08 may 15:30aktual

AFFA əcnəbi mütəxəssisləri yola salacaq

AFFA əcnəbi mütəxəssisləri yola salacaq
Millinin yeni baş məşqçisi yerli olmalıdı
Dünyada hökm sürən koronavirus pandemiyası ölkəmizə də ciddi ziyan vurmaqdadı. İş yerləri dayanıb, pandemiya ilə mübarizə aparılır, ölkənin turist gəlirləri faktiki sıfra düşüb. Yaranmış vəziyyət bütün sahələrdə öz mənfi təsirini göstərməkdədi.
Koronavirusun yayılması avtomatik neftin qiymətinə də təsir edib. Hava yolları bağlıdısa, insanlar şəxsi nəqliyyat vasitələrindən əvvəlki kimi istifadə etmirsə, şəhər və rayonlar arasında ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulubsa, bu, neftə tələbatın azalması, deməli, həm də neftin ucuzlaşması deməkdi.
İnflyasiya bütün sahələr kimi, idmana da zərbə vuracaq. Və artıq vurduğunu deyə bilərik. Bu dəqiqə ölkə rəhbərliyi bütün diqqətini koronavirusla mübarizəyə, yəni pandemiyanın qarşısının alınmasına yönəldib. Karantin və müalicə mərkəzlərinin inşası, həkimlərin maaşının 3-5 dəfə artırılması, aztəminatlı ailələrə və vergi ödəyicilərinə müavinətlərin ayrılması, koronavirus testinin aparılması (bir testin qiyməti 180 manatdı – H.), bununla yanaşı, ölkə iqtisadiyyatının çökməsi – bütün bunlar milyardlarla manata başa gəlib. Başqa cür desək, büdcə tükənməyə doğru gedir.
Bu cür vəziyyətdə idmanın arxa plana keçməsi başadüşüləndi. Gördüyünüz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi yumşaldıcı qərarlar arasında idman yarışlarının keçirilməsi ilə bağlı məlumatlara rast gəlmirik. Çünki bu gün hamımıza lazım olan cansağlığıdı, nəinki idman yarışları və ya hansısa turnirlərdə qazanıla biləcək uğurlar.
Bildiyiniz kimi, bütün idman sahələri əsasən SOCAR-dan maliyyələşir. Neft şirkətinin yeganə gəlir mənbəyi neft və qazdı. Hər ikisinin qiymətinin ucuzlaşması dövlət rəhbərliyini idmanda qənaət rejiminə keçməyə məcbur edir. Əldə etdiyimiz bilgiyə görə, məsrəflərin azaldılması üçün atılmaqda olan ilk addım bütün idman növlərindəki legioner idmançı və mütəxəssislərin yola salınmasıdı. Artıq rəhbərlərə bununla bağlı xüsusi göstəriş verilib. Boks, güləş, cüdo, taekvondo, voleybol, futbol – fərq etmir. Nə qədər əcnəbi mütəxəssis varsa, göndərilməli, namizəd legionerlərlə danışıqlar dayandırılmalıdı.
Tapşırıq futbola da aiddi. Bu gün Azərbaycan futbolunda kifayət qədər yaxşı maaş alan və həmin pulu SOCAR-ın büdcəsindən cibinə qatlayan mütəxəssis çoxdu. Bernard Lippert, Frits Stuxlik, Milan Obradoviç, Miloş Velebit... Müqaviləsinin müddəti bu ilin yayında bitənlərlə yollar avtomatik ayrılmalıdı. Digərləri ilə ortaq məxrəcə gəlinməlidi. Üstəlik, əsas yığma üçün nəzərdə tutulan əcnəbi mütəxəssis planının üstündən də çalın-çarpaz xətt çəkilməlidi. Bu isə o deməkdi ki, millinin baş məşqçisi mütləq və mütləq yerli olmalıdı.
Legionerlərdən imtinanın idmana, futbola nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Lakin söhbət futboldan gedirsə, ölkə rəhbərliyinin bu göstərişini alqışlamaq lazımdı. Onsuz da həmin Lippert, Stuxlik, Obradoviç Azərbaycan futboluna ciddi mənada fayda vermir. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Nikolay Adam, Oliver Pilzer kimilər vaxtilə neftin pullarını hansı iştahla yemişdilərsə, indikilər də bu yolla qazanmaqda davam edir. Ona görə də ən yaxşısı onları yola salmaq, dolayı yolla əcnəbilərin hesabına pullaşan başbilənlərin varlanmaq arzusunu gözündə qoymaqdı. Ölkə başçısının bu göstərişinin qarşısında baş əyməmək mümkün deyil...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar