17 apr 20:07aktual

Pandemiya və neftin qiymətinin düşməsi Azərbaycan futbolunu silkələyəcək


COVID-19 pandemiyası dünyanı futbolsuz qoyub. Mövsümün qızğın çağında çempionatların yarımçıq saxlanılması Avropa klublarını milyonlarla ziyana salıb ki, indi “köhnə qitə”də iqtisadçılar itirilən vəsaiti hesablamaqla məşğuldular. Vəziyyət o qədər ağırdı ki, kiçiklər, ortabablarla yanaşı, hətta ən varlı klublar da kəmərlərini sıxıb, qənaət rejiminə keçməyə məcbur olublar.
Bunlar hamısı bir tərəfə, indi futbol funksionerlərini qayğılandıran daha bir məsələ pandemiyadan sonrakı ilk “transfer pəncərəsi”nin necə olacağıdı. Əksər mütəxəssislərin fikrincə, klubların cari mövsümdə məruz qaldığı maliyyə itkisi istər-istəməz qarşıdakı “transfer pəncərəsi”ndə özünü göstərəcək. Artıq indidən bəllidi ki, kiçiklər və ortabablarla yanaşı, nəhənglərin də büdcəsi azaldılacaq, futbolçuların dəyəri aşağı düşəcək. Beynəxalq İdman Araşdırmaları Mərkəzinin mütəxəsislərinin fikrincə, futbolçunun satış qiyməti 28 faiz aşağı düşəcək və bazarda durum 2010-ci ildəki kimi olacaq. Almaniyanın məşhur “transfermarket” portalının əməkdaşlarının fikrincə, 1998-ci ilə qədər doğulan oyunçuların qiyməti 20, ondan sonra dünyaya göz açan futbolçuların dəyəri 10 faiz aşağı düşəcək.
Bu yerdə ortaya sual çıxır: pandemiya üzündən milyonlar itirən klublar transfer bazarını necə tənzimləyəcəklər, burda da ziyana düşməmək üçün hansı addımları atacaqlar?
Bazarı araşdıran mütəxəssislər belə qənaətə gəliblər ki, indki durumda ən yaxşı variant icarə qaydasından yararlanmaqdı. İstədiyini icarəyə götür, satmaq istədiyini icarəyə ver. Tutaq ki, yanvarda dəyəri 100 milyon olan futbolçunu 6 aydan sonra, yayda 67 milyona satmaq heç bir kluba sərf etmir və heç kim də bunu etməz. Ancaq icarə əsasında transfer bazarını tənzimləmək mümkündü. Birdəfəlik satışda isə MBA nümunəsindən yararlanmaq olar. Məsələn, “Real” Mbappeni rənglərinə bağlamaq üçün Azarı, Varanı və Benzemanı PSJ-yə göndərə bilər. Bu təcrübədən Şimali Amerikada həm hokkeydə, həm də basketbolda geniş istifadə olunur. Düzdü, futbolda hələ ki bu variantdan geniş istifadə olunmur, ancaq dünyanın aparıcı klublarının top-menecerləri artıq bu haqda düşünməyə başlayıblar.
Bəs görəsən, yerli agentlər qarşıdakı “transfer bazarı” haqda nə düşünürlər? Onların da fikirlərini öyrənməyi lazım bildik.
Vaqif Heydərli: “Pandemiya bütün sahələr kimi, futbola da mənfi yöndə təsirini göstərir və nə vaxta qədər belə davam edəcəyini heç kim bilmir. Təbii ki, koronavirusun yayılması, ölkələrin futbolsuz qalması, klubların maliyyə itkisi ilə üzləşməsi transfer bazarına təsir göstərəcək. Ancaq indidən dəqiq fikilər söyləmək, qiymətlərin hansı səviyyədə olacağını demək bir qədər çətindi. İndi klublar əsasən davam edən müqavilələr barədə düşünürlər. Hələ bir qərara gələ bilməyiblər ki, aprel və mayın maaşlarından tutulma olsun, yoxsa olmasın? Olacaqsa, bunu hansı formada etmək lazımdı? Çempionat uzanarsa, həmin aylara görə futbolçulara əməkhaqqı veriləcək və yaxud verilməyəcək? Bu gün üçün gündəmdə olan məsələ budu. Klublarımızın yaydakı transfer siayəsətinə gəlincə, məncə, onlar əvvəlcə bu suallara cavab tapmağa çalışacaqlar, sonrakı mərhələdə isə transferlər barədə düşünəcəklər. Baş verən hadisələr fonunda “transfer bazarı”nda qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırlır ki, bu da anlaşılandı. Artıq neçə vaxtdı Avropa klubları maddi planda itkilərlə üzləşirlər. Ancaq fikrimcə, belə çox davam etməyəcək. Çempionatlar bərpa olunandan bir müddət sonra hər şey yerini alacaq və əvvəlki vəziyyətə qayıdacaq”.
Səbuhi Səfiyarlı: “Ümumiyyətlə, koronavirusun idmana, o cümlədən futbola təsirindən danışmamış siyasətçilərin, iqtisadçıların açıqlamalarına toxunmaq istərdim. Onların dediklərinə əsasən pandemiya başa çatandan sonra dünyada yeni dönəm başlayacaq. Yəni istəsək də, istəməsək də yeniliklər idmandan, futboldan da yan ötməyəcək. İqtisadiyyata, siyasətə təsir edən amillər ola bilməz ki, futbola, o cümlədən “transfer bazarı”na təsir etməsin. Avropanın nəhənğ klublarının rəhbərlərinin də açıqlamalarından görünür ki, iqtisadi cəhətdən çox ziyan çəkirlər. İngiltərə, İspaniya, İtaliya kimi ölkələrin çempionatlarında klublar yayına görə alacaqları vəsaitin bir hissəsindən artıq məhrum olublar. Reklamdan gələn gəlirlər aşağı düşüb. Futbolçuların maaşında azalma olsa belə, bu fərqi qapadacaq dərəcədə olmayacaq. Avropa klubları reklamdan, bilet satışından, yayından çox böyük gəlir əldə edirdilər. Gəlir aşağı düşəndən sonra həmin klubların yeni transferlərə böyük pullar xərcləməcəyi də anlaşılandı. Bizim premyer-liqa təmsilçilərinin yaydakı transfer siyasətinə gəlincə, Avropa klubları ilə bizimkiləri müqayisə etmək düz olmaz. Bizimkilər teleyayından, bilet satışından, reklamdan, demək olar ki, pul qazanmırlar. Hamısı sponsorların hesabına ayaqüstədi. O sponsorların əksəriyyəti bizim ölkənin iqtisadiyyatından “qidalanırlar” və neftdən asılıdılar. “Qara qızıl”ın qiymətinin dünya bazarında aşağı düşdüyünü nəzərə alsaq, onlara da güclü ziyan dəydini görə bilərik. Məncə, ölkə futboluna yalnız bu amil – neftin ucuzlaşması təsir edə bilər. Avropa klubları bizimkilər kimi azad agent statusuna malik oyunçuları rənglərinə bağlamırlar. Onlar hər yeni oyunçu üçün pul ödəyirlər. Qeyd etdiyim kimi, qazanc olmayandan sonra onlar məcburdular ki, daha aşağı qiymətə futbolçu transfer etsinlər. Bizim klublar isə daha çox boşda qalan əcnəbilərlə müqavilə bağlamaqda maraqlı olduğundan “transfer bazarı”nda hansısa dəyişikliyin olacağını gözləmirəm. Əvəzində növbəti mövsüm üçün premyer-liqa təmsilçilərində büdcənin azaldılması müşahidə oluna bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. O da vurğuladığım kimi neftin qiymətinin düşməsi ilə bağlı olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar