07 apr 21:19aktual

“Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil”


Peyman yalnız marketə gedib-gəlir
Azərbaycanla qonşu olan dövlətlərdə də xüsusi karantin rejimi hökm sürür. Qonşularımız arasında ən ağır vəziyyət isə İrandadı. “Sumqayıt”ın futbolçusu Peyman Babayi bizimlə söhbətdə ölkəsində vəziyyətin hələ də ağır olduğunu ı bildirdi: “Hər gün bir neçə dəfə Təbrizdə yaşayan valideynlərimlə danışıram. Orda da hər kəs öz evinə çəkilib. Adamlar bir-birinə yardım etməyə çalışırlar. Bəziləri karantin rejiminə əməl etmirlər ki, bunun da nəticəsində virus yayılır. Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil. Çoxlu koronavirusa yoluxma halı qeydə alınıb. Şükür Allaha, ailə üzvlərimizdən hələ ki virusa yoluxan yoxdu”.
Mediada yayılan xəbərlərə inansaq, İranda koronavirus daha çox farsların yaşadığı bölgələrdə yayılıb. Bundan başqa, Çində olduğu kimi, İran hökumətinin də pandemiyadan ölənlərin sayını bilərəkdən az göstərdiyi deyilir. Babayi bu xəbərlərə belə reaksiya verdi: “İranda COVID-19 pandemiyası ilk dəfə Qumda üzə çıxdı. Novruz bayramına kimi İranda virusa yoluxanların sayı az idi. Ancaq bayram günlərində adamların bir-birinin evinə getməsi, küçələrdə və xiyabanlarda qələbəlik yaşanması koronavirusun geniş və sürətlə yayılmasına səbəb oldu. Bunun qarşsını almaq üçün hökumət hərəkətə keçəndə artıq gec idi. Bayramdan sonra şəhərlərin hamısına giriş bağlandı, karantin elan olundu. İndi İranın, demək olar ki, bütün şəhərlərində koronavirusa yoluxan xəstələr var. O ki qaldı ölənlərin sayının az göstərilməsinə, biz də İrandakı durumla bağlı saytlardan oxuyuruq. Yalandan deyə bilmərəm ki, statistika səhvdi. İranın 90 milyona yaxın əhalisi var. Bu xəstəlik də elədi ki, bir nəfər 100-ə yaxın insanı yoluxdura bilər. Bu üzdən kimin düz, kimin yalan danışdığını üzə çıxarmaq, dəqiq rəqəmlər söyləmək mənim üçün çətin olar. Yalnız onu deyə bilərəm ki, vəziyyət çox ağırdı və hər gün də yoluxanların sayında artım olur”.
“Sumqayıt”ın futbolçusu sonda karantin günlərini necə keçirməsi ilə bağlı da məlumat verdi: “Hər gün saat 11-də komandanın onlayn məşqi keçirilir. Məşq başa çatandan sonra internetdə müxtəlif filmləri izləyirəm. Qeyd etdiyim kimi, valideynlərim Təbrizdə olduqlarından Sumqayıtda tək yaşayıram. Buna görə də gündəlik yeməyimi də özüm hazırlayıram. Təbii ki, bütün gün evdə qalmaq mənim üçün çətindi, çox darıxdırıcıdı. Ancaq başqa əlac yoxdu, dözməli, səbirli olmalıyıq. İki gündü bilmişəm ki, 8103-ə SMS göndərməklə 2 saatlıq küçəyə çıxmaq olar. Hələ ki bu fürsətdən yararlanmamışam. Ən uzaq getdiyim yer binamızın həyətindəki marketdi. Bunu da ərzaq və çörək almaq üçün edirəm. İnanıram ki, dünyanı cənginə alan bu gözəgörünməz düşməndən tezliklə xilas olacağıq. Allah bütün insanları qorusun”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Bu gün, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Bu gün, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Bu gün, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Bu gün, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Bu gün, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Bu gün, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Bu gün, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Bu gün, 18:20 Nazarovu cəza gözləyir Bu gün, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Bu gün, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar