08 apr 20:59aktual

Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib


“Dostlara oturmağa isə hələ çox fürsət olacaq”
Bu gün veteran futbolçu, karyerasını bitirəndən sonra uzun müddət müxtəlif yaş qrupları üzrə yığmalarda çalışmış, hazırda “Kəpəz”in “sükanı arxasında” olan Yaşar Vahabzadənin doğum günüdü. 60 yaşını tamamlayan yubilyarla söhbətimizdə futboldakı ilk qədəmlərini yada saldıq, karantin günlərini necə keçirməsi haqda danışdıq.
- Yasamalda böyüyən Yaşar necə oldu ki, başqa peşəyə, başqa idman növünə yox, məhz futbola üz tutdu?
- Bütün yaşıdlarım kimi, mən də uşaq vaxtı bütün gün küçədə futbol oynayırdım. Ötən əsrin 60-70-ci illərində nəinki Bakıda, bütün Azərbaycanda futbola böyük maraq var idi. Ümumiyyətlə, uşaqlar, yeniyetmə və gənclər boş vaxtlarında idmanla məşğul olurdular. Bir gün yenə uşaqlarla məktəbin həyətində yığışıb top qovurduq. Bir nəfərin kənarda dayanıb diqqətlə bizə baxdığını əvvəlcədən görmüşdüm. Oyunu başa vurandan sonra tanımadığımız şəxs bizə yaxınlaşıb sual verdi: kim futbolla daha peşəkar səviyyədə məşğul olmaq istəyir? Əlimi qaldırıb “mən” dedim. Adımı-soyadımı yazıb ertəsi hara gəlməli olduğumu dedi. Bu şəxs Asif Namazov idi. O gündən bəri həyatımı futbola bağladım. 14 yaşımda artıq yaşıdlarımdan ibarət respublikanın yığma komandasına düşdüm. Və beləcə özüm də hiss etmədən bir də onda ayıldım ki, artıq peşəkar futboldayam.
- Özünüz müdafiəçi olmaq istədiz, yoxsa məşqçinin qərarı idi?
- Yox, elə məhəllə futbolunda da müdafiəçi olmuşam. Hamı hücumda, yarımmüdafiədə oynamaz ki... Müdafiədə də kimsə qalmalıydı (gülür).
- Tək-tük azərbaycanlı futbolçulardan olmusuz ki, karyeranızı 40 yaşında başa vurmusuz. Deyəsən, fiziki cəhətdən çox güclü olmusuz.
- Hardasa belə demək olar. Karyeram ərzində iki klubun - “Neftçi”nin və Sumqayıt təmsilçisinin şərəfini qorumuşam.1992-ci ildə Sumqayıt “Xəzər”i ilə ilk milli çempionatda gümüş medalçı oldum, 2000-ci ildə isə butslarımı "Kimyaçı"da mıxdan asdım. Ancaq mən həmişə özümü "Neftçi"dən saymışam və hamı məni “ağ-qaralar”ın oyunçusu kimi tanıyıb. Sumqayıtlı olmasam da, bu şəhəri də özümə doğma hesab edirəm. Sizə bir maraqlı faktı da deyə bilərəm. “Xəzər” SSRİ çempionatının ikinci liqasının 9-cu dəstəsində çıxış edərkən komandadaydım. Sol cinah müdafiəçisi kimi oynamağıma baxmayaraq, ilk 4 turdan sonra hesabımda 3 qol var idi. Heç hücumçular belə məhsuldarlıq nümayiş etdirməmişdilər (gülür).
- Arxa xətdə çıxış etməyinizə baxmayaraq, “Neftçi”nin heyətində bir neçə qol vurmusuz. SSRİ çempionatında vurduğunuz ilk qolu xatırlayırsız?
- Təbii ki. 1984-cü ildə SSRİ çempionatında "Paxtakor"la Bakıdakı matçda fərqlənmişdim. Vurduğum qol bizə qələbə gətirdi.
- Sofiya “Lokomotiv”i ilə oyunda vurduğunuz qələbə qolu da yaddaşlardan silinməyib...
- Faiq Cabbarov boş zonaya ötürmə etdi. Mən də bir qədər irəliləyib qapını nişan aldım. Futbol qanunlarına görə bir qədər də irəli gedə bilərdim. Ancaq yaşım çox olduğundan sürət baxımından axsayırdım. Ona görə də risk etməyib zərbə vurdum.
- Xanımınız Esmira Vahabzadə də idmançı olub. İdmançılar çox vaxt xarakterli, prinsipial olurlar, güzəştə getməyi sevmirlər Bir ailədə iki tanınmış idmançı... Bunun əziyyətini çəkməmisiz?
- Heç vaxt. Karantin dönəmində bütün gün TV-də gedən verilişlərə baxırıq. Əksər proqramlarda da deyirlər ki, karantin rejimində ailə münaqişələrinin sayı artır. Kişilər bütün gün evdə olduqlarından ərlə arvad arasında söz-söhbət yaşanır. Biz də isə belə şey yoxdu. Şükür Allaha, hələ ki hər şey qaydasındadı, söz-söhbət olmayıb (gülür).
- Futbolçu, sonra isə məşqçi kimi ilin çox vaxtı orda-burda olmaq məcburiyyətində qalmısız. Bəlkə bu üzdən Esmira xanım karantin günlərində sizin evdə olmağınıza sevinir və buna görə də xətrinizə dəymir.
- Bəlkə də, nə deyim? (gülür)
- Yubileyinizi ilk təbrik edən kim oldu?
- Həyat yoldaşım. Gecə saat birə işləmiş qapımız döyüldü. Öz-özümə fikirləşdim ki, bu vaxt kim ola bilər. Həmin vaxt yoldaşım gözlükdən baxıb “balaca Yaşar səni təbrikə gəlib” dedi. Qapını açanda gördüm ki, oğlum, gəlinim və nəvəm üzərində yanan şamlar olan tortla dayanıblar. Onlardan sonra Vaqif Sadıqov, bir çox jurnalistlər, dostlarım və qohumlarım zəng vurdular, təbrik mesajları göndərdilər. Oğlum və gəlinim dünən gecə 8103-ə SMS göndərib icazə aldıqdan sonra bizə gəlmişdilər. Səhər zəng vurub dedi ki, artıq biz limitdən istifadə etdiyimizdən bu gün axşam gələ bilməyəcəyik. Qanun qanundu, hamı ona riayət etməlidi.
- Yəqin ki yubileyinizi daha geniş çərçivədə qeyd etməyi düşünürdüz, ancaq karantin səbəbindən alınmadı.
- Açığı, heç vaxt doğum gününü təm-təraqlı keçirməyi xoşlamamışam. Ancaq bu dəfə istəyirdim yaxın dostlarla bir yerdə oturub yüngülvari qeyd edək. Təəssüf ki, koronavirus buna imkan vermədi. Lakin buna görə heç məyus deyiləm. Əsas odu ağır günlər tez başa çatsın, ölkəmiz bu xəstəlikdən xilas olsun. Xalqımıza ilk növbədə cansağlığı və səbirli olmağı arzulayıram. Dostlara oturmağa isə hələ çox fürsət olacaq.
- Gələcəklə bağlı nə planlarınız var?
- Mən heç vaxt xəyallar qurmamışam. Həyatda realist insanam. Bu üzdən heç bir planım yoxdu. Ancaq bir arzum var ki, yəqin bunu da bütün millətimiz arzlayır. Dünyamızda əmin-amanlıq olsun, xəstəliklər, bu cür viruslar bizdən uzaq düşsün, insanlarımızın rifah halı həmişə yüksək olsun, işğal altında olan torpaqlarımıza qayıdaq və idmançılarımız qatıldıqları bütün yarışlarda bizləri sevindirsinlər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar