünən, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı Dünən, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub Dünən, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir Dünən, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir Dünən, 20:41 Nicat ikinci qolunu vurdu Dünən, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər Dünən, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi Bütün xəbərlər
Ən çox oxunanlar