26 mar 14:47aktual

Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb


Miçel: “Bu dəqiqə İspaniyada vəziyyət acınacaqlıdı”
Romero: “Bəxtimiz onda gətirib ki, valideynlərim şəhərin mərkəzindən bir az aralıdadı”
Mezzotero: “Belə vəziyyətdə Azərbaycanda olduğuma görə xoşbəxtəm”
Babayi: “Belə həssas məqamda onların yanında olmamaq adama çətin gəlir”

Dünəndən etibarən paytaxtdan kənarda yaşayan şəhər və rayon sakinlərinin martın 29-na qədər Bakıya girişinə qadağa qoyulması ölkədə böyük əks-səda doğurub. Məlum məsələdi ki, rayonlarda yaşayanların böyük əksəriyyəti Bakıda işləyir, ya da hər gün paytaxta gəlib-gedir. Bu azmış kimi, Novruz bayramı günləridi, insanlar bir-birinin qapısına gedib-gəlməyə alışıb. Bakıda yaşayan istər-istəməz valideynlərinə, əzizlərinə baş çəkmək üçün rayonlara üz tutmalıdı ki, qayıtmaq şansları sıfırdı.
Mövzuya toxunmağımızın səbəbi var. Bu gün Bakıdan 200-300 kilometr kənara çıxa bilməmək insanları üzür, hamı koronavirusu “ağ yuyub, qara sərir”. Halbuki ölkəmizdəyik, axşamlar olmasa da, günortalar gedib-gəlməyə yerimiz var. Bəs legioner futbolçular, idmançılar nə etsin? Xüsusən də epidemiyanın böyük sürətlə yayıldığı İran, İtaliya, İspaniya kimi ölkələrdən olanlar. Heç şübhəsiz, onlar daha çox narahatdılar. Hər an valideynlərinin, ailə üzvlərinin, doğmalarının xəstəlik xəbərini eşidə bilərlər.
Adı çəkilən ölkələrdən olan və Azərbaycanda yaşayan bəzi əcnəbilərlə söhbətdə koronavirus mövzusunda danışdıq.
Miçel, “Qarabağ”ın ispan yarımmüdafiəçisi: “Bu dəqiqə İspaniyada vəziyyət acınacaqlıdı. İnsanlar evlərinə qapanıb, demək olar ki, heç yerə getmirlər. Yalnız zəruri hallarda xəstəxanaya, aptekə, marketə gedirlər. Bu cür durumun yaranması hamı kimi məni də narahat edir. Xoşbəxtlikdən heç bir yaxınım, tanışım, dostum koronavirusa yoluxmayıb. Allahın köməyi ilə yoluxmazlar da. Deməzdim ki, Bakıda olduğumuza görə bəxtimiz gətirib. Çünki həm öz, həm də yoldaşımın ailə üzvləri istənilən an virusa yoluxa bilərlər, ciddi təhlükə ilə üz-üzə qalıblar. Çünki əhatələrində virus daşıyıcıları var. Bədbin ehtimallar haqda düşünmək belə istəmirəm. Bu dəqiqə əsas məqsədimiz virusdan uzaq durmaq və bu bəladan xilas olmaqdı. Ümid edirəm ki, xəstələr də tezliklə sağalacaq.
Əslində burdakı vəziyyət İspaniyadakından kəskin fərqlənmir. Burda da evə qapanmışıq. Azərbaycan hökumətinin insanların təhlükəsizliyi üçün verdiyi qərarlardan xəbərdaram. Və bunu doğru addım hesab edirəm. Bütün gün yoldaşımla evdəyəm. Yalnız fərdi məşq üçün evdən çıxıram, bəzən də marketə gedirik. Həyatın əvvəlki qaydada davam etməsini arzulayıram”.
Xayme Romero, “Qarabağ”ın ispan yarımmüdafiəçisi: “Burdakı vəziyyət İspaniya ilə müqayisədə nisbətən yaxşıdı. Lakin bu o demək deyil ki, hazırda İspaniyada olmadığıma görə sevinirəm. Çünki belə həssas məqamda valideynlərin, ailə üzvlərinin yanında olmaq adama rahatlıq verir. Nə edək, vəziyyət belə alınıb. Qardaşımla biz Azərbaycandayıq, valideynlərim İspaniyada. Vətənimdə durum gərgindi, özünüz də oxuyursuz, bilirsiz. Hamı bir-birindən uzaq durmağa çalışır. Polis də gücləndirilmiş iş rejimində işləyir. Açığı, qohumlardan, dost-tanışdan kiminsə virusa yoluxduğunu eşitməmişəm. Bütün gün evdəyik, hər gün zəngləşib danışırıq, xəbərləri oxuyuruq. Xoşagəlməz xəbər olsaydı, bilərdim. Bəxtimiz onda gətirib ki, valideynlərim şəhərin mərkəzindən bir az aralıdadı. Kiçik qəsəbədi, orda da adam azdı, hamı da evində. Bu məqama görə bir az rahatam. İstənilən halda hər birimiz diqqətli olmalıyıq”.
Serxio Mezzotero, “Neftçi”nin U-14 komandasında oynayan italyan Lorenzo Mezzoteronun atası: “Mən İtaliyanın cənubundanam. Bizim bölgədə koronavirus geniş yayılmayıb. Ona görə də ailəm və yaxınlarımla bağlı durum yaxşıdı. Nə dünyasını dəyişən var, nə xəstələnən. Buna görə Tanrıya şükür edirəm. Koronavirus əsasən İtaliyanın şimalında yayılıb, Milan, Berqamo, Breşiyada, yəni Lombardiya vilayətində. Özüm yox, amma xanımım oralıdı. Lakin onun valideynləri və qohumlarının vəziyyəti də bu baxımdan yaxşıdı. Heç bir itki və ya itki təhlükəsi yoxdu.
Bildiyiniz kimi, hazırda vətənimdə karantin elan olub. İtkilər get-gedə çoxalır deyə, insanların özləri də təhlükəni hiss etməkdədi. Yaxınlarımla danışıram. Onların verdiyi məlumata görə, həftədə bir dəfə marketə getməyə icazə verilir. İş yerləri böyük ölçüdə dayandırılıb. Yalnız məhdud sayda idarə və təşkilatlar çalışır ki, siyahıda xəstəxanalar, poçtlar, icra nümayəndəlikləri var. Lombardiyada karantin rejimi yetərincə ciddidi. Polis icazə verilməyən saatlarda bayırda gəzənlərdən sağlamlıq haqda arayış tələb edir. Ya da işə gedirsənsə, bununla bağlı əlində sənəd olmalıdı. Bunu etməkdə məqsəd insan kütləsini azaltmaq, çoxluq yaratmalarını əngəlləməkdi.
Belə vəziyyətdə Azərbaycanda olduğuma görə xoşbəxtəm. Düzdü, İtaliya vətənimdi, doğmalarım ordadı. Amma hamının canı özünə şirindi, heç kim övladını, ailəsini itirmək istəmir. Artıq burda da ciddi tədbirlərin görülməsi məni sevindirir. Digər ölkələrlə sərhədlər bağlanıb, məktəblər qapanıb, futbolda müəyyən fasilə yaranıb, kafe-restoranlar axşam 9-dan sonra işləmir. Dünən də yaxın günlərdə digər rayon və şəhərlərdən Bakıya girişə qadağa qoyulacağını oxudum. Əlbəttə, çətin durumdu, hamıya ağır gəlir. Amma sağlamlığımızı düşünürüksə, istənilən qərara hörmətlə yanaşmalıyıq. İnşallah (elə bur cür də deyir – H.), ən qısa zamanda bütün dünya bu bəladan qurtular və yenidən firavan həyat yaşayarıq”.
Peyman Babayi, “Sumqayıt”ın iranlı hücumçusu: “Bu mövzu haqda danışmaq adama ağır gəlir. Novruz bayramı ərəfəsində koronavirus insanları stress altına salıb. Bu dəqiqə İranda vəziyyət çox-çox gərgindi, özünüz də bilirsiz. Cənubi Azərbaycanda xeyli sayda adam dünyasını dəyişib. Demək olar ki, bütün şəhərlərdə koronavirus təhlükəsi var, insanlar qorxu içində yaşayır. Ailəm və yaxınlarım Təbrizdədi, onlarla tez-tez danışıram. Şükürlər olsun ki, tanıdığım insanlardan heç kim epidemiyaya yoluxmayıb. Burda olsam da, onlara görə çox narahatam. Dövlət orqanları insanları son dərəcə diqqətli olmağa, evdən çıxmamağa səsləsə də, heç də hamı buna riayət etmir. Hər gün pis xəbərlər eşitsələr də, bəziləri qorxmur, ehtiyat etmir. Bu da istər-istəməz ciddi təhlükə deməkdi.
Hazırda Azərbaycanda olduğuma görə bilmirəm sevinim, yoxsa üzülüm. Həyatda adama ən əziz olanlar ailə üzvləridi. Belə həssas məqamda onların yanında olmamaq adama çətin gəlir. Amma futbolçuyamsa, buna dözməli, rejimə əməl etməliyəm. Hətta istəsəm belə, sərhəddi aşmaq mümkün deyil. Artıq 3 ildi Novruz bayramını ailəmlə qeyd edə bilmirəm. Ailə üzvlərimə görə içimdə bir narahatlıq var. Sizi inandırım, 2 saatdan bir zəng edib maraqlanıram, danışıram.
Azərbaycan dövləti məsələyə ciddi yanaşmaqdadı. Bu da adama rahatlıq verir. İnsanlar da qaydalara əməl etməyə çalışır. Təki bu ağır günləri əziz bayramda geridə qoyaq və hamı əvvəlki kimi rahat yaşasın.
Fürsətdən istifadə edib bütün dünya azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Təki şad yaşayaq, xoş günlər görək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar