29 apr 10:51aktual

“Mehman Allahverdiyevin dövrü var idi ha, bax, həmin epizoddu”


Rövşən Əhmədov nə sağa baxdı, nə də sola
İllərdi heç kimin yadına düşməyən 3 qat ölkə çempionu, 1995/96 mövsümünün iki bombardirindən biri Rövşən Əhmədov son günlər medianın bəzəyinə çevrilib. Demək olar ki, hamı ondan yazır, işsizliyi qabardılır. “Kəpəz” rəsmilərinin qapısına apardığı yardım sovqatını özündə əks etdirən şəkil isə gündəmi zəbt edib.
2017-nin noyabrında özü ilə danışmış, “Futbol+” üçün müsahibə hazırlamışdım. Dünən növbəti dəfə əlaqə saxladım, yenə söhbətləşdik. Səbəbkar bu dəfə fərqli və sərt danışdı.
- Sağ olsunlar, “Kəpəz”in adından qapınızı döyüb, yardım gətirmişdilər...
- Hə, sağ olsunlar. Başda Müşfiq Cəfərov olmaq şərti ilə Elmar Əliyevə, Azad Mustafayevə təşəkkür edirəm. Bir də idman komitəsindən gəlmişdilər. Açığı, belə şey ağlıma da gəlməzdi. Telefonuma zəng vurdular ki, bəs sizə gəlirik, ünvanı bilmək istəyirik. Gəldilər, kömək edib, getdilər.
- Gətirilən yardım neçə gün bəs elədi?
- Yardımın pisi-yaxşısı, yekəsi-balacası olmur. Nə gətirmişdilərsə, Allah canlarını sağ eləsin.
- O mənada demirəm. Yəni yardım uzaqbaşı 3-5 gün bəs edər. Bəs sonra?
- Əlbəttə, söhbəti yoxdu. Yardımdı da, hərəsindən 2-3 kilo olan köməkdi. Məsələn, 3-5 gün, uzaqbaşı bir həftə gedər. Nə deyim, vallah. Allah hamının ürəyinə görə versin.
- Yardım qutusunu götürən an çəkilən şəklinizi gördüm. Gözlərinizi yerə zilləmisiz, sanki fotoaparatın, telefonun obyektinə düşmək istəmədiyinizə mesaj verirsiz. Şəkil çəkdirməyi xoşlamırsız, yoxsa həmin an utandığınızdan başınızı qaldıra bilmədiz?
- Sözün düzü, şəkil çəkdirməyi sevən deyiləm. Amma şəkil çəkdirəndə özüm yerə baxdım ki, pis olmayım (səsi kəsilir).
- O şəkli görəndən sonra yazı yazdım. Və orda qeyd etmişəm ki, Rövşən Əhmədov bilsəydi ki, bu günə qalacaq, vaxtında topa, meydana, futbolkaya tüpürüb özünə başqa sənət seçərdi. Siz də indi bu cür düşünürsüz?
- Bilsəydim ki, AFFA belə hörmət göstərəcək, vaxtında özümə day-day tapardım, “girənlik” edərdim. Bilərdim ki, həmişə işim olacaq, pulsuz qalmayacam. Futbolu da həvəs, maraq üçün oynayardım. Bunları əsəbdən deyirəm, amma yox. O vaxt hansısa sənət seçərdim, ya yox – deyə bilmərəm. Amma bu gün futbola nifrət edirəm. AFFA-dakılar oturub isti otaqlarda, yanlarında da 5-10 nəfər özlərininki. Hara getsələr, yanlarındadılar. Bir nəfər soruşmur ki, belə bir çempion, bombardir vardı, hardadı, nə işlə məşğuldu? Özüm nə qədər ağız açmışam, kömək edən olmayıb.
- Millət vəkili Müşfiq Cəfərov sizi işlə təmin edəcəyini bildirib. Yəqin ki xəbərdarsız.
- Hə, bilirəm. Müşfiq müəllim sağ olsun, Allah onun canını sağ eləsin, özü mənimlə əlaqə saxlamışdı. O gündən bəri iki dəfə zəng vurub. Deyir, narahat olmayın, mən sizi işlə təmin edəcəm. Etsə də, sağ olsun, etməsə də. Əsas odu, cəhd edir, vəziyyəti başa düşür.
- Futbol işi olacaq?
- İki şey bacarıram da: futbol, bir də fəhləlik. Yəqin ki futbolla bağlı iş olar. Fəhlə işinə qalsa, onsuz da fəhləlik edirəm də.
- AFFA-nın diqqətsizliyi, illərdi konkret bir neçə mütəxəssisə bel bağlaması – bunlar öz yerində, hamıya məlumdu. Bu gün futboldan kənarda qalmağınızda özünüzdə hansı günahı görürsüz? Vaxtilə sizinlə çiyin-çiyinə oynayan Azər Məmmədov kateqoriya alıb, bu gün də “Qarabağ”ın əvəzedicilərini çalışdırır.
- Birincisi, Azərlə mənim aramda yaş fərqi var. İkincisi, Azər sonradan “Qarabağ”da oynadı, ona görə də klub rəhbərliyi tanıdıqları insan kimi onu işə götürdülər, sağ olsunlar. Üçüncüsü, Rzanın (Rza Məmmədov – H.) vaxtında “Kəpəz”də, Saşanın (Şahbaz Süleymanov – H.) vaxtında “Şəmkir”də bəziləri kimi sabunlu-sabunlu “girə” bilsəydim, bu gün mənim də hər şeyim olardı. Mən “sabunlanmadım”, əksinə, komandanın adından danışırdım ki, uşaqlar maaş alsınlar. Mən heç vaxt özüm üçün pul davası eləmirdim, uşaqların marağı üçün danışırdım. 3 il, demək olar, pulsuz oynamışam, səsimi çıxarmamışam. Aylıq 5-6 min alanlar var idi, bilirdim. Amma mən 400-500-ə oynayırdım, ilimə 5-6 min edirdi.
- Birvaxtlar “Kəpəz”in formasını geymiş tanınmışlara nəzər salıram. Hüseyn Məhəmmədov, Fazil Pərvərov, Firuz Qulami, Xaliq Mərdanov, Rövşən Əhmədov bu gün işsizdi, İmamyar və Yadigar Süleymanov qardaşları Rusiyada ticarətlə məşğul olur, Faiq Cabbarovun durumu hamıya məlumdu, Vidadi Rzayev illərdi işsiz idi. Gəncəlilərin kütləvi işsizliyi nə ilə bağlıdı?
- Vidadi də işləyir, Xaliq də işləyir, Cavid də işləyir, Azər də işləyir... Bu gün kimsə işləməsə də, dünənə qədər işləyib. Şahin Diniyevin vaxtında lazım olan qədər işləyənlər olub. Mən, Fazil, Sahib, Emin, Tofiq – bunlar niyə işləmir bəs? Bunları niyə yada salan, işə çəkən yoxdu? Bayaq adını çəkdiklərinizin hansı biri işləyən vaxtlarda işsizlərə dəstək olub, hardasa adımızı çəkib? 4-5 nəfərdilər, bu işdə işləyib çıxırlar, sabah başqa iş olur, yenə həmin adamlar ora gedir. Mehman Allahverdiyevin dövrü var idi ha, bax, həmin epizoddu. 5 nəfər idilər, bu gün çıxırdılar, sabah yenə həmin 5 nəfər gəlirdi. Ə, noldu, bu boyda respublikanın futbolu 5 nəfərdən ibarətdi?
Şahin Diniyev oğlumu komandaya götürmədi. Xəbər göndərmişdi ki, götürə bilmərəm. Kateqoriyam yoxdu deyə, özümü işə götürə bilmədilər. Dedim, heç olmasa, uşağı götürüb dəstək verin, qabağa getsin, özünə gün ağlasın. Şahinə nə pisliyim dəyib? Özünü görə bilmirəm, görəndə soruşacam, görüm nə pisliyim dəyib ona. “Kəpəz”in keçmiş futbolçularının hərəsi bir tərəfə dağıldı. Ortalıqda qalan biz kasıblarıq – mən, Fazil, Firuz, Sahib, Emin...
HƏBİB

Yeri gəlmişkən...
“Kəpəz” PFK Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb. Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar