09 may 12:55aktual

UEFA-dan avrokuboklar üçün yeni təqvim variantı


Bilindiyi kimi, UEFA ilk növbədə daxili yarışların – milli çempionatlar və ölkə kubokunun başa çatdırılmasını vacib sayır. Bunun üçün federasiyalara iyulun sonuna, ya da avqustun 3-nə qədər vaxt verilmişdi. Qitə futbol qurumu, təbii ki, avrokuboklar mövsümünü də başa vurmaqda qərarlıdı.
Pandemiya səbəbindən AÇ-2020-nin final mərhələsini birilliyə təxirə salan təşkilatın İcraiyyə Komitəsi aprelin 23-də videogörüntü formatında keçirilən iclasında qitə kuboklarında mübarizəni avqustda sona çatdırmaq qərarını vermişdi. Artıq bunun üçün mövsümün qalan hissəsinin təqvim variantı hazırlanıb. Bununla bağlı UEFA rəhbərliyi və Avropanın bir sıra klub prezidentlərinin çərşənbə günü keçirilən qeyri-rəsmi videokonfransında açıqlama verilib. Tədbirdə avrokubokların qalan hissəsinin bərpası üçün milli çempionatların iyulun sonunadək yekunlaşdırılmalı olduğu bildirilib. Avrokuboklarda mövsümün qalan hissəsi üçün təklif edilən təqvim layihəsini nəzərinizə çatdırırıq.
Çempionlar Liqası
1/8 finalın qalan cavab oyunları: 7-8 avqust
Bavariya (Almaniya) - Çelsi (İngiltərə, ilk oyun - 3:0)
Barselona (İspaniya) - Napoli (İtaliya, 1:1)
Mançester Siti (İngiltərə) - Real (İspaniya, 2:1)
Yuventus (İtaliya) - Lion (Fransa, 0:1)
1/4 final: ilk oyunlar 11-12 avqust, cavab görüşləri 14-15 avqust
Yarımfinal: ilk oyunlar 18-19 avqust, cavab görüşləri 21-22 avqust
Final: 29 avqust
Avropa Liqası
1/8 finalın qalan ilk oyunları: 2-3 avqust
Sevilya (İspaniya) - Roma (İtaliya)
İnter (İtaliya) - Xetafe (İspaniya)
1/8 finalın qalan cavab oyunları: 6 avqust
Vulverhempton (İngiltərə) - Olimpiakos (Yunanıstan, 1:1)
Bayer-04 (Almaniya) - Reyncers (Şotlandiya, 3:1)
Şaxtyor (Ukrayna) - Volfsburq (Almaniya, 2:1)
Mançester Yunayted (İngiltərə) - LASK (Avstriya, 5:0)
Bazel (İsveçrə) - Ayntraxt (Frankfurt, Almaniya, 3:0)
Kopenhagen (Danimarka) – İstanbul BŞ (Türkiyə, 0:1)
Roma (İtaliya) - Sevilya (İspaniya)
Xetafe (İspaniya) - İnter (İtaliya)
1/4 final: ilk oyunlar 10 avqust, cavab görüşləri 13 avqust
Yarımfinal: ilk oyunlar 17 avqust, cavab görüşləri 20 avqust
Final: 26 avqust
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal oyunları da İstanbulda keçirilə bilər. UEFA bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib. TFF-nin isə buna müsbət cavab verdiyi bildirilir. Avqustda başa çatması planlaşdırılan avrokubok oyunları üçün bir neçə variant nəzərdən keçirilir. Planlardan biri də ÇL-in yarımfinal matçlarını Türkiyədə keçirməkdi. Xatırladaq ki, turnirin 2019/20 mövsümünün finalı əvvəlcədən İstanbuldakı “Atatürk Olimpiya” stadionuna təyin olunmuşdu. UEFA-nın ilkin variantında Avropa Liqasının yarımfinal və final matçlarının Polşanın Qdansk şəhərində keçirilməsi də nəzərdə tutulub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar