15 may 11:04aktual

Əmrənin debüt oyununda Azərbaycan Türkiyəni məğlub edib!

[thumb=left]http://www.football-plus.az/uploads/posts/2020-05/1589529838_emre.jpg[/thumb
5 qolu kimə atmısan, arkadaş?
“Futbola forvet olarak başladım, genç takımdaki ilk milli maçımda Azerbaycan’ı 5-0 yendik; 5 golü de ben attım” - “Fənərbaxça”nın kapitanı Əmrə Belözoğlunun mayın 10-da Arda Turanla “instaqram”dakı canlı yayında ağzından çıxan və bizim saytların da həvəslə tirajladığı bu cümlə həm marağıma səbəb oldu, həm də məni şübhələndirdi. 1994-cü ilin dekabrında hələ “Futbol+” işıq üzü görməsə də, Azərbaycan futbolu, yığmalarının nəticələri ilə az-çox maraqlanan adam kimi birinin qapımıza 5 qol vurması yaddaşımın hansısa küncündə ilişib qalmalıydı. Tənbəlliyi bir yana buraxıb, sübhələrimin izinə düşdüm. Şükür Allaha, elm və texnologiya o qədər irəliləyib, internet o qədər inkişaf edib ki, yerli qaynaqlardan da olmasa, ən azı Türkiyə qaynaqlarından istənilən bilgini əldə etmək mümkündü. Axtardım və aydın oldu ki...
Həqiqətən yığmamızla oyunda debüt edib
Əmrənin “vikipediya”dakı səhifəsinə baxanda görmək olur ki, 2000-ci ildə əsas yığmanın formasını geyənə qədər aşağı yaş qruplarında 71 oyun keçirib, 32 qol vurub. Həm klublarda, həm də milli komandada eyni məhsuldarlığı sərgiləyə bilməməsinin kökünü, görünür, elə karyerasına hücumçu kimi başlayıb, sonradan orta sahədə oynamasında axtarmaq lazımdı. Hərçənd bu məqam bizi o qədər də yaxından maraqlandırmır. Əmrənin hücumçu kimi başlamasıyla yanaşı, bu açıqlamasındakı daha bir doğru məqam debütü ilə bağlıdı. 1980-ci il sentyabrın 7-də İstanbulda dünyaya gələn türk futbolunun gənc ulduzu həqiqətən də 14 yaşını tamamlayandan düz üç sonra – 1994-cü il dekabrın 7-də U-15-də debüt oyununa çıxıb. “Zeytunburnuspor”un istedadlı yeniyetməsinə 10 nömrəli formanı veriblər. Həmin gün Türkiyənin U-15 yığması ilə ölkəmizin U-16-sı qarşılaşıb və bizimkilər 3:2 hesabıyla qalib gəliblər. Əmrə başdan sona qədər oynayıb, türkiyəlilərin qollarını 4-cü dəqiqədə Uğur Bozkurt, 40-cı dəqiqədə isə penaltidən Ləvənt Çinarlı vurub – bu bilgini Türkiyə Futbol Federeasiyasının (TFF) saytından götürmüşəm və səhihliyinə şübhəm yoxdu. Saytda həmin oyunun protokolunun bizimkilərə aid hissəsi boş saxlanılsa da, özləri ilə bağlı bütün detallar açıqlanıb
Heç 5:0 bitən oyunda da 5 qol vurmayıb
İki gün sonra, yəni dekabrın 9-da komandalar növbəti dəfə qarşılaşıb və bu oyunda Türkiyənin U-15 yığması həqiqətən 5:0 hesabıyla qalib gəlib. Əmrə bu dəfə də start heyətində yer almaqla yığmamızın qapısına üç dəfə yol tapıb – 25, 60 və 65-ci dəqiqələrdə. 70-ci dəqiqədə yerini Hakan Şənə verib. Qapımızdan növbəti qolları da elə bu futbolçu və Ahmet Həmdi Gülbahar keçirib.
Çox güman, Əmrəni yaddaşı yanıldır. Hər nə qədər istedadlı, Türkiyənin U-15 yığmasının vazkeçilməz adlarından (bu yaş qrupunun 1994-95-də keçirdiyi 13 oyunun 11-də meydanda olub) olsa da, Azərbaycanın qapısına 5 qol vurmayıb. Maraq, daha doğrusu, tarixi həqiqətə aydınlıq gətirmək üçün Əmrənin U-15 formasında rəqib qapılarından keçirdiyi qalan 4 qolu da axtardım. Həmin dönəmdə Türkiyə və Fransa yığmaları tez-tez qarşılaşıb ki, Belözoğlu əksər oyunlarda baş rolda olub. Qonşularımız 1995-ci il aprelin 12-də də fransızları 1:0 məğlub edib, 14-də də. Və hər iki topu Əmrə vurub. Həmin ilin iyulunda artıq “Qalatasaray”la anlaşan qəhrəmanımız dekabrın 6-da Fransa ilə 2:2 bitən oyunda da penaltidən fərqlənib. Beləliklə, o, U-15 formasındakı 7 qolundan 3-nü bizimkilərə, 3-nü fransızlara vurub. Bəs bir top haqda qaldı? Bax, bu suala mən də cavab tapa bilmədim. Ya yığmamızla 5:0 bitən oyunda 55-ci dəqiqədə Gülbaharın adına yazılan qolu da Əmrə vurub, ya da başqa oyunların statistikası ilə bağlı yanlışlıq var. Amma gerçəklik budu ki, o, Azərbaycan yığmasının qapısına bir oyunda 5 dəfə yol tapmayıb. Hə, Azərbaycan futbolda zəif ölkələrdən ola, tarixinə saysız-hesabsız böyükhesablı məğlubiyyətlər yazıla bilər. Amma statistikanı saxtalaşdırmaq, özünü göza soxmaq üçün bizimkilərin adından yararlanmaq – bu da yaxşı yol deyil.
Güman edirəm ki, sizi düşündürən növbəti sual həmin vaxt bu iki oyunun harda keçirilməsi və yığmamızı kimin çalışdırması ilə bağlıdı. Bu suallara da növbəti sayımızda aydınlıq gətirəcəyik.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar