17 apr 20:44aktual, manset

AFFA “Rəvan”ın apellyasiya şikayətinə baxmır

AFFA “Rəvan”ın apellyasiya şikayətinə baxmır
İlqar Axundov: “Şahdağ”ın, MOİK-in, “Bakılı”nın, “Səbail”in də “danışılmış oyunlarda” adı var”
Məlum olduğu kimi, martın 16-da ölkə futbolunda ilk yaşandı. Belə ki, AFFA İntizam Komitəsinin iclasında çıxarılan qərarlar aydın səmada şimşək effekti verdi. Komitə UEFA-dan daxil olan “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyyələrinə əsaslanıb, adı “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan”la “Şərurspor”un birinci diviziondan kənarlaşdırılması haqda qərar çıxardı.
“Şərurspor”dan fərqli, “Rəvan” qərardan apellyasiya şikayəti verdi. Hələ ötən həftə həmin şikayətə baxılacağı deyilsə də, səs-səmir çıxmadı. Dünən “Rəvan”ın vitse-prezidenti İlqar Axundovla əlaqə saxlayıb, məsələnin nə yerdə olduğunu soruşduq: “Apellyasiya şikayəti vermişik və cavab gözləyirik. Bizim vəkilimiz var, bütün işləri araşdırır. Belə deyim, İntizam Komitəsinin qərarını hüquqşünasa vermişəm, o baxır. Vəkil prosedur pozuntuları aşkarlayıb. Düzdü, demişdim ki, hələ ötən həftə apellyasiyadan cavab gözləyirik. Ancaq belə başa düşürəm ki, onlar hazırlaşırlar. Çünki mən ilkin olaraq komitə ilə danışanda bildirdilər ki, şikayəti verin, biz də sənədləri hazırlayaq. Düşünürəm ki, olmayan şeylərə hazırlaşırlar. Sübut, fakt yoxdu, videolar olmalıdı. Bir çox şeylər olmalıydı ki, yoxdu. Bizə rəsmi məlumat, açıqlama verməyiblər. Yalnız AFFA-nın saytında qərar göstərilib. Ancaq belə olmur. Qərar da nəyəsə əsaslanmalıdı. Düzdü, qərarda yazılıb ki, “UEFA-nın hesabatına görə”, lakin bunlar tövsiyyə xarakterli hesabatdı, fakt, sübut, dəlil deyil. Həm apellyasiya şikayəti vermişik, həm də sorğu göndərmişik ki, niyə kluba vaxtında məlumat təqdim olunmayıb? Dəvət olunmamışıq, bizə sübutlar göstərilməyib. Tez-tələsik qərar çıxarılıb. Bunlar hamısı hüquq pozuntularıdı. Biz cavab gözləyirik. Yəqin onların əlində bir sübut-dəlil yoxdu ki, qalıblar belə. Bilmirlər nə versinlər, nə göstərsinlər. Mən belə düşünürəm. Təbii, müntəzəm əlaqə saxlayırıq. Məktub verilib ümumi şöbəyə. Ora zəng olunur, öyrənilir. Deyirlər ki, vaxtını bildirəcəyik. Apellyasiyada həm mən, həm də vəkilimiz iştirak edəcək. Belə qalmayacaq. Bu məsələlərdə konkret vaxt olmur. Öncədən bizə məlumat verirlər ki, filan tarixdə olacaq. Yəqin ki, hələ konkret vaxt yoxdu. Qalib gəlsək, bütün mənəvi və maddi hüquqlarımızı bərpa edəcəklər. Bu hüquqi müstəvidə həll olunmalıdı. Ola bilər, siz və mən bu cür dərinlikləri bilmirik, ancaq vəkilimiz deyir ki, axıra kimi gedəcəyik. Mənəvi, maddi – nə lazımdısa, bərpa olunmalıdı. Burda bir şey olmasa, yolumuz Avropaya, FİFA-ya açıqdı. Belə haqsızlıq olmaz. Mən demişəm ki, axıra kimi gedəcəm. Bildiyiniz kimi, bu qərar veriləndə futbolçular azad agent statusu aldılar. Eşitmişəm ki, Tagim Novruzov “Zaqatala”dadı. Başqa bir-iki nəfər də müxtəlif klublara keçib. Getsinlər, oynasınlar. Onlar idmançıdı, formada qalmalıdılar. Mənim onlara heç bir etirazım yoxdu. Oturub prosesi gözləməməli deyillər. İdmançı məşq eləməlidi, oynamalıdı. Burda heç bir qəbahət yoxdu. Əksinə, onları dəstəkləyirəm”.
Maraqlıdı, klubun aşağı yaş qrupları fəaliyyətini davam etdirəcəkmi? Ümumiyyətlə, klubun taleyi necə olacaq? Axundovu dinləyək: “Bizim aşağı yaş qrupları fəaliyyət göstərib, göstərir və göstərəcək. Hazırda U-13 komandamız finaldadı, birinciliyə iddialıdı. “Rəvan”ın qızlardan ibarət komandası da finala çıxıb. Uşaq futbolunu hər zaman maddi və mənəvi baxımdan dəstəkləmişik. Nə üçün futboldan çəkilməliyik? Kimsə bizə haqsızlıq edirsə, inciyib çıxıb getməliyik? Axıra kimi mübarizə aparacağıq. Uşaq futbolunu əsas komandanın üzləşdiyi problemə görə məhv etmək fikrimiz yoxdu. Yuxarıda qeyd etdiyim nəticələr aşağı yaş qruplarının fəaliyyətinin göstəricidi. “Rəvan”ın U-19 komandası Çempionlar Liqasında mübarizə aparıb. Aşağı yaş qruplarımız fəaliyyətini davam etdirir. Yaxşı məşqçilərimiz var. Klub rəhbərliyi uşaq futboluna daim diqqət ayırır. Yenə deyirəm, bizə insafsızlıqla, haqsızlıqla damğa vururlar. Amma qeyd etmirlər ki, biz bu 10 ildə ölkə futboluna nə cür yatırım etmişik. Həmin qərarla bağlı fikirləşirəm ki, düşünülməmiş addım olub. Haqq-ədalət öz yerini tapacaq. Yəqin Apellyasiya Məhkəməsində baxıb görərlər ki, düzgün addım atmayıblar. Hələ Cəmşid Məhərrəmovla Elvin Əliyevin də günahı sübuta yetirilməyib. Sübuta yetirilsəydi, ömürlük kənarlaşdırılardılar. Deməzdilər ki, mövsümün sonuna kimi uzaqlaşdırılır. Hər ikisi etiraz ərizəsi də yazıblar, biz də onların arxasındayıq. Bilirsiz, burda çox haqsızlıqlar var. Hüquqşünasımız hazırda bu işin bütün detallarını incələyir. Adi prosedur qaydaları pozulub. Qərar verilib, kluba rəsmi məktub göndərilməyib. Bir gecənin içində verilən qərardı. Bunu bütün idman camiəsi bilir. UEFA-dan 5 sənəd gəlib, heç biri mənə təqdim olunmayıb. Mən zəng edirəm, Elxan müəllim deyir ki, 5 dənə sənəd var. Soruşuram mənə niyə təqdim olunmayıb, qalır belə. 10 gün öncə deyiblər ki, gəlin götürün, getmişəm. İndi apellyasiyada da çıxış edib, hər şeyi deyəcəm. Bu cür sənədlər bütün divizion klublarına gəlib. “Şahdağ”ın, MOİK-in, “Bakılı”nın, “Səbail”in də “danışılmış oyunlarda” adı var. Elə UEFA-dan “Səbail”in “Rəvan”la “danışılmış oyun”u gəlib. Niyə “Rəvan”ın adı çəkilir, “Səbail”in yox? Biz danışmışıqsa, onlarla danışmışıq. Belə bir şey varsa, onlar bizimlə əlbir olublar. Olmazdılar, AFFA-ya deyərdilər “Rəvan” bizə “danışılmış” oyun təklif edir, sizə şikayət edirik”. Amma etməyiblər axı. Həqiqətdisə, deməli, onlar da suçludu. Çox şey var, ancaq hələ apellyasiyanı gözləyirəm. Bu damğanı üzərimizdən götürənə qədər mübarizəni davam etdirəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar