17 may 11:20aktual

Beş əvəzləmənin müsbət və mənfi tərəfləri

Beş əvəzləmənin müsbət və mənfi tərəfləri
Şahin Diniyev: “Bu qərarda ən çox insan sağlamlığı nəzərə alınıb”
Sənan Qurbanov: “Bəzən bir futbolçu dəyişməklə oyunun ritmini itirmiş oluruq”

AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında təşkil olunan iclasından da ümidverici xəbərlər çıxmadı. AFFA, PFL və premyer-liqa klubları rəsmilərinin iştirak etdiyi iclasda bir çox vacib məsələlər müzakirə olunsa da, yarımçıq dayandırılan mövsümün davam etdiriləcəyi ilə bağlı bir cümləyə belə rast gəlmədik. Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun da qatıldığı toplantıda bir neçə təklif səsləndirildi ki, onlardan biri də oyunlarda 3 fasilənin olması şərtilə 5 əvəzləmənin həyata keçirilməsi olub. Yəni matçın axarına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək.
Təklif bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin AFFA İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb.
Qərarın futbolçuların fiziki durumunun göz önünə alınaraq veriləcəyi dəqiqdi. Çünki uzun fasilədən sonra qarşılaşmalara köklənmək və fiziki cəhətdən hazır olmaq mümkün deyil. Təbii ki, bu durumda oyunçuların zədə riski arta bilər. Ancaq mümkün qərarın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Axı, bir qarşılaşmada beş əvəzetmə gerçəkləşdirmək aşağı-yuxarı bütün sistemi dəyişmək anlamına gəlir. Bu aktual məsələyə şərh vermələri üçün mütəxəssislərə müraciət etdik
Şahin Diniyev: “Ümumiyyətlə, hər bir qərarın mənfi və müsbət tərəfləri var. Məncə, bu, premyer-liqanın qısa vaxt ərzində yekunlaşması yolunda atılan addımdı. Çünki çempionatı tamamlamağı bacarmalıyıq. Üstəlik, oyunlar intensiv keçiriləcək. Həftə ərzində azı iki qarşılaşma baş tutmalıdı. Bu, yalnız bizdə yox, bütün Avropada belə olmalıdı. Bu isə futbolçuları böyük təzyiq altda qoya bilər. Çünki hazırlığa da çox vaxt olmayacaq. Klublara premyer-liqaya hazırlaşmaq üçün maksimum 3 həftə zaman verilə bilər. Təbii ki, belə olan halda oyunçuların orqanizmi bunu götürə bilməz. Damarlar, ağciyər, ürəyin fəaliyyəti yüklənə bilər. Buna dözmək asan deyil. Zədələr arta bilər. Bu baxımından 5 əvəzetmə yaxşı variantdı. Futbolçuları psixoloji və fiziki cəhətdən rahatlatmaq üçün. Məncə, vaxt itkisi də çox olmaz. Ancaq qərarın mənfi tərəfləri də var. Mən məşqçilərin hamısının bundan istifadə edəcəyinə inanmıram. Çünki bu komandanın ritimdən düşməsinə səbəb ola bilər. Futbolçunun oyuna girər-girməz uyğunlaşması çətin məsələdi. Oyunçuya müəyyən vaxt lazımdı ki, tam köklənə bilsin. Bütün bunlar görüşün tempinə də təsir edəcək. Üstəlik, beş əvəzetmə sistemi dəyişmək deməkdi. Oyun keyfiyyətiyinin aşağı düşməsi də qaçılmazdı. Əslində bu qərarda ən çox insan sağlamlığı nəzərə alınıb. Ki, həftədə iki dəfə oyunlar baş tutacaq, zədələr çox olmasın. Açığı, bu dəqiqə heç kim oyun keyfiyyətini düşünmür. Əsas olan futbolçuların sağlamlığıdı”.
Sənan Qurbanov: “Əvvəllər heyətdə 18 oyunçu olurdu, daha sonra bu sayı 23 etdik. Ancaq yenə də üç əvəzetmə edə bilirdik. Məncə, futbol qaydalarında çox dəyişiklik etdikcə, onun baxımlılığını öldürmüş oluruq. O dad, hiss qalmalıdı. Ümumilikdə üç əvəzetmə daha yaxşıdı. Ancaq bu qərarın müvəfəqqəti olduğunu nəzərə alsaq, hardasa başa düşmək mümkündü. Çünki çempionatda uzun müddətdi fasilədi, oyunçuları zədələnməməsi üçün belə bir qərar verilib. Ancaq yenə də ümid edirəm ki, bu qərar daimi olmayacaq. Bütün bunlarla yanaşı, bir oyunda beş əvəzetmə etmək çox riskli olar. Bəzən bir futbolçu dəyişməklə oyunun ritmini itirmiş oluruq. Çünki oyunçunun meydana çıxıb uyğunlaşması o qədər də asan deyil. Bu, komandanın yarısını dəyişmək deməkdi. Bəlli məsələdi ki, futbolçuları zədədən qorumaq üçün bu qərar verilib. Çünki iki-üç həftəyə komandaların tam hazır olması inandırıcı deyil”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar