09 may 12:37aktual

“Fürsət olsaydı, həmin qərarımı dəyişərdim”


Bəziləri Uebbi MY azarkeşi sanırdı
Hovard Uebb hazırda MLS-də Peşəkar Hakimlər Təşkilatının rəhbəridi. Futbolsevərlər isə onu yaxın keçmişin ən məşhur hakimlərindən biri kimi xatırlayırlar. DÇ və ÇL kimi mötəbər turnirlərin finalını idarə edən ingiltərəli vətənində də adətən, ən prinsipial matçlara təyinat alırdı. Təbii ki, belədə onun səhvlərdən “sığortalanması” mümkün deyildi. Onun adıyla bağlı azarkeşlərin narazılığına səbəb olan, uzun müddət müzakirə doğuran və hələ də xatırlanan mübahisəli epizodlar çoxdu. 48 yaşlı sabiq hakim özü də bunu çox gözəl anlayır. Karyerasını yada salan Uebb məhz yol verdiyi kobud səhvlərdən danışmağa üstünlük verib. O, VAR-ın nə dərəcədə önəmli olduğunu da vurğulayıb.
* Hovard Uebb bilir ki, onun hakim kimi yol verdiyi ən böyük səhvlərdən biri DÇ-2010-un finalına təsadüf edir. İngiltərəli referi Hollandiya – İspaniya matçında De Yonqun Xabi Alonsoya qarşı kobudluğunu yalnız sarı vərəqəylə cəzalandırmışdı. Həmin oyunu 1 milyarda yaxın futbolsevər izləyirdi. Təbii ki, heç bir hakim belə bir həlledici matçda səhvə yol vermək istəməz. Uebb indi başa düşür ki, həmin epizodda hollandiyalı yarımmüdafiəçiyə qırmızı vərəqə göstərməliydi. Epizodu yaxşı görə bilməyən hakim səhvə yol verdiyini anlamırdı. Nəticədə ispanlar finalda qalib gələn tərəf oldular. Yəni ingiltərəlinin yol verdiyi səhv acı nəticələnmədi. Maraqlıdı ki, hakim karyerası ərzində yol verdiyi ən böyük səhvdən danışanda başqa bir epizodu yada salmağa üstünlük verir: “Həmin oyun xüsusi idi. Çünki səhv etdiyimi anlamışdım. Söhbət premyer-liqa çərçivəsində “Old Trafford”da keçirilən matçdan gedir. 2009-cu ildə “Mançester Yunayted” “doğma divarlar” arasında “Tottenhem”i qəbul edirdi. Karrikin cərimə meydançasında qapıçıyla təkbətək mübarizədə yerə yıxıldığını gördüm. “Tottenhem”in qapıçısı qaydanı pozmuşdu. Penalti qərarı şübhə doğurmurdu. Təbii ki, belə hallarda oyunçular hakimə etiraz edirlər. “Tottenhem”in futbolçularından bunu gözləyirdim. Amma qapıçı Qomesin qərarıma çox təəccüblənməsi mənə qəribə gəldi. Bir neçə saniyədən sonra anladım ki, səhv qərar vermişəm. Həqiqətən mürəkkəb vəziyyət yaranmışdı”.
* 2008/09 mövsümündə İngiltərə çempionatında zirvə uğrunda qızğın mübarizə gedirdi. MY turnir cədvəlində əzəli rəqibi “Liverpul”u 3 xal qabaqlayırdı. Mersisaydlılar uzun illərdən sonra ölkə çempionluğuna yaxınlaşmışdılar. Aleks Ferqyusonun komandasının xal itirməsi “qırmızılar”ın zirvəyə gedən yolunu aça bilərdi. Bu mənada aprelin sonlarında “Tottenhem”ə qarşı oyunun nəticəsi önəmli idi. 29-cu dəqiqədə Bent hesabı açır, 3 dəqiqə sonra isə Modriç ikinci topu “qırmızı şeytanlar”ın qapısına göndərir. İkinci hissənin əvvələrinə qədər hesabda dəyişiklik yox idi. MY-nin xal itirməsi real görünürdü. Uebbin bəhs etdiyi epizod isə 56-cı dəqiqədə yaşandı. Epizodun təkrarını izləyəndə Qomesin toqquşmadan qaçmaq üçün son anda əllərini çəkdiyini görmək mümkündü. Həmin vaxt VAR sistemi yox idi. Uebbin köməkçiləri də onun qərarına etiraz etməmişdilər. Təcrübəli hakim təkbaşına vəziyyətdən çıxmalıydı. Penaltini Kriştiano Ronaldo dəqiq yerinə yetirdi. Sonra başverənlər haqda isə hakim bunları deyir: “Qərarımı dəyişmək istəmədim. Çünki yanlış qərar verdiyimə dair əlimdə heç bir sübut yox idi. Sadəcə, içimdə qəribə bir hiss yaranmışdı. Ronaldonun zərbəni dəqiq vurmayacağına ümid edirdim. Amma bu baş vermədi. Buraxılan qola baxmayaraq, London təmsilçisinin qələbə hesabını qoruyacağına inanırdım. Ancaq “Tottenhem” bunu bacarmadı”.
* 10 dəqiqə sonra Runi hesabı bərabərləşdirdi. Həmin vaxt ingiltərəli hakimin nə düşündüyü maraqlıdı: “Lənət olsun! Hakim kimi çox şeyi hiss etmək olur. Anlayırsan ki, oyunun axarını dəyişən epizodun yaşanmasının səbəbkarı oldun. Matçda vəziyyətin necə dəyişdiyini görürsən. Hesab 2:1 “Tottenhem”in xeyrinə olanda dəqiq nəsə demək mümkün deyildi. Amma Runi bərabərlik qolunu vurandan sonra vəziyyət dəyişdi”. Nəticədə “Yunayted” daha 3 qol vuraraq 5:2 hesablı qələbə qazana bildi. Hər halda, Uebb hisslərinin onu yanıltdığına inanmaq istəyirdi. Onun doğru qərar vermək ehtimalı qalırdı. Hər şey final fitindən sonra bəlli oldu. Ekranlarda oyunun qəhrəmanı görünməli idi. Məhz Runinin ötürməsindən sonra Karrik qapıçıyla duellə yollanmışdı. İngiltərəli hücumçu matçda dublla da yadda qalmışdı. Amma kameralar Runini yox, Uebbi çəkirdilər: “Rejissorun kameranı oyunçulara yox, sənə tuşlaması çox şeydən xəbər verir. Həmin an anlayırsan ki, qarşıda səni yaxşı şeylər gözləmir”.
Deyilənə görə, London təmsilçisinin baş məşqçisi Harri Rednapp oyundan sonra hakimi paltardəyişmə otağına gedən tuneldə gözləyirmiş.
* Sabiq hakim karyerası ərzində dəfələrlə səhvə yol verdiyini etiraf edir. Bu səbəbdən onu tənqid edənlərin çox olduğunu da deyir. Hətta AÇ-2008-də Polşa – Avstriya matçının son saniyələrində təyin etdiyi penaltidən sonra onu ölümlə təhdid edənlərin olduğunu da vurğulayır. “Tottenhem” – MY oyununda yol verilən səhvdən sonra isə bəziləri onun “qırmızı şeytanlar”a azarkeşlik etdiyini bildirməyə başladı. Təbii ki, Uebb bu fikirlə qəti razı deyil. O, hərdən meydanda verdiyi mübahisəli qərarlara görə ailə üzvləri və ya qohumları tərəfindən tənqid olunduğunu da yada salır: “Hamıdan tənqid eşitmişəm. Azarkeşlər sevdikləri klublara qarşı həssas yanaşırlar. Bu mənada verilən hər qərar onları özündən çıxara bilər. Bəziləri üçün könül verdiyi klub hətta ailədən də önəmli olur. İngiltərə kubokunda “Liverpul”la “Arsenal” arasında baş tutan oyunda bir epizodda londonluların qapısına penalti təyin etməmişdim. Düzü, fürsət olsaydı, həmin qərarımı da dəyişərdim. Çünki doğru addım atmamışdım. Oksleyd-Çemberlen Luis Suaresə qarşı cərimə meydançasında qaydanı pozmuşdu. Oyun sürətli gedirdi. Bu səbəbdən epizodu dəqiq görə bilməmişdim. Nəticədə “Liverpul” 1:2 hesabıyla məğlub oldu. Həmin gün “qırmızılar”a azarkeşlik edən uşaqlıq dostumdan mesaj almışdım: “Sən hələ də mənim dostumsan, amma bu gün verdiyin qərar çox yanlış idi”.
* Hazırda hakimlərin işi nisbətən asandı. Çünki onların VAR kimi faydalı köməkçisi var. Uebb keçmişdə yol verdiyi səhvləri xatırlayanda yeni sistemi tərifləməyi də unutmur. Sabiq hakim etiraf edir ki, daha çox yol verdiyi səhvləri xatırlayır. Halbuki onun ideal idarə etdiyi oyunların sayı qat-qat çoxdu: “Belə bir sistemin olması gözəldi. VAR-ın sayəsində kobud səhvlərdən qaça bilirik. Yeni sistemin işindən razıyıq. Verilən doğru qərarların sayəsində hakimlərin özünəinamı artır. Səhvlərin sayını minimuma endirməyi bacarmışıq. Məsələn, “Old Trafford”dakı həmin oyunda VAR olsaydı, işim xeyli asanlaşacaqdı. Mübahisəli epizodlar zamanı təkrara baxmaq şansım olacaqdı. Bunun sayəsində yanlış qərarlardan qaça biləcəkdim. Eyni sözləri “Arsenal” – “Liverpul” matçı və ya De Yonqun kobud oynadığı məşhur epizod haqda da deyə bilərəm. Bir neçə saniyəyə təkrara baxıb doğru qərar vermək mümkündü. Yəqin ki indi həmin epizodları xatırlayıb üzülməyimə də ehtiyac olmayacaqdı”.
ELZAMİN hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar