29 apr 10:58aktual

Çağlar Söyüncü: “Mən daha çətin olanı seçdim”


İngiltərə premyer-liqasında bu mövsümün kəşflərindən biri Çağlar Söyüncüdü. 24 yaşlı türkiyəli müdafiəçi “Lester”in premyer-liqada keçirdiyi 29 matçın 28-də meydanda olub və hamısında da start heyətində oynayaraq 1 qol vurub. “Lester”in rəsmi saytı bugünlərdə Çağlardan müsahibə götürüb. Özü də sayt əməkdaşı futbolçunu müsahibə üçün Londonun yaxınlığında yerləşən türk restoranlarından birinə dəvət ediblər. “Altyapı”sında yetişdiyi “Altinordu”dan ayrıldığı dönəmdən və doğulduğu bölgədən danışan Çağlar bunları deyib: “Əslində Türkiyədə qalmaq mənim üçün daha asan olardı. Demək olar, bütün nəhəng klublar mənə maraq göstərirdi. 19-20 yaşında bir gənc üçün bu qərarı vermək asan olmasa da, mən daha çətin olanı seçdim. Həm də Türkiyənin aşağı liqasından bundesliqa klubuna transfer olunan ilk futbolçu kimi tarixə düşmək ehtimalım var idi. Bu, mənim üçün böyük motivasiya qaynağı idi. Ona görə də “Frayburq”un təklifini qəbul etdim. İzmir çox gözəl və müasir şəhərdi. Meneməndə doğulmuşam və 10 yaşıma qədər orda yaşamışam. Amma uzun müddətdi oralara gedə bilmirəm. Ailəm İzmirin başqa bir bölgəsində yaşayır. Çağatay və Kazım adında iki qardaşım var. Anam çox da səyahət etməyi xoşlamır. Amma atam bir neçə dəfə oyunlarima baxmaq üçün İngiltərəyə gəlib. DÇ-2002-də 8 yaşım var idi. Futbola yeni baxmağa başlayırdım. AÇ-2008-də Nihat Kahvecinin Çexiyaya, Semih Şəntürkün Xorvatiyaya vurduğu qollar çox önəmli idi. Bu oyunlar bütün Türkiyəni ekran qarşısına keçməyə vadar etmişdi. Bu oyunçular biz gənclərin ideallarına çevrilmişdi. O dönəmdən başlayaraq mən də Türkiyə yığmasının şərəfini qorumaq arzusuyla yaşayırdım. İndi o formanı ilk dəfə geydiyim anda keçirdiyim hissləri özünüz təsəvvür edin. Bu hissi bir kəlmə ilə ifadə etmək çətindi. Karyeramda bir neçə dəfə mövqe dəyişmişəm. Ona görə də örnək aldığım bir futbolçunun adını çəkmək çətindi. Yeniyetməlik illərimdə “Menemənspor”da hücumçu kimi oynayırdım. Öz yaş qrupumda bu mövqedə heç də pis təsir bağışlamırdım. İkinci klubum “Bucaspor”da bir qədər geriyə çəkildim və “6” nömrə oynamağa başladım. Ondan sonra da tədricən müdafiəçiyə çevrildim. Mənim üçün ən çətin qərarlardan biri ailəmdən ayrılmaq idi. Çünki cəmi 11 yaşım var idi. Amma hədəflərimə çatmaq üçün bunu etməliydim. DÇ-2002-də tarix yazan Türkiyə yığmasında Avropada oynayan oyunçuların sayı elə də çox deyildi. Onlardan biri Mustafa İzzət idi. O da “Lester”də oynayıb. Əla futbolçu idi. Premyer-liqada təzyiq və məsuliyyət çox böyükdü. Amma komanda yoldaşlarımın və məşqçilərimin sayəsində bu təzyiqin öhdəsindən gələ bilirəm. Mənim üçün faktiki İngiltərə macərası bu mövsümdən başladı. Çünki məhz bu mövsüm daim oynamağa başladım. Ehtiyatda qaldığım dönəmdə də həvəsdən düşmürdüm. Özümə güvənirdim və gec-tez mənə də şans gələcəyini bilirdim. Hər gün yeni bir şey öyrənməyə çalışırdım. İndi artıq əsas heyət üzvü olduğum üçün əvvəlkindən də çox çalışıram”.
İngiltərə mətbuatının yazdığına inansaq, Çağlara maraq göstərən klubların sırasına “Barselona” da qoşulub. Kataloniya nəhəngi türkiyəlinin bu mövsümdəki çıxışını diqqətlə izləyir. Yayda “Barsa”nın “Lester”ə rəsmi təklif göndərmək ehtimalı heç də az deyil.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Bu gün, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Bu gün, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Bu gün, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Bu gün, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Bu gün, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Bu gün, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Bu gün, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Bu gün, 13:29 Aydan ulduZa Türkiyə futbolu Bu gün, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar