28 apr 19:45aktual

“Kim deyir ki, çempionat və yaxud kubok yarışları iyunun sonuna kimi bitir?”

“Kim deyir ki, çempionat və yaxud kubok yarışları iyunun sonuna kimi bitir?”
Aslan Şahgəldiyev PFL-in qərarına izahat verdi
Mayın 4-dən sonra karantin rejiminin müddəti uzadılmayacağı təqdirdə futbol üzrə ölkə çempionatı qaldığı yerdən davam edəcək. Peşəkar Futbol Liqası dünən bununla bağlı məlumat yayıb. Ramin Musayevin rəhbərlik etdiyi qurum mayın 21-də birinci dəstədə, iki gün sonra isə premyer-liqada komandaların mübarizəyə qaldığı yerdən davam edəcəyini bildirib. Təbii ki, futbolçular, azarkeşlər, idman mediası üçün bu yaxşı xəbərdi. Təxminən 2 aydan bir qədər artıq müddətdə yaranan boşluq hamını məyus etmişdi. Lakin PFL-in qəbul etdiyi qərarda bir məqam var ki, ona toxunmaya bilməzdik.
Çempionat görüşlərinin azarkeşsiz keçirilməsini hardasa başa düşmək olar. Çempionatını bərpa etmək niyyətində olan əksər Avropa ölkələri də məhz bu yolu seçiblər. “Ehtiyat igidin yaraşığıdı” prinsipinə söykənsək, PFL-in oyunları boş tribunalar önündə keçirməsi anlaşılandı. Hərçənd Operativ Qərargahın son günlərdə açıqladığı statistikada sağalanların yoluxanlardan daha çox olduğunu görmək olar. Bu üzdən azarkeşləri də müəyyən sayda stadiona buraxmaq olardı.
Tutaq ki, azarkeşlə bağlı məsələyə müəyyən “don geydirib”, bu addımı təhlükəsizlik tədbiri kimi dəyərləndirək. Bəs kubokun yarımfinal və final matçlarını çempionat bitəndən sonra keçirmək qərarına nə ad qoyaq? Çox güman, bu, dünya futbolunda ilk belə presedentdi. Hər yerdə və həmişə bu iki turnirin oyunları paralel keçirilib. İndi burda “belədə klubların manevr etmək şansı olacaq, hətta “separat danışıqlar” da mümkündü” yazıb, kimlərinsə haqqını tapdalamaq, kimlərəsə şər-böhtan atmaq fikirindən uzağıq. Ancaq heç kim bu gün bizə təminat verə bilməz ki, yarımfinalçılardan biri “Zirə” qalan 8 turda maksimum xal yığıb 3-cü yerin sahibi kimi Avroliqaya vəsiqə qazanacağı halda, kubokun yarımfinalında “Qəbələ”yə güzəşt etməyəcək. Təbii ki, nə “qartallar”ı, nə də “qırmızı-qaralar”ı suçlamaq fikrimiz yoxdu. Ancaq mövsüm dediyimiz ssenari üzrə yekunlaşsa, istər-istəməz yarımfinal matçları ərəfəsində kimlərinsə ürəyinə xal düşəcək. Bu üzdən PFL-in qərarını absurd, hər cür manevrlərə yol açan qərar sayırıq.
Ancaq məsələ ilə bağlı bizə açıqlama verən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev səsləndirdiyimiz fikirlərlə razılaşmadı: “Biz öz aramızda müəyyən müzakirələr aparmışıq. Təqvim sıx olduğundan çalışırıq ki, komandaları maksimum yükləməyək. Kubok görüşləri də çempionatın arasına salınsa, bu yarışda iştirak etməyən komanda ilə yarımfinala qatılan kollektivlər arasında problem yaşanacaq. Kubokda oynayan komanda həftəiçi yarımfinal oynayıb 3 gündən sonra premyer-liqa matçına çıxacaq. Kubokdan kənarda qalan komandalar belədə 6 gün dincəlmək imkanı qazanacaqlar ki, bu da düzgün olmaz. Belə vaxtda şərtlər hamı üçün eyni olmalıdı. Belə təqvimdə kubokda iştirak etməyən komandaların futbolçularının daha erkən evlərinə getmələri üçün zəmin yaranır. Çempionatda mükafatçılar sırasına düşən komandalar yeni mövsümə, avrokuboklara daha yaxşı hazırlaşa biləcəklər. Kubokda olmayan komandaların üzvlərini burda saxlamağın nə mənası var? Kim deyir ki, çempionat və yaxud kubok yarışları iyunun sonuna kimi bitir? Bununla bağlı açıqlama var? Hələ ki təqvim müəyyənləşməyib. Bu məsələyə mayın 5-dən sonra aydınlıq gələcək. Onda bilinəcək ki, çempionat və kubok yarışı nə vaxt başa çatacaq. Bütün detalları klublarla da müzakirə edirik. İndi bütün dünyada təqvim məsələsi problemə çevrilib. Hələ şükür Allaha ki, biz təqvimi müəyyənləşdirə bildik. Siz deyirsiz idman prinsipi pozulur. Ancaq əksinə, biz çalışırıq ki, hər şey ədalətli olsun, heç bir klubun haqqı tapdalanmasın. Bizim üçün futbolçuların sağlamlığı hər şeydən önəmlidi. Siz bir də hava şəraitini nəzərə alın. Xatırlayırsızsa, ötən il iyun, iyul aylarında dəhşətli istilər oldu. İyulda havanın hərarəti 45 dərəcəyə yüksəlmişdi. Təqvimi müəyyənləşdirərkən bu detalları da nəzərə aldıq. Xırda çatışmazlıqların olacağını istisna etmirik. Lakin böyük problemlərlə üzləşəcəyimizi düşünmürəm”.
Kubokun yarımfinalçılarından biri olan“Qəbələ”nin baş meneceri Zaur Əzizov isə bunları söylədi: “Çempionatın başlayacağı xəbəri bizim üçün çox xoş oldu. Görün Avropanın neçə ölkəsində mövsüm təxirə salındı. O ki qaldı kubokun yarımfinal qarşılaşmalarının çempionat başa çatandan sonra keçirilməsinə, cari mövsüm onsuz da yaddaşlarda əbədi qalacaq. Yaranan durumu nəzərə alıb, müəyyən istisnalara getmək olar. İndiyədək mövsümün ortasaında 2 aylıq fasilə olmayıb, çempionat heç vaxt iyula qədər davam etməyib. Yəni deməyim odu ki, burda heç kimdən asılı olmayan şərtlər var. Buna məcburi addım da demək olar. Kubok görüşləri premyer-liqa matçları ilə paralel keçirilsəydi, onda oyunların qrafiki daha sıx olacaqdı. Onsuz da indiki halda normaldan daha sıx təqvimlə oynamalı olacağıq. Fikrimcə, PFL indiki duruma uyğun, düzgün qərar qəbul edib. Məncə, bu dönəm üçün əsas məsələ hər iki yarışı başa çatdırmaqdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Bu gün, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Bu gün, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Bu gün, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Bu gün, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Bu gün, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Bu gün, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Bu gün, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Bu gün, 13:29 Aydan ulduZa Türkiyə futbolu Bu gün, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar