18 may 14:05aktual

Şensoy Konkovu təbrik etməyəcək


“Həqiqət suyun dibində çox qala bilər, amma gec-tez üzə çıxır”
Bir neçə gün əvvəl vaxtilə “İnter”i çalışdırmış Anatoli Konkovun 70 yaşında ata olmağa hazırlaşması ilə bağlı xəbəri oxuyanda ağlıma Naci Şensoy gəldi. Başqa şey yox, sırf türkiyəli mütəxəssisin özündən yaşca böyük birinin növbəti dəfə övlad atası olmasına sevinməsinə münasibəti maraqlıydı mənə. Hər halda, stajlı futbol azarkeşləri Konkovla Şensoyun Azərbaycanda çalışdıqları dönəmdə bir-birinə olan münasibətdən xəbərdardı.
Açığı, Naci bəyi aramaqda məqsədim sırf bu məsələyə münasibətini öyrənmək idi. Məlum olayla bağlı yenə özünəməxsus açıqlama verəcəyini gözləyirdim. Madam ki, karantin dönəmidi, üstəlik, Elvin Yunuszadə ilə Eltun Turabov Şensoya yaxşı tanış olan Bosniya və Hersoqovina və Albaniyada legioner həyatı yaşayır, bu kimi məqamlara da toxunmaq yerinə düşdü.
- Koronavirusla aranız necədi?
- İstanbuldayam, bildiyiniz kimi, burda virusa kifayət qədər yoluxanlar və ölənlər var. Ona görə də qaydalara riayət etməyə, diqqətli olmağa çalışırıq. “Korona” bütün dünya üçün bir bəlaya çevrildi. İnşallah, ən qısa zamanda bu bəladan qurtulub, əvvəlki həyatımızı yaşamağa davam edərik.
- Koronavirusun varlığına inanırsız?
- Mütləq bir virus var. Tarixə nəzər yetirsək, yüzilliklər ərzində bu tip olayların yaşandığını görərik. Sadəcə, çox şişirdilir. Bir şeyə əminəm, həqiqət bir gün suyun üzünə çıxacaq. Həqiqət suyun dibində çox qala bilər, amma gec-tez üzə çıxır. Nə vaxt – onu deyə bilmərəm.
- Dünyanın hegemon ölkələrinin oyunu ola bilər?
- Həqiqətin suyun üstünə çıxması məsəlini çəkəndə bunu nəzərdə tuturdum onsuz da. Biz nələrisə güman edə bilərik, amma indiki halda Ümumdünya Səhiyyə Təşkilatının statistikasına inanmaq məcburiyyətindəyik.
- İstanbulda vəziyyət necədi?
- Gördüyünüz, bildiyiniz, eşitdiyiniz kimidi. Azərbaycanda başverənlərdən burda dərhal xəbər tutduğumuz kimi, əminəm ki, siz də buralardan məlumatlısız. Bəli, İstanbulda qaydalar sərtləşdirilib. Zarafat deyil, virusa yoluxanların 60 faizi burdandı. Çünki əhali sayı çoxdu, sıxlıqdı. Koronadan qorunmağın iki əsas yolu var: biri maska taxmaqdı, digəri sosial məsafə saxlamaq. Lakin bu məcburiyyətlər İstanbul üçün keçərli deyil. Nə qədər qorunsan da, bu cür qələbəlikdə virusun yayılmaq ehtimalı çoxdu. Ticarət mərkəzləri bağlanıb, dəniz kənarında gəzmək olmaz, parklara giriş qadağandı. Sabahdan etibarən 4 gün bayıra çıxmaq qadağası qoyulacaq. Sadəcə, marketə gedib-qayıda bilərsən. Amma ictimai nəqliyyat işləyir. Çünki bəzi iş yerləri fəaliyyət göstərir.
- “Turan”ı çalışdırdığınız dönəmdə dırnaqarası dostunuz vardı – Anatoli Konkov. Harda olmasından, nə iş görməsindən xəbəriniz var?
- Ara-sıra mətbuatda onunla bağlı müxtəlif xəbərlər qarşıma çıxırdı. Bir neçə gün əvvəl ata olduğunu oxudum. Doğrudu, ya yox – bilmirəm. Amma belə bir yazı çıxmışdı rastıma.
- Hələ ata olmayıb. Olmağa hazırlaşır. Özü 70 yaşındadı, sevgilisi yaşca özündən iki dəfə kiçik.
- Qarşımdakı kim olur-olsun, şəxsi işlərə qarışmağı xoşlamıram. Mən hüquq çərçivəsində danışmağı sevən adamam. Qayda-qanunlarda, konstitusiya maddələrində isə sevgililər arasında yaş məhdudiyyəti olmalıdı deyə bir şey yoxdu. Adam 20 yaşında da ata ola bilər, 70-də də. Əlbəttə, hər dinin, ölkənin, millətin özünəməxsus adətləri var. Ola bilsin, bəzi şeylər bizim üçün qəbulolunmazdı. Ona görə də bu məsələyə münasibət bildirməyim doğru olmaz.
Konkovun uşağı da ola bilər, daha əlamətdar hadisələr yaşana bilər. Mənim üçün önəmli olan onun mənim haqqımı yeməsidi. Xaqani Məmmədovla birgə qatarda araq içərkən yaxalanmışdılar, yadınızdadı yəqin. Konkov Naci Şensoyun uğurlarını həzm edə bilmirdi. Çünki Nacinin çalışdırdığı “Turan” ilyarım Tovuzda məğlubiyyətin nə olduğunu bilmədi. Bakı klubları bir bölgə təmsilçisinin bu uğurunu həzm edə bilmirdi. Kimsə buna son qoymalıydı. Bu ssenarini də “İnter”, Konkov və Xaqani qurub, istəklərinə çatdılar. Xatırlayırsızsa, həmin hadisədən sonra Xaqani Məmmədov hakimlikdən ömürlük uzaqlaşdırıldı. Amma nə olsun? “Turan”ın xalları geri qaytarılmadı ki. Bizi çempionluqdan etdilər.
- “Feysbuk”da fəalsız, Konkov özü də sosial şəbəkə istifadəçisidi. “Dostunuzun” övladı olanda təbrik edəcəksiz?
- Konkovla elə bir münasibət qalmadı aramızda. Səninlə, yaxud bir başqa həmkarımla olan münasibət qalsaydı, əlbəttə, sevə-sevə zəng vurub, təbrik edərdim. Aramızda səmimiyyət qalmadı, başa düşürsüz?
- Xaqani Məmmədov da Hakimlər Komitəsinin rəhbəri postundan uzaqlaşdırıldı. İki ildi işsizdi, heç hakim-inspektor kimi təyinat vermirlər ona. Olmaya Şensoyun ahı tutdu onu?
- Tək Nacinin yox, “Turan”ın, onminlərlə tovuzlu azarkeşlərin. Bəlkə də həmin oyunda stadionda olan və evə gözüyaşlı qayıdan azyaşlı uşağın ahı tutdu. Bunu mən bilmərəm, ən doğrusunu Allah bilər. Bildiyim bir şey var, Xaqani Məmmədov “Turan”ın haqqına girmişdi.
- Elvin Yunuszadəni xatırlayırsız?
- (fikirləşir) “Neftçi”də oynayan oğlan?
- Bəli, “Neftçi”də, “Qarabağ”da, yığmada çıxış etmiş mərkəz müdafiəçisi.
- Bəli-bəli, yadımdadı. Nəsə olub?
- Bosniya və Hersoqovinada legioner həyatı yaşayır. Olqun Pekerin prezidentlik etdiyi dönəmdə Ümit Özatın istəyi ilə “Çelik”ə cəlb olunmuşdu. Belə başa düşdüm ki, məlumatsızsız.
- Açığı, Elvinin orda olduğunu bilmirdim, indi səndən eşitdim. Amma Olqun Peker və “Çelik” adı mənə çox tanışdı. Təxminən 3 il əvvəl Olqun Peker şəxsən mənimlə əlaqə saxlayıb, “Çelik”də çalışmağı təklif etmişdi. Razılaşmadım, çünki Makedoniya “Pelister”indən yeni ayrılmışdım, müəyyən istirahətə ehtiyacım var idi. Uşaqlar böyümüşdü, xanımım tək idi. Vəziyəti başa saldım, sağ olsun, anlayışla qarşıladı. Həm də orda elə bir pul da yoxdu ki, ailəni İstanbulda qoyub Zenitsaya gedəsən. Olqun Peker təkcə “Çelik”in rəhbəri deyil. Makedoniya “Şkupi”si də onundu.
- Eltun Turabov isə vaxtilə rəhbərlik etdiyiniz “Bilis”dədi.
- “Bilis”də ayrı-ayrı vaxtlarda iki dəfə işləmişəm. Hətta bir dəfə Albaniya kubokunun finalına qədər yüksəlmişdik. Hətta kuboku qazanmalıydıq da. Amma kiçik futbol ölkələrində kiçik klublara kuboku asanlıqla vermirlər. Ona görə də sonda sevinə bilmədik. Deməyim odu ki, köklü klubdu, tarixdə müəyyən nəticələrə imza atmağa çalışıb. Prezidentləri ilə aram çox yaxşıdı. Bilis kiçik bölgə olsa da, futbol çox sevilir.
- Bilirsiz, niyə soruşdum? Eltunun “Bilis”dən tramplin kimi yararlanması mümkündümü?
- Həyatda mümkünsüz heç nə yoxdu. Bu kimi işlərdə əsas yük futbolçunun üzərinə düşür. Legionersənsə, sənə mütləq güvənəcəklər. Güvəndikləri zamanda isə sən etimadı doğrultmalısan, komandanın aparıcı oyunçularından birinə çevrilməlisən. Belə olduğu təqdirdə, heç şübhəsiz, sənə diqqət olacaq. Avropanın aparıcı klublarından olmasa da, Albaniyanın və qonşu ölkələrin imkanlı klubları səninlə maraqlanacaq. Ceyms Adeniyini tanıyırsız, “Qəbələ”də çıxış edirdi. O uşaq peşəkar karyerasına “Bilis”də başlayıb, vaxtilə rəhbərliyim altında çıxış edirdi. Məhz öz zəhməti və oyunu sayəsində “Laçi” və “Şkenderbü”nun diqqətini çəkdi, ardınca “Qəbələ” onu dəvət etdi. İndi isə İsraildədi. Yenə deyirəm, hər şey Eltunun özündən asılıdı. Verilən şansdan maksimum yararlansa, daha yüksək yerlərə gedə bilər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar