18 may 13:37aktual

“Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil”


Bir neçə il əvvələ qədər Azərbaycan futbolunun ən yaralı yeri stadionlar, dəqiq desək, meydanlar idi. Tofiq Bəhramov adına Respublika stadionundan tutmuş regionlardakı qazonlara qədər hamısı “can verirdi”.
Lakin o Azərbaycana gəlişi ilə otlara can verdi, diriltdi, yaşıllaşdırdı. Qəbələdəki bir-birindən gözəl 10-dan artıq meydan, üstəgəl, ara-sıra zədələnən başqa stadionların ot örtükləri göz oxşamağa başladı. Çempionlar Liqasının qrup mərhələsi, qızlar arasındakı dünya çempionatı, millinin oyunları, İslam Həmrəyliyi Oyunları zamanı qazon biabırçılığından qurtula bildik. Həm böyük işlər gördü, həm də azərbaycanlılardan ot mütəxəssisi düzəltdi.
Söhbətin Filip Şarplesdən getdiyini təxmin etmək çətin deyil. Fasiləsiz 10 il ölkəmizdə çalışan, böyük işlər görən ingiltərəli mütəxəsiis artıq yolüstədi. “Feysbuk”da paylaşdığı statusu oxuyan kimi onunla əlaqə saxlamaq qərarına gəldim.
- “Feysbuk”da Azərbaycanı tərk etmək istədiyinizi oxudum. Nə baş verdi?
- Koronavirusa görə neftin qiymətinin aşağı düşməsinə və iqtisadiyyatın bundan əziyyət çəkməsinə görə çalışdığım sahədə kəsilmələr oldu. Hazırkı dönəmdə mənim layihəm vacib deyil. Bu gün bütün dünya koronavirus və iqtisadiyyatın çökməməsi üçün mübarizə aparır. Yəni burdan ayrılmağım şəxsi məsələ deyil.
- Yollar bağlıdı. Necə gedəcəksiz?
- İyuna qədər Azərbaycanda oturub gözləyəcəyəm. Uçuşların yenidən bərpa olunmasını gözləyirəm. Yollar açılan kimi itimlə birgə İngiltərəyə qayıdacağıq.
- Azərbaycandan İngiltərəyə özünüzlə nə aparacaqsız?
- İlk dəfə Azərbaycana gələndə bu ölkə haqda heç nə bilmirdim. Açıq deyim, ilk dəfə iş barədə müzakirə edəndə hətta Azərbaycanın dünyanın harasında olmasından xəbərsiz idim. İndi dünyada bir çox insanlar böyük olan Azərbaycanı tanıyırlar. Evə nə aparacam? Azərbaycan xalqı çox mehriban, nəzakətli və əyləncəni sevəndi. Burda tanış olduğum hər kəslə mənim üçün çox xoş idi, həmçinin onlarla da mənimlə danışmaq. 10 il burda yaşadığım dövrdə insanlara, mədəniyyətə və həyat tərzinə nəzər yetirdim. Deyərdim ki, fantastik təcrübə yığmışam. Ona görə də Azərbaycandan yalnız xoş xatirələr aparacam. Pis olan heç bir xatirəm yoxdu.
- Azərbaycandakı missiyanızı başa çatmış hesab etmək olar?
- Mən bura İngiltərə premyer-liqası, UEFA və FIFA standartlarına uyğun futbol meydanları hazırlamaq üçün gəlmişdim. Çox xoşbəxtəm ki, bu işi layiqincə yerinə yetirdim, üstəlik, yerli insanlara sənətimin sirlərini öyrətdim, təcrübəmi bölüşdüm. Ayrı-ayrı dönəmlərdə, ayrı-ayrı qruplara həm sinif otaqlarında, həm də meydanda təlim verdim. İndi hər biri özünə görə rəhbərdi. Nəhayət, rəhbərliyim altında işləyən bütün işçilərimə İngiltərədəki Qazon İdarəçiləri Birliyi tərəfindən təsdiqlənmiş bir sertifikat verdim. Heç bir şey heç vaxt tamamlanmır, xüsusən də mükəmməlliyə can atırsansa. Açıq deyirəm, gələcəkdə gördüyümüz yaxşı işləri davam etdirmək üçün Azərbaycanın bacarıqlı insanları var. Nə qədər ki, düzgün istiqamətə yönəldilir, burda hamısı, hər şey yaxşı olacaq.
- Azərbaycan sizə nə verdi?
- Çox şey. Şəxsən mənə intensiv işləməyi və işimdən böyük nəticələr çıxarmağı öyrətdi. Mən bura tək gəlmişdim, halbuki bunun özü də bir problemdi. Başa düşdüm ki, insan tək canı ilə də istənilən çətinliyin həllini tapa bilər. Olduqca böyük təcrübə toplamış oldum. Öz mədəniyyətimi başqa mədəniyyətlərə qatıb özümü necə idarə etməli olduğumu da burda öyrəndim. Məncə, fasiləsiz 10 il müddətində Azərbaycanda yaşamış az sayda əcnəbilərdən biriyəm. Bu məqam məni qürurlandırır. Hə, biri qaldı. Burdakı çılğın temperatur – havanın çox soyuqdan çox istiyə dəyişməsi - gələcəkdə digər ölkələrdə çalışma zamanı mənə iş baxımından nələrisə öyrətmiş oldu.
- Bəs siz Azərbaycana nə verdiz?
- Biliyimi, təcrübəmi və vaxtımı. Özünüz də bilirsiz ki, yer üzündəki hər bir insanın vaxt məhdudiyyəti var. Yəni hər birimizə müəyyən qədər yaşamaq imkanı verilib. Mən isə həmin vaxtı sərf edib bu ölkəyə çox şey verdiyim üçün xoşbəxtəm. Şəxsən çalışdığım klubların və AFFA-nın istəklərini yerinə yetirməklə qazon infrastrukturunun inkişafına kömək etdiyimi hiss edirəm. Bu məni çox qürurlandırır, gələcək adına həvəsləndirir. Tələbələrimə verdiyim biliklər gələcəkdə Azərbaycanın idman meydanlarının inkişaf etməsinə səbəb olacaq və həmin heyət ölkə idmanı adına böyük işlər görəcək. Ayrıca yüksək səviyyəli məsələlərin həllinə kömək etdiyimi deyə bilərəm. Azərbaycanın Avropa telekanallarında mükəmməl görünməsi üçün lazım olan layihələr hazırladım və kifayət qədər yaxşı alındığını söylədilər.
- Siz bura “Qəbələ”nin təklifi ilə gəlmişdiz. Bildiyimə görə, xeyli vaxtdı bu klubla əməkdaşlıq etmirsiz.
- 2016-cı ildə “Qəbələ”dən ayrıldım, amma 2018-ci ilə qədər iki aydan bir olsa da, məsləhətləşmələrimiz davam edirdi. Ondan sonra birdəfəlik Bakıda qərarlaşmalı oldum. Təxminən 7-8 il Bakıdan Qəbələyə, Qəbələdən Bakıya gedib-gəlsəm də, 2018-də Bakıda yaşamalı oldum.
- Burda çoxlu tələbələriniz var. Onların dəqiq sayını bilirsiz?
- 10 il ərzində 20 nəfərə təlim verdim, hansı ki, sertifikat aldılar. Və idmanla bağlı başqa mövzularda bir çoxlarına, ən azı 30 nəfərə məsləhətlərimi verdim. Kimisə yetişdirmək üçün illər tələb olunduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək rəqəmdi. İndi mənim tələbələrim "Qalatasaray"da və Azərbaycanın premyer-liqa klublarında çalışırlar.
- Nəyə görə Azərbaycanda ot mütəxəssisləri yoxdu? İnsanlar bunda maraqlı deyillər, yoxsa bilmədiyimiz səbəb var?
- Ot mütəxəssislərini yetişdirmək üçün vaxt lazımdı. Çünki bir stadionda ot yetişdirmək istəyəndə müxtəlif problemlərlə qarşılaşa bilirsən. Havanın yağışlı, ya da rütubətli olması, aşağı temperatur, illik oyun və məşq sayı, məşq növü, sizə ayrılan büdcə və başqa məqamlara görə müxtəlif versiyalardan yararlanmalı olursan. Üstəlik, futbol qışda da oynanılır. Bu, otun böyümək istəmədiyi vaxtdı. Ona görə deyirəm ki, öyrənmək, təcrübə yığmaq vaxt tələb edir. Artıq rahat ola bilərsiz, Azərbaycanda kifayət qədər ot mütəxəssisi var.
- Siz gələnə qədər stadionlarımız qazon baxımından əziyyət çəkirdi. Gedəndən sonra da eyni mənzərənin olacağını düşünmürsüz?
- Xeyr, düşünmürəm. Az öncə dediyim kimi, artıq bu ölkə əksər çətinliklərin öhdəsindən gəlmək üçün lazımi təcrübəyə sahibdi. Gələcəkdə başqa çətinliklər ortaya çıxdıqca, burda çalışanlar hansı tədbirləri görməli olduqlarını biləcəklər. Çünki vaxtında mənə qulaq asıblar.
- Azərbaycanın iqlimi ideal ot örtüyü saxlamağa imkan verir?
- Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil. Buna görə 2010-cu ildən əvvəlki dönəmdə burda yaxşı meydanlar yox idi. Bir dənəsi də yox idi. İndi isə hamısı yüksək səviyyədədi. Onları qorumaq üçün əziyyət tələb olunur.
- Tofiq Bəhramov adına Respublika stadionu və “Bakcell Arena” kimi stadionların otunu saxlamaq üçün hər il nə qədər pul tələb olunur?[/b]
- İstifadədən asılıdı. İldə 100 min avroya (təxminən 190 min manat – H.) həmin stadionların qazonunu qorumaq olar. Bura işçi heyətinin maaşı və texnikanın işlədilməsi xərcləri də daxildi. Əslində həmin məbləği azaltmaq da olar. Bunun üçün məşq və oyun sayı da az olmalıdı. Havaların necə keçməsi də rol oynayır.
[b]- 10 ildə Azərbaycan dilini öyrənə bildiz?

- Müəyyən söz və cümlələri mənimsəmişəm. Təkbaşıma alış-veriş edə, restoranlara gedə bilirəm. İndiyə qədər Azərbaycanın çox yerində olmuşam və insanlar məni başa düşüb. Səlis danışmıram, ancaq fikirlərimi bildiyim sözlərlə izah edə bilirəm.
- Azərbaycanla bağlı nələri unutmayacaqsız?
- İnsanları və birlikdə olduğumuz çətinlikləri. Bu iki şey mənim üçün çox özəldi.
- Gələcəyinizi harda və hansı ölkədə görürsüz? Təkliflər var?
- Əvvəlcə İngiltərəyə qayıdacam. Sonra yenidən xaricdəki variantlara baxmaq mümkündü. 5 ildən sonra öz şirkətimdə ot örütüyünün idarə edilməsi və inkişafı üzrə ixtisaslaşmış məsləhətçi olacam.
- Fürsətdən istifadə edib stadion rəhbərlərinə və tələbələrinizə nə demək istərdiz?
- “Hamınızı sevirəm” demək istəyirəm. Sizə birgə yaşadığımız gözəl xatirələrə görə təşəkkür edirəm, hər birinizə və ailənizə uğurlu gələcək, xoşbəxt həyat arzulayıram. Mənə güvəndiyinə görə və Azərbaycanda bu cür işlər görməyimə şərait yaradan ölkə rəhbərliyinə, həmçinin Heydərovlar ailəsinə təşəkkür edirəm. Bu müddət ərzində “Gilan”da işlədiyim üçün Tale bəyə də minnətdarlığımı bildirirəm.

Bilirsizmi?
Şarples BOS-u 300 min avro ziyandan qurtarıb
Şarplesin 10 ildə gördüyü işlər
* “Qəbələ”nin əsas və bütün məşq meydanlarını qurub və qulluq edib. Ümumilikdə 12 meydan. 2013-14-cü illər ərzində bu, ölkənin ən yaxşı obyektlərindən biri hesab olunurdu. Həmçinin çox sayda azərbaycanlıya ot mütəxəssisi kimi yetişmək üçün təlimlər keçib.
* 2012-ci ildə Bakıda keçirilən qızlar arasındakı dünya çempionatı zamanı “Tofiq Bəhramov” xaric digər stadionlara qulluq və nəzarət edib. Bu müddətdə sərəncamında olan bütün heyəti sıfırdan öyrədib, təlimlər keçib.
* İki dəfə Azərbaycan kubokunun finalını qəbul edən stadionların meydanlarını lazım olan səviyyəyə çatdırıb.
* Bütün bunlarla yanaşı, ot problemi olan bir neçə Azərbaycan klubuna kömək edib, məsləhətlərini verib, çıxış yolları göstərib.
* 2016-cı ildən “Tofiq Bəhramov”un əsas meydanı birbaşa onun nəzarətində olub, ortaya çıxan problemlər vaxtında həllini tapıb. Ordakı işçilərə meydanlara nəzarət və qulluq etməyi öyrədib. İngiltərə standartlarına uyğun sinif və praktiki tapşırıqlar görülüb.
* 2017-ci ildən “Azərsun Arena”dakı qazonları nəzarətə götürüb. Ordakı işçilərə meydanlara nəzarət və qulluq etməyi öyrədib. İngiltərə standartlarına uyğun sinif və praktiki tapşırıqlar görülüb.
* 2017-18-ci illərdə “Qarabağ” ev oyunlarını BOS-da keçirəndə örtüyə nəzarət və qulluq edib.
* İslam Həmrəyliyi Oyunlarına hazırlıq zamanı qazon bərbad vəziyyətə düşdüyü üçün örtüyü 17 saat ərzində lazım olan səviyyəyə çatdırıb. Bu, BOS-un 300 min avro civarında qənaət etməsi demək idi.
* “Tofiq Bəhramov”un qazonunu yığmanın 10-dan artıq oyunu üçün ideal vəziyyətə gətirib. Almaniya millisi Bakıya səfər edəndə, qonaqların baş məşqçisi Yoahim Löv Respublika stadionundakı otun Avropada ən yaxşılardan olduğunu demişdi.
* “Qalatasaray”, “Kasımpaşa” və “Trabzonspor” da daxil olmaqla Türkiyədəki bəzi klublara stadionlarla bağlı tövsiyələrini verib.
* “Bunyodkor”un ev oyunlarını keçirdiyi Daşkənddəki stadionun meydanı da onun adı ilə bağlıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar