17 apr 20:42aktual

“İmarət kuboku”nda “lipa” var, “Sektor 11” yarışdan çəkildi

“İmarət kuboku”nda “lipa” var, “Sektor 11” yarışdan çəkildi
Təşkilatçılar əsasnaməyə əməl etmədi

Bidiyiniz kimi, “Futbol+”in komandası Ağdam futbolunun 66 illiyinə həsr olunmuş “İmarət kuboku”nda iştirak edir. “Əmrahbank”ın sponsorluğu ilə təşkil olunan turnir 8 həvəskar komandanın iştirakı ilə keçirilir. İlk oyunda komandamız “İnter” azarkeş qrupuna 2:8 hesabı ilə uduzsa da, ikinci matçda “Əmrahbank”a 5:4 qalib gələrək sonuncu tur ərəfəsində qrupdan çıxmaq şanslarını qorumuşdu. Ötən sayımızda baş tutan qarşılaşmalar və qruplardakı vəziyyət haqda sizi xəbərdar etmişdik. Bu dəfə isə turnirin çatışmazlığı haqda yazmaq qərarına gəldik. Yazmasaq, olmazdı. Çünki haqsızlığa göz yummaq bizim adətimiz deyil.
Ondan başlayaq ki, həvəskar adı ilə yarışa qatılan bəzi komandalarda “lipa” aşkarlanıb. Bəzilərinin heyətində peşəkar futbolçular və məşqçilər yer alıb. Problem hələ “Futbol+” oyunlarını keçirməmiş baş qaldırıb. Məlum olub ki, “Qəbələ”nin azarkeş qrupu olan “Red Black Army” komandasının heyətində azı 3 peşəkar futbolçu top qovub. Bəli, həvəskar komandaya bölgə təmsilçisinin aşağı yaş qruplarının heyətindən oyunçular cəlb olunub. Bundan əlavə, “Sektor 11" azad azarkeş qrupunun komandasının heyətində də “lipa” aşkarlanıb. Bu komandanın formasını geyən Mehdi İbrahimov peşəkar futbolla məşğul olurmuş. Düzdü, futbolçu kimi yox, C kateqoriyalı məşqçi kimi. Təşkilatçılar bu məsələni araşdırandan sonra “Sector 11" turnirlə vidalaşmaq qərarına gəlib. Azarkeş qrupunun rəhbəri Atanur Cəfərli özünün “feysbuk” səhifəsində bunları yazıb: “Sektor 11” olaraq qatıldığımız "İmarət kuboku”ndan imtina edirik. Səbəb kimi illərdi azarkeş qrupumuzun sıralarında olan üzvümüz Mehdinin “lipa” adı ilə komandamızdan uzaqlaşdırılması oldu. Mehdini demək olar ki, tribunadan hər kəs tanıyır. O, vaxtilə “Sektor 11”in idarə heyətinin üzvü olub. Məşqçilik fəaliyyətinə başlayandan sonra da üzv kimi dəstəyini əsirgəmiyib. Mehdini məşqçi olduğu üçün çempionatdan kənarlaşdırıblar. Hansı ki, 6 il əvvəl Mehdi “Sektor 11”in heyətində “İmarət”ə qarşı oynayıb və məşqçi olması onun azarkeş olmadığı anlamına gəlmir. Bunun şəkilləri də var”.
İndi isə gələk bizi maraqlandıran, daha doğrusu, narahat edən problemə. Sən demə, ilk oyunda qarşılaşdığımız “İnter” azarkeş qrupunun heyətində də peşəkarlar yer alıbmış. Əslində bu məsələni elə oyun günü üzə çıxarmışdıq. 2:8 hesabı ilə məğlub olduğumuz qarşılaşmada rəqibin heyətindəki bir oyunçu kapitanımız Kənan Həsənovun “qardaş, sən peşəkar futbolçusan” sualına “bəli, “İnter”in 19 yaşlılarında oynayıram” cavabını vermişdi. Matçdan sonra isə rəqibin digər üzvü də bəndənizə “mən futbol oynayıram, ola bilər ki, siz məni “Bakılı”nın heyətində görmüsüz” söylədi. Bu da haqsızlıq deməkdi. Biz bu turnirə həvəskarlarla oynamaq üçün qatılmışıq, “həvəskar” adı ilə peşəkarlara qarşı vuruşmaq üçün yox. “Futbol+” olaraq lap hər həftə peşəkarlara qarşı oynaya bilərik. Ən azı ona görə ki, biz kimə qarşı oynadığımızı öncədən bilərik və özümüzü ona hazırlayarıq...
Bütün bu həngamənin sonunda məlum oldu ki, “İnter” azarkeş qrupunun heyətində bizə qarşı peşəkar futbolla məşğul olan 3 nəfər top qovub. Bütün başverənləri nəzərə alaraq, “İmarət”in üzvü Qabil Hüseynlə əlaqə saxladıq. O, problemi belə şərh etdi: “Biz hər şeyi araşdırdıq. “Sektor 11” və “İnter” azarkeş qrupunun heyətində futbola aidiyyatı olan iki nəfər aşkarladıq. “Sektor 11”in hesabından 1, “İnter” azarkeş qrupundan isə 2 xal sildik. Silinən xallar rəqiblərin hesabına əlavə olunmayacaq. Düzdü, əsasnamədə elə şey var idi ki, belə hal aşkarlananda biz komandaya texniki məğlubiyyət verməliydik. Amma ilk turnir olduğundan bunu edə bilmədik. İstəmədik ki, turniri yarımçıq dayandıraq. “İnter” azarkeş qrupunun heyətində cəmi bir məşqçi var ki, aşağı yaş qruplarına rəhbərlik edir. Özünüz bilirsiz ki, “İnter”in azarkeş qruplarında hamısı 16 yaşdan balaca uşaqlardı. Biz hamını yaxşı başa düşürük. Amma kimsənin turnirdən uzaqlaşmasını, texniki məğlubiyyət almasını istəmirik. Üzə çıxardığımız iki “lipa" oyunçu da növbəti matçlarda iştirak etməyəcək. İstəyirik ki, bu turnir maraqlı mübarizə şəraitində keçsin. Son tura kimi hər komandanın şansı var. Biz bütün komandaların kapitanları, rəhbərləri ilə danışmışıq. Ümid edirəm ki, siz də bizi anlayacaqsız, bundan sonra hansısa problem yaşanmaz”.
ŞƏFİ ŞƏFİYEV
P.S. İnanmaq istərdik ki, təşkilatçılar əsasnamənin tələblərinə uyğun olaraq növbəti turun oyunlarına kimi haqsızlığı aradan qaldırıb, ədaləti bərpa edəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar