06 apr 16:43aktual

UEFA: milli çempionatlar sona çatdırılmalıdı!


Aprelin 1-də UEFA-nın növbəti videokonfransı keçirilib. Təşkilat Avropanın ali futbol qurumuna üzv olan 55 assossiasiyanın baş katibləri ilə videobağlantı qurub. Videokonfransda üç həftə əvvəl yaradılan İşçi Qrupun fəaliyyəti, həmçinin koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və avrokubokların bərpa müddəti ilə bağlı müzakirələr aparılıb. Bir sıra qərarlar verilib.
17 yaşadək futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında uyğun olaraq may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ləğv olunub. Bundan başqa, 19 yaşadək futbolçulardan və 17 yaşadək qadınlardan ibarət yığmalar arasında may və iyul aylarına nəzərdə tutulan Avropa çempionatlarının final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Həmçinin, bu ay keçirilməsi nəzərdə tutulan futzal üzrə Çempionlar Liqasının final mərhələsi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
UEFA Millətlər Liqasının pley-off oyunlarını növbəti dəfə təxirə salmalı olub. Yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib. Xatırladaq ki, UEFA martın 24-də həmin ayın 26-31-i aralığında keçirilməli olan bu görüşləri iyuna təxirə salmışdı. Millətlər Liqasının ikinci mövsümünün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə yeni mövsümə daha sonra başlayacaq. Beləliklə, sentyabrda A liqasında İslandiya – Rumıniya, Bolqarıstan – Macarıstan, B liqasında Bosniya və Hersoqovina - Şimali İrlandiya, Slovakiya – İrlandiya, C liqasında Şotlandiya – İsrail, Norveç – Serbiya, D liqasında isə Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo yarımfinal matçları keçiriləcək. Qeyd edək ki, bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda məlum olacaq. Final mərhələsi gələn ilin yayına ertələnən turnirdə 24 yığma iştirak edəcək. Həlledici oyunlar isə Bakı da daxil olmaqla 12 müxtəlif ölkənin şəhərində keçiriləcək.
Çempionlar Liqası və Avropa Liqasının oyunlarının da növbəti dəfə təxirə salınacağı gözlənilir. Bu məsələ UEFA-nın son videokonfransında müzakirə olunub. Qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını, eyni zamanda milli çempionatların da həmin tarixdən davam etdirilməsini tövsiyə edib. Qeyd edək ki, ÇL və AL-in oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb. UEFA-nın prezidenti Aleksander Çeferin avrokuboklardakı qalan matçların təşkilinin milli çempionatların keçiriləcəyi aylarda da mümkün ola biləcəyini deyib: “Vəziyyət fövqəladədi. Biz möhkəm olmalıyıq. Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündü. “8-lər” və ya “4-lər” finalı formatı isə hələlik bir hipotezdi. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdı. Şərtlər təhlükəsizdisə, heç bir problem görmürəm”.
UEFA milli çempionatların vaxtından əvvəl başa vurulmasının əleyhinədi. Təşkilat bununla bağlı 55 assosiasiyaya məktub göndərib. Məktubda futbolun yaxın aylarda bərpa olunacağına əminlik ifadə olunub və daxili çempionatların ləğv edilməməsi tövsiyə olunub: “Yaxın aylarda futbol yarışlarının yenidən davam edə biləcəyinə əminik. İndiki məqamda daxili çempionatları ləğv etmək üçün verilən hər hansı qərar əsassızdı. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi vacibdi. Bu amil mövcud olmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdı. UEFA klubların 2020/21 mövsümündə beynəlxalq turnirlərdə iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik”.
Qeyd edək ki, Belçikada ölkə çempionatının qalan oyunları ləğv olunub və 29 turdan sonra lider olan “Brügge” çempion elan edilib. UEFA-nın prezidenti Çeferin Belçika klublarını pandemiya səbəbindən çempionatı vaxtından əvvəl başa vurduqlarına görə tənqid edib. Çeferin komandaları avrokuboklardan çıxarmaqla hədələyib: “Bunun yanlış yol olduğunu düşünürəm. Həmrəylik - bu, birtərəfli hərəkətin olduğu küçə deyil. Belçikanın mövsümü oynamadan başa vurmaq istəyən liqası növbəti mövsümdə avrokuboksuz qalmaqla risk edirlər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar