16 apr 23:30aktual

“Turan Tovuz” elitaya yüksəlməsə, Abdullayevlər komandadan ayrılacaq

“Turan Tovuz” elitaya yüksəlməsə, Abdullayevlər komandadan ayrılacaq
“Problem yoluna qoyulmasa, itirən Tovuzun idman ictimaiyyəti və rayonun gəncləri olacaq”

Birinci divizionda çempionat başa çatmasa da, “Turan” Tovuz” artıq elitaya vəsiqəni təmin edib. Əsgər Abdullayevin komandası 24-cü turda doğma meydanda MOİK-i minimal hesabla udmaqla bu vəzifənin öhdəsindən gəlib. Məşqçilik karyerası ərzində 2013/14 mövsümündə “Araz Naxçıvan”ı premyer-liqaya daşıyan 56 yaşlı mütəxəssis 3 ildən sonra eyni sevinci tovuzlularla yaşadı. Bir sözlə, Əsgər bəy məşqçi kimi öz üzərinə düşən işi yerinə yetirdi. İndi qalır rəhbərliyin buna qarşılıq verməsi. Qərb təmsilçisi idman pirinsipi əsasında elitaya vəsiqə qazansa da, yayılan xəbərlərə görə, “Turan Tovuz” premyer-liqada çıxış etmək üçün lazımi maliyyə dayaqlarına malik deyil. Aşağı dəstədə mübarizə apardığı dönəmdə klub AFFA-dan ayrılan vəsaitin hesabına ayaqüstə qalırdı. Söylənilənlərə inansaq, Rövnəq Abdullayevin prezidenti olduğu qurum hər ay klubun hesabına 25 min manat ödəyirdi. Premyer-liqada oynamaq üçün isə daha çox maliyyə lazım olduğundan assosiasiya rəhbərliyi bu yükün altına tək girmək istəmir və rayon rəhbərliyindən də “Turan Tovuz”a dəstək gözləyir. Ancaq Tovuzdakı mənbəmizdən əldə etdiyimiz bilgiyə görə, qarşı tərəf futbola görə əlini cibinə salmaq niyyətində deyil. Yaşananlara aydınlıq gətirmək üçün “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə danışmağı lazım bildik.
- Əvvəlcə “Turan Tovuz”un elitaya vəsiqəni təmin etməsi münasibəti ilə təbrik edirik. Müşahidə Şurasının sədri kimi sizin də bu uğurda az-çox payınız var.
- Təbrikə görə təşəkkür edirəm. Yaxşı olardı ki, son iki turu da qələbə ilə başa vurub çempionatı birinci pillədə tamamlayaq (söhbət komandanın çempionluğu rəsmiləşməmişdən öncə olub). Belə olsa, lap yaxşı olar. Xatırlayırsızsa, Müşahidə Şurasının sədri kimi qəzetinizə ilk müsahibəmdə bildirmişdim ki, komandanı daha yüksək səviyyəyə qaldırmaq üçün mənə 2 mövsüm lazımdı. Birinci il komandanın formalaşdırlmasına gedəcək. Sonra isə medallar uğrunda mübarizə aparacağıq. Sözümün üstündə durdum və bu gün ”Turan Tovuz” çempionatın sonuna 2 tur qalmış elitaya vəsiqəni təmin edib.
- Son günlər istər mətbuatda, istərsə də futbol ictimaiyyəti arasında “Turan Tovuz”la bağlı müəyyən söz-söhbətlər dolaşır. Söylənilənlərə inansaq, komanda premyer-liqaya yüksəlsə də, maliyyə problemləri səbəbindən növbəti “futbol ili”nə də aşağı dəstədə başlayacaq. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik.
- Bəli, komandanın elitada çıxış etməsi hazırda sual altındadı. Söylənildiyi kimi, “Turan Tovuz” lisenziyalaşdırmanın maliyyə meyarı ilə bağlı tələbini hələ yerinə yetirə bilməyib. Bu yöndə çatışmazlıq var. Ancaq hələ ümidimizi tam üzməmişik. Ola bilsin, vəziyyət yaxşılığa doğru dəyişdi.
- Bu problemlə bağlı rayonun rəhbər və imkanlı şəxsləri ilə görüşüb müzakirələr aparmısız?
- Hələ ki vaxt azlığı səbəbindən onlarla görüşməmişəm. Yəqin ki, yaxın 2-3 gündə Tovuza yollanacam.
- Sözlərinizdən belə düşünmək olar ki, bu görüş baş tutsa belə, heç nə dəyişməyəcək. Rayon rəhbərliyinin komandaya kömək etmək fikri olsaydı, bu günə kimi bu yöndə müəyyən addımlar atılardı.
- Nə deyim? Hər halda, ümid sonda ölür. Bayaq qeyd etdiyim kimi, ümidim hələ tam ölməyib.
- Bəlkə bu məsələyə rayon ziyalılarını, Tovuzdan olan deputatları qoşasız? Bəlkə onların köməyi dəydi?
- Bilirsiz necədi? Bu komanda nə Oqtayındı, nə də Əsgərin. Adından da göründüyü kimi, komanda Tovuzu təmsil edir və tovuzlular da ona sahib çıxmalıdı. Bəyəm Tovuzda iş adamları azdı? Şükür Allaha, rayonda yetərincə imkanlı şəxslər var. İrəli çıxıb komandaya dəstək olsunlar. Bu komanda, belə istedadlı gəncləri olan bölgə premyer-liqada təmsil olunmalıdı. Böyük futbolun Tovuzda olması üçün hər cür şərait var - stadion, baza, istedadlı uşaqlar, onlarla işləməyi bacaran mütəxəssilər. Daha nə lazımdı? O ki qaldı deputatlara və ziyalılara, fürsətdən istifadə edib hamısına müraciət edirəm. Siz də bu məsələdə klubun yanında olun, probelmin həll olunması yönündə dəstək verin. Milli Məclisin deputatı Qənirə Paşayeva komandanın durumundan xəbərdardı. O bu işə ciddi yanaşsa, inanıram ki, komandanın bütün problemləri həll olunacaq. Onun kimi o biri deputatlara da güvənirik.
- Tovuzda imkanlı şəxslərin çox olduğunu bildirdiz. Onlarla görüşünüz olub? Bəlkə kimlərsə bu məsələdə yardımçı olmaq istəyir, sadəcə, sizin müraciət edəcəyinizi gözləyir?
- Doğrudan da bu rayonda imkanlı iş adamlarının sayı çoxdu. Bilsəm ki, onlar mənim müraciət etməyimi gözləyir, günü sabah Tovuza yollanıb bir-bir görüşərəm. Tovuzun İlham Rəhimov kimi sayılıb-seçilən, hər yanda hörməti olan oğlu var. Çox istərdim ki, o da klubun taleyinə biganə qalmasın. Vallah, bu problem yoluna qoyulmasa, itirən Tovuzun idman ictimaiyyəti və rayonun gəncləri olacaq. İstedadlı uşaqlar nə qədər çox olsa da, böyük futbol olmadan həmin istedadlar öz potensiallarını aça bilməyəcəklər. Mənim o uşaqlara heyfim gəlir. Futbolu nə qədər çox sevsələr də, klub yüksək səviyyədə fəaliyyət göstərməyəcəyi halda bir gün hər şeydən bezib başqa sahəyə üz tutacaqlar. Bu gün başqa klublarda oynayan, komandalarının aparıcı futbolçuları olan tovuzlular nə vaxt meydana çıxdılar? “Turan” elitada çıxış edəndə. Premyer-liqda mübarizə aparan klubun aşağı yaş qrupları da daim diqqət mərkəzində olur, müxtəlif yaş qrupu üzrə yığmaların məşqçiləri onları izləyə bilirlər.
- Komandanı elitaya daşıyan Əsgər Abdullayev mətbuata açıqlamasında “Turan Tovuz” növbəti mövsüm elitada oynamasa, klubdan ayrılacam” söyləyib.
- Əsgər müəllimlə mövsümün sonuna kimi müqaviləmiz var. Son iki tura da komanda onun rəhbərlii altında çıxacaq. Abdullayev təcrübəli mütəxəssislərimizdəndi və o da istəyir ki, çalışdırdığı komanda premyer-liqada çıxış etsin. Savadına və bacarığına görə idddiasını ortaya qoyub ki, bu da təəccüblü deyil. “Turan Tovuz” elitaya yüksəlməsə, yəqin ki, o da klubdan ayrılacaq. Onu da bildirim ki, premyer-liqaya dönüşümüz alınmasa, mən də tutduğum postdan gedəcəm. Mənim missiyam Müşahidə Şurasının sədri kimi “Turan Tovuz”u yüksək mərtəbəyə qaldırmaq idi ki, bunun da öhdəsindən gəldim. Fikrimcə, birinci divizionda artıq mənlik iş qalmayıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar