07 apr 21:40aktual

“Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm”


Amil Yunanov karantin rejiminin tələblərinə əməl edir
Karantin səbəbindən futbolçular da evlərinə çəkilərək gündəlik məşğuliyyətlərindən uzaq düşüblər. Ev şəraitində hər nə qədər müxtəlif fiziki təmrinlər yerinə yetirməklə formalarını qorumaq istəsələr də, heç şübhəsiz, ümumi vəziyyət onların fiziki-funksional hazırlığına təsir göstərir. Rayonda yaşayan futbolçular şəhərdə olan həmkarlarından bu mənada bir addım öndədilər. Hər halda, bölgələrdə həyatyanı sahələrin geniş olması məşq etmək baxımından daha əlverişlidi. “Sumqayıt”ın forvardı Amil Yunanov da karantini rayonda, daha dəqiq desək, Tovuzda keçirir. Onunla futbolsuz günləri necə keçirməsi haqda danışdıq.
- Futbolsuz qalmaq, məşqlərdən uzaq düşmək necədi?
- Bayramla bağlı Tovuza, yaxınlarımın yanına gəlmişdim. Fikrim var idi ki, Novruz tətilini onlarla keçirib, Sumqayıta qayıdım. Ancaq elə alındı ki, burda qalmalı oldum. Əlbəttə, futbolsuz qalmaq çox çətindi. Ancaq məşqlərə ara vermirəm. Yeni proqram vasitəsi ilə gündə 1 saata yaxın kollektiv məşq edirik. Bundan əlavə özüm də fərdi çalışıram.
- Bayram tətili üçün rayona getdiyinə peşman olmamısan?
- Yox, heç bir peşmanlıq yoxdu. Əksinə, sevinirəm ki, belə vəziyyətdə rayondayam. Hər halda, karantin dönəmini bina evində keçirməkdənsə, həyət evində olmaq daha yaxşıdı. Ən azı fərdi məşq etmək üçün həyət evində daha geniş imkanlar var. Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm (gülür). Bir gün də məşqsiz qalmıram.
- Komanda yoldaşın Vurğun Hüseynov da, bildiyimə görə, hazırda Tovuzdadı. Onunla görüşə bilirsən?
- Açığı, 8103 məsələsi ortaya çıxandan evdən bayıra çıxmıram. Bütün gün evdə oluram. Təxminən 20 gündü rayondayam. İlk vaxtlar tez-tez bir araya gəlirdik, birlikdə məşq edirdik. Son bir həftədə kapitanla görüşməmişik. Ancaq telefonla danışır, hal-əhval tuturuq. O da gündəlik məşqini davam etdirir.
- Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də mövsümün necə bitirməklə bağlıdı. Bəziləri çempionatın turnir cədvəlindəki indiki durumu saxlamaqla başa vurulmasını istəyir. Belədə “Sumqayıt”ın tarixində ilk dəfə avrokuboklara qatılmaq şansı yaranır. Bəziləri də bu addımın idman prinsiplərinə zidd olduğunu söyləyir, qalan 8 turun keçirilməsinin vacibliyini qeyd edir. Hətta bu yöndə FİFA ilə UEFA arasında da fikir ayrılığı var. Bəs sən hansı variantın tərəfdarısan?
- Düzdü, turnir cədvəlindəki mövqeyimizi nəzərə alanda qalan 8 turu keçirmədən mövsümü qapamaq bizə sərf edir. Lakin mən bunun tərəfdarı deyiləm. Hər şey yaşıl meydanlarda həll olunmalıdı. Bir də ki belə məsələlər bizim istəyimizlə tənzimlənmir. AFFA, PFL nə qərar verəcəksə, ona hörmətlə yanaşacağıq. Desələr ki, sabah meydana çıxın, çıxacağıq. Çünki müqaviləmiz var və ona da əməl etməliyik.
- Tovuzda əhali karantin rejiminin tələblərinə əməl edir, yoxsa hər kəs bir-birini tanıyır deyə çölə çıxmaq üçün icazə almağı lazım bilmirlər?
- Bütün ölkədə olduğu kimi, rayonda da xüsusi karantin rejiminə ciddi riayət olunur. Bayaq qeyd etdiyim kimi, SMS ilə icazə almaq söhbəti ortaya çıxandan evdən bayıra çıxmamışam. Ancaq eşitdiklərimə əsasən onu deyə bilərəm ki, insanlar qəbul olunmuş qərarları anlayışla qəbul edirlər və qanun pozuntusuna yol verməməyə çalışırlar. Axı kim istəyər ki, cərimələnsin, bir səhvə görə cibinə ziyan vursun (gülür).
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar