03 may 15:30aktual

“Xəzər Lənkəran”lı çempion Belarusdakı vəziyyəti nəql etdi


Pavlyukoviç: “Məsləhət olsaydı, bizdə də başqa ölkələrdəki kimi ciddi qadağalar qoyulardı”
Dünyanın COVID-19 virusu ilə çarpışdığı, kütləvi tədbirlərin, idman oyunlarının və ən əsası, futbolun yığışdırıldığı bir vaxtda Belarus çempionatı davam edir. Bu dəqiqə bu ölkənin çempionatı nəinki keçmiş SSRİ məkanına daxil ölkələrdə, hətta Avropada da izlənilirr. Futbolun çökdüyü zamanda Belarusda top dalınca qaçanlar televizor qarşısında oturanlara həyat bəxş edir.
Bunun başlıca səbəbi də ölkə prezidenti Aleksandr Lukaşenkonun koronavirusdan ehtiyatlanmaması, dünyadakı kütləvi insan tələfatına göz yummasıdı. Belə olmasaydı, 26 ildi ölkəyə başçılıq edən Lukaşenko də idman tədbirlərinin təxirə salınmasına dair qərar verər, Belarus çempionatı təxirə salınardı.
Amma yox. Məhz davam edən çempionat sayəsində Belarus həm geniş dairədə reklam imkanı qazanmaqdadı, həm də futbolun hesabına kifayət qədər gəlir əldə edirlər. Lakin hara fırladırsan-fırlat, bunun adı təhlükədi, ölümlə üz-üzə dayanmaqdı.
Maraqlıdı, insanlar bu haqda nə düşünür? Mövcud vəziyyətdən razıdılar, yoxsa əlacsızlıqdan futbol oynamağa, məşqçilik etməcə məcburdular? Belarusda futbolun davam etməsi mövzusunda bəzi suallara cavab tapmaq üçün vaxtilə ölkəmizdə legioner həyatı yaşamış, “Xəzər Lənkəran”ın heyətində çempion olmuş, ölkə kubokunu başı üzərinə qaldırmış, hazırda “Vitebsk”də köməkçi-məşqçi işləyən Sergey Pavlyukoviçlə danışdıq.
- Belarus Avropada yeganə ölkədi ki, çempionatı davam edir. Futbol ictimaiyyətinin, azarkeşlərin, məşqçi və futbolçuların buna münasibəti necədi?
- Belə deyim, futbolçular xoşbəxt görünürlər. Çünki hamısı birağızdan futbol oynamaq istədiklərini deyirlər. Məşqçilər, inzibati və texniki heyətin üzvləri də həmçinin. Sorğu keçirməmişəm, amma insanların da futbol izləməkdən zövq aldığını düşünürəm. Yeganə problem legionerlərə bağlıdı. Həmin əcnəbilər ki, çempionat başlayanda ailələrini gətirə bilməmişdilər. İndi onlar xanımlarından, uşaqlarından uzaq qalıblar deyə, bir qədər narahatdılar. Hiss edirsən ki, fikirləri evdədi. Yox, söhbət belaruslulardan gedirsə, elə bir çətinlik yoxdu.Şükürlər olsun, hələ heç bir idmançıda virus aşkarlanmayıb. Ümid edirəm ki, bu baş verməyəcək.
- Koronavirus qorxusu yoxdu? Çempionatın davam etməsi təhlükə mənbəyi deyil?
- Bildiyimə görə, məlum xəstəliklə mübarizə üçün Ümumdünya Səhiyyə Təşəkilatı var və bütün proseslərə həmin təşkilat nəzarət edir. Məsləhət olsaydı, bizdə də başqa ölkələrdəki kimi ciddi qadağalar qoyulardı. Ölkə rəhbərliyi hələ ki kütləvi tədbirlərin dayandırılması ilə bağlı göstəriş verməyib. Bu üzdən çempionat davam edir. Sabah, Allah göstərməsin, vəziyyət pisə doğru dəyişsə, yəqin ki hansısa ciddi qərarlar verilər. Bu gün sakitlikdi.
- İdman bir tərəfə, insanlarla bağlı vəziyyət necədi? Məhdudiyyətlər, qadağalar yoxdu?
- Başqa ölkələrdən fərqli Belarusda karantin rejimi elan olunmayıb. Dövlət qurumları işləyir, digərləri də onun kimi. Kimin şəxsi obyekti varsa və qorxudan işlətmək istəmirsə, öz işidi. Amma ölkə rəhbərliyi tərəfindən hansısa obyektlərin bağlanmasına dair xüsusi göstəriş verilməyib. Tövsiyə var, tələb yox. Məsələn, insanlara bir-birindən 1-2 metr aralı durmaq tövsiyəsi verilib. Lakin bu o demək deyil ki, bir-birinin ağzının içinə girənləri həbs edirlər, yaxud cərimələyirlər. Diqqətimi çəkən küçələrdə insan sayının azalmasıdı. Görünür, sağlamlığını qorumaq istəyənlərin sayı çoxdu (gülür).
- Çempionatın davam etməsini Belarus futbolu üçün yaxşı reklam saymaq olar?
- Belə deməzdim. Futbolumuz ölkədə karantin rejimi elan olunmadığına görə davam edir. Başqa yarışlar da - hokkey, tennis, həndbol – keçirilsəydi, bu cür olacaqdı. Hamı evdədi, maraq göstərənlər televizorun qarşısında oturub Belarus çempionatını izləyirlər. Onsuz da belə bir ölkənin, çempionatın varlığından xəbərdardılar. Reklam olunası bir şey görmürəm.
- O mənada demirəm. Deməyim odu ki, bu dəqiqə agent və skautların, məşqçilərin gözü Belarus futbolundadı. Xeyli sayda bacarıqlı yerli futbolçu başqa ölkə klublarının heyətində peyda ola bilər.
- Dediyiniz adamların diqqətinin Belarus çempionatında olması fikri ilə razılaşa bilərəm. Amma bir məqamı unutmayaq ki, son illər xaricdə top qovan belaruslu futbolçuların sayı kifayət qədər azalıb. Bu gün çox az oyunçu yaxşı çempionatda legioner həyatı yaşayır. Belə olduğu halda isə sənin futboluna, çempionatına maraq azalır. Bir ölkədən ki, az sayda futbolçu kənara çıxır, istər-istəməz həmin ölkədən olan oyunçulara qarşı daha həssas davranırlar. Ki, transferdə səhvə yol verməsinlər, tələskənlik olmasın. Ona görə də bu məsələdə də çempionatın davam etməsinin güclü reklam olacağına inana bilmirəm.
- Bu yaxınlarda televizorda “Dinamo” – “”Şaxtyor”, BATE – “Torpedo” oyunlarını izlədim. Azarkeş sayı olduqca aşağıdı. Bu koronavirus qorxusuna görədi, yoxsa real durumdu?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar