07 may 12:06aktual

Bosniyalılar “Çelik”in türk prezidentinə “torba tikiblər”


Elvin Yunuszadə taleyinin necə olacağını bilmir
Fevralda böyük ümidlərlə Bosniya və Hersoqovinaya yola saldığımız Elvin Yunuszadənin “Çelik”dəki rəsmi debütü, deyəsən, baş tutmayacaq. Təxminən ayyarım Zenitsada olan, komandasının məşqlərində iştirak edən ucaboy müdafiəçi işçi vizasının yoxluğu ucbatından çempionatda debüt edə bilmədi. Martın əvvəlində lazım olan sənədə yiyələnsə, adı yerli futbol təşkilatı tərəfindən təsdiqlənsə də, bu dəfə ortaya koronavirus problemi çıxdı. Hər yerdə olduğu kimi, Bosniyada da çempionat dayandı, Elvin isə Sarayevodan İstanbula, ordan da Bakıya uçub gəldi.
İş burasındadı ki, məşqlər başlasa, çempionat bərpa olunsa, hava yolları açılsa belə, “Neftçi”ylə “Qarabağ”ın sabiq üzvünün “Çelik”ə gedən yolunun üstündə qara daş var. O qara daş isə kənar adam yox, klubun rəhbəridi. Aydın dildə desək, Ümit Özatı da, Elvini də Bosniyaya çağıran şəxs. Adam yerli federasiya və vergi orqanları ilə ciddi münaqişə yaşayır. Odu ki, bosniyalılar “Çelik”ə göz verib, işıq vermirlər. Təfərrüata varaq, 1945-ci ildə yaradılan klubun prezidentinin kim olduğunu araşdıraq.
Sedat Pekeri xatırlayırsız? Türkiyədə kriminal aləmdə kifayət qədər tanınan, adam oğurluğunda, ölümündə, terror qruplaşması yaratmaqda, terrora hazırlıqda ittiham edilərək 2007-ci ildə “Kəpənək Əməliyyatı” nəticəsində saxlanılaraq 15 illik həbs cəzası alan şəxsdi. Yəni qardaş ölkədə bu ad-soyad yetərincə məşhurdu. Vaxtilə qəzetlər gecə-gündüz ondan yazır, televiziya verilişlərində ondan danışılırdı. Yox, o indi “Çelik”in prezidenti deyil, həbsdədi.
“Çelik”in prezidenti əsl soyadı Aydın olan Olqun adlı biridi. Lakin pasportunda tam ad-soyadı Olqun Aydın Peker yazılır. Səbəb isə az öncə haqqında bəhs etdiyimiz Sedat Pekeri özünə mənəvi ata saymasıdı. O da Türkiyədə tanınanlardandı, xüsusən də futbol aləmində. Sedatla Olqunun arasında cəmi 2 yaş fərq var. Birinci 1971-ci ildə doğulub, ikinci ondan 2 il sonra. Sadəcə, Olqun şəxsiyyət olaraq özünə kumir seçib və hər imkanda özünü ona bənzətmək istədiyini deyir. Soyadına “Peker”i əlavə etməsi də şəxsiyyətə pərəstişə görədi. O da vaxtilə müxtəlif hadisələrə görə saxlanılıb, hətta ömrünün bir neçə ilini həbsxanada keçirib. Futbol oyunlarının alğı-satqısında şübhəli bilinərək saxlanılıb və ifadə də verib. Türkiyəli həmkarlarımız onu həm də “Girəsunspor”un sabiq prezidenti kimi xatırlayır. Bu yaxınlarda isə “Çelik”in başına keçib.
Olqun Aydın Pekerin klubu saxlaya bilməməsinin səbəbi klubun üzərində olan küllü miqdarda borcdu. Hətta mətbu orqanlarda “Çelik”in başqanının kluba məxsus möhürü götürərək aradan çıxdığı yazılır. Yaranmış söz-söhbətdən təngə gələn Olqun Aydın Peker bir müddət öncə video vasitəsilə çəkiliş edərək xalqa və azarkeşlərə səslənib: “Mən bir türk iş adamı olaraq Bosniyaya gəldim, çünki buranı çox sevirəm. Burda bir şeylər etmək istəyirdim. Məqsədimiz xoş niyyətlə, təmiz hisslərlə nəsə etmək idi. İlk gəldiyim gün demişdim ki, “Çelik”ə 100 milyon dollar da xərcləsək, klub heç vaxt bizim olmayacaq. Çünki bir klubu belimizə alıb İstanbula, Türkiyəyə apara bilmərik. Niyyətim Bosniya futboluna dəstək vermək, gənc futbolçuları yetişdirmək idi. Biz bura şirkət almağa gəlmişdik, belə bir ideya çıxdı ortaya. Halbuki məni aldadıblar, heç bir şirkət alınmayıb. Baxıram ki, neçə vaxtdı mübarizə apardığım insanlar zenitsalılardı, bu klubdan çörək yeyənlər.
Bura gəldiyim ilk vaxtlarda bələdiyyə başqanı ilə razılaşdıq. Görən kimi bizə sevgi, hörmət göstərdi. Sonradan başa düşdüm ki, yalandan üzümüzə gülürmüş. Bələdiyyə başqanına dedim ki, klubun 400 min marka (təxminən 223 min dollar – H.) borcu var, onu ödəyirik, siz də klubun bank hesablarının üzərindəki qadağanı götürün, vergi borclarını yox edin. “Oldu” deyib, bizi aldatdılar. Bank hesablarındakı bloklar qaldı, pul alan yerli futbolçuların bəziləri üzümə durub pul almadıqlarını dedilər... Kluba biz baxırıq, amma stadionun altındakı obyektlərin kirayə haqqını bələdiyyə yığır. Belə şey harda görünüb? Türklərdə “yolunmalı qaz” məsəli var, bəlkə də bələdiyyə rəhbərliyi bizi o rolda görmək istəyirdi. Amma biz yolunacaq qaz deyilik.
Fenan Salçinoviç adlı kapitanımız var. Saqqal saxlayır, namaz qılır. Mən onu əsl müsəlman bilirdim. Sən demə, müsəlmanlıq təkcə saqqal saxlamaqla olmur. Onunla sözləşməni dondurmaq istəyirdim ki, məşqçi işləsin, 32-33 yaşı var, xeyir vermir. Oynamaq istədiyini deyib göz yaşı tökdü. Ürəyim dözmədi, razılaşdım. Aylıq 2000 markalıq (1100 dollar – H.) müqavilə bağlanmasını tapşırdım. Bir gün sənədləri vərəqləyəndə Fenanın aylıq müqaviləsinin 10600 marka olduğunu gördüm. Mən dediyimdən düz 5 dəfə çox. Mənim arxamca yaxın bildiyim insanlar cibimə girirmiş, oğurluq edirmiş. Fenana soruşuram, etdiyin nədi? Deyir, mən etmədim, sizin tapşırdığınız adamlar etdi. Dedim, başa düşmürəm. Bəs sən görmürsən hansı rəqəmə qol çəkdiyini? Sən belə müsəlmansan?
“Çelik”ə ən böyük zərəri vuran zenitsalılardı, başqa heç kim. Burda çox şey dəyişməlidi. Federasiyanın başındakılar, hakimlər - hamısı dəyişməlidi. Bosniya futbolunda nə televiziya, nə də futbolçu gəliri var. Əvəzində yalan və hiylə bolluğudu. Bu il o qədər əziyyət çəkdik. Türkiyədən tanınan məşqçi və kifayət qədər təcrübəli futbolçular gətirmişdik. Nələrsə etmək istəyirdik. Amma bizə lisenziya vermədilər. Niyə? Vergi borcumuz, sığorta borcumuz var. Dünyanın heç yerində bur cür sistem yoxdu. Bunların etdiyi irqçilikdi. Mənim gəlmə futbolçularıma lisenziya vermirsənsə, bosniyalılara da verməməlisən. Çünki hamısı futbolçudu, idmançıdı. Başqa ölkələrdə futbolçuya birinci lisenziya verilir, sonra həmin lisenziya ilə miqrasiya xidmətinə müraciət olunur. Hər yerdə belədi, Bosniyadan başqa.
Etdiyim səhvlərə, verdiyim ümidlərin qarşılığını verə bilmədiyimə görə üzr istəyirəm. Mənim ən böyük səhvim ətrafımdakı insanları tanımamağım oldu. Ümid edirəm ki, bundan sonra “Çelik” və Zenitsa üçün yaxşı olacaq. İnşallah, məndən sonra daha yaxşı rəhbər gələr və zenitsalı saxtakarları klubdan uzaqlaşdırar”.
Göründüyü kimi, “Çelik”də Olqun Aydın Peker dövrünü bitmiş saymaq olar. Bu məqamda ortaya sual çıxır: Elvinin taleyi necə olacaq? Onu komandaya cəlb edən Ümit Özat qalacaq, yoxsa o da gedəcək? Əlaqə saxladığımız Yunuszadə indiki anda konkret fikir söyləyə bilməyəcəyini dedi: “İndi elə bir vaxtdı ki, hamının başı koronavirusa qarşıb. Məşqlər yoxdu, yollar bağlıdı. Klubla müqaviləmin müddəti bu ilin iyununda başa çatacaq. O vaxta kimi yeni klub rəhbərliyinin kimliyi də bilinər. Eşitdiyimə görə, rəhbər postuna keçmək istəyənlər var. Əsas bu suala cavab tapılsın, sonrası görək necə olur. Arada Ümit hoca ilə də danışıram, o da dəqiq nəsə deyə bilmir”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Bu gün, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Bu gün, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Bu gün, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Bu gün, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Bu gün, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Bu gün, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Bu gün, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Bu gün, 13:29 Aydan ulduZa Türkiyə futbolu Bu gün, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar