25 apr 17:09aktual

“Çində nə gəldi yeyib-içirlər”


“Beşiktaş”ın kapitanı Burak Yılmaz klubun rəsmi “instaqram” səhifəsinə açıqlamalar verib. Bilindiyi kimi, hazırda dünyada böyük problemlərə yol açan koronavirus epidemiyası ilk dəfə məhz Çində yayılmağa başladı. Burak isə Çini yaxından tanıyır. Çünki 34 yaşlı forvard 2016-17-ci illərdə Çin təmsilçisi “Beytsin Qoyan”ın şərəfini qoruyub. Burak çinlilərin it yediyini bildirərək Çin mətbəxini tənqid edib: “Öncə hər kəsin Ramazan ayını təbrik edirəm. Hər şey ürəyimizcə olsun. Bu bəladan, virusdan bu müqəddəs ayda canımızın qurtaracağına inanıram. Dünyasını dəyişənlərin hər birinə Allah rəhmət eləsin. Səhiyyə nazirimizin hər çıxışını diqqətlə izləyirəm və ölkəmizdə tədricən vəziyyətin nəzarət altına alındığını düşünürəm. 35 gündü evdən çıxmıram. Həyatımda ilk dəfə bu qədər uzun müddət evdə qalmışam. Bu durumun da ailə və uşaqlarımızın yanında olmaq baxımından öz ləzzəti var. Amma əsas işimiz üçün çox darıxmışıq. Bu karantin dönəmi peşəkar idmançılar üçün sanki psixoloji zərbə oldu. Açığı, bu bəlanın Çində yarandığını eşidəndə təəccüblənmədim. Onların nələr yediyini bir bilsəz… Həqiqətən də çox qəribə yeməkləri var. Bir dəfə maraq üçün Çində bazarlardan birinə getdim. Sizi inandırım ki, orda gördüklərimdən şoka düşdüm. İnsanlarımızın çoxu orucludu. Ona görə də tam mənzərəni danışmaq, gördüklərimi bir-bir sadalamaq istəmirəm. Elə şeylər yeyirlər ki, ordan tək koronavirus yox, hələ çox xəstəlik çıxacaq! Orda nəyisə yeməyin və içməyin bir çərçivəsi yoxdu. Nə gəldi yeyib-içirlər. Ayrıca heyvan restoranları var. Orda it əti yeyirlər. Özü də it orda yeyilən heyvanlar arasında ən normalıdı! Bu da onların adətidi. Orda mənim şəxsi aşpazım, tərcüməçim, sürücüm və fizioterapevtim var idi. Başqa cür orda qala bilməzdim! Biz türklər üçün orda yaşamaq həddən artıq çətindi. Yəni Çin türklərin yaşaya biləcəyi ölkə deyil. Orda oynadığım dönəmdə mənə problem yaradan məqamlardan biri də səfər oyunları idi. Ən yaxın səfər oyununa gedəndə belə ən azı 3 saatlıq yol qət etməli olurduq. Belə şeylər, adətən, MBA-da olur. Bir dəfə səfər matçına yollananda 6 saatlıq yol qət etdik. Üstəlik Türkiyə ilə Çin arasında ciddi saat fərqi var. Ona görə də adam özünü qəribə hiss edir. Bu, hər səyahətdən sonra olur. Ancaq futbolu çox sevirlər, öyrənmək istəyirlər və buna görə də onlara böyük hörmətim var. Çin futbolu hələ çox inkişaf edəcək. Hər ev oyunumuza az qala 60 min adam gəlirdi. Orda iki mövsüm oynadım. Əslində problemim yox idi və qayıdışım ordakı şərtlərlə bağlı deyildi. Sadəcə, ailəm üçün darıxdığıma görə döndüm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar