29 apr 17:38aktual

“AÇ-nin təxirə salınması işimə yaradı”


Ötən ilin dekabrında dizindən ciddi zədə alaraq 6 aylığa sıradan çıxan Türkiyə yığmasının və Fransa təmsilçisi “Lill”in vingeri Yusuf Yazıcı NTV kanalına açıqlamalar verib. Bilindiyi kimi, Fransa çempionatı yarımçıq dayandırıb. Baş nazir Eduard Filipp qeyd edib ki, koronavirus üzündən ölkədə idman turnirləri, eləcə də 5000 nəfərdən artıq auditoriya toplayan bütün tədbirlər sentyabra qədər ləğv olunub. 23 yaşlı futbolçu əvvəlcə zədəsi, sonra da koronavirus üzündən uzun müddətdi Türkiyədədi. Karantin günlərində Trabzonda doğulduğu məhəllədə küçəyə çıxa bilməyən 65 yaşdan yuxarı vətəndaşları ziyarət etməsi və onlara ərzaq paylaması ilə alqış qazanan Yusuf bunları deyib: “Liqa 1-də mövsümün qalan hissəsinin ləğvi mənim üçün böyük sürpriz oldu. Çünki cəmi 2-3 gün öncə idman direktorumuzla danışmışdım. Fransaya necə və nə vaxt qayıda biləcəyimi müzakirə etmişdik. Yavaş-yavaş məşq proqramları da bəlli olmağa başlayırdı ki, birdən-birə belə xəbər gəldi. Əməliyyat olunmağımın üstündən düz 4 ay ötür. Məncə, normal mövsüm davam etsəydi, bir müddət sonra artıq məşqlərə başlayacaqdım. AÇ-2020-də oynamağı çox istəyirdim. Əslində turnirin təxirə salınması mənim üçün gözəl xəbər oldu. Bu, mənim işimə yaradı. Bəzi ölkələrdə futbolçuların meydana maskayla çıxa biləcəkləri haqda söz-söhbəti mən də eşitmişəm. Adi performans məşqlərində belə taxdığımız maskalarda nəfəs almaqda çəkirik. Ona görə də bu ideyanın həyata keçə biləcəyini düşünmürəm. Maskayla oynamaq heç də asan olmayacaq. Həm də psixoloji məqamları nəzərə almaq lazımdı. Futbolçunun beyni rahat olmadıqda o özünü oyuna həsr edə və meydanda tam bacarığını göstərə bilmir. Hamı üçün çətin durumdu. Futbolçunun da ailəsi var. Onu həm öz, həm də ailəsinin sağlamlığı düşündürür. Bizdən hələ ki heç kim məvaciblərin endirilməsini tələb etməyib. Elə ən son idman direktoruyla danışanda da bu mövzuya toxunmadıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar