26 mar 14:21aktual

“Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad…


…və ya Lobanovskinin bədbəxt etdiyi Jidkov
Martın 16-da 55 yaşını tamamlayan Aleksandr Jidkov Azərbaycan futbolunun yetirməsi olmasa da, futbolumuzun, konkret “Neftçi”nin, hətta deyərdim ki, Azərbaycan yığmasının da uğur qazanması naminə fədakarlıq etməkdən heç vaxt çəkinməyib. Və o, mərhum Valeri Lobanovskinin taleyinə balta çaldığı çoxsaylı sovet futbolçularından nə birincisidi, nə də sonuncusu. Görünür, bəzən qərar verərkən daha dərindən düşünmək, bütün müsbət və mənfi məqamları saf-çürük etmək lazımdı. 1984-cü il aprelin 1-də, məhz Kiyev “Dinamo”su ilə səfər oyununda ilk dəfə “Neftçi”nin ağ-qara formasını geyən, yenicə 19 yaşını tamamlayan qapıçı növbəti üç mövsümdə də komandasının vazkeçilməz adlarından oldu, 87-də SSRİ çempionatının 33 ən yaxşı oyunçusu siyahısına (Dasayevlə Xarindən sonra – 3-cü qapıçı kimi) düşdü. Nəinki bu siyahıya, həm də Valeri Vasilyeviçin toruna düşdü, Kiyevdə və SSRİ yığmasında heyətdə yer alacağını deyən şirin dilinə aldandı və çox tezliklə aldanmış kəvakibə döndü...
Jidkov dünyaya Stavropol vilayətinin Prikumsk (indiki Budyonnovsk) şəhərində gəlib, Rostovdakı idman internatında oxuyub və 1981-də SSRİ çempionatının 2-ci dəstəsində yarışan “Atommaş”a dəvət olunub. 1983-də keçirilən SSRİ xalqlarının Spartakiadasında RSFSR yığmasının heyətində gümüş medal qazanandan sonra eyni vaxtda üç klubun – “Torpedo”, ÇSKA və “Neftçi”nin diqqətini cəlb edib. Jidkov çağırış yaşında olduğuna görə ya ÇSKA-nın, ya da Rostov SKA-sının şərəfini qoruyacağını düşündüyü vaxt bizimkilər, yəni mərhum Fuad Musayevi də məsələdən xəbərdar edən “Neftçi” rəhbərliyi yüngülvari biclik işlədib: yeniyetmə qapıçının sənədlərini tələm-tələsik yığaraq, tərkibində hərbi kafedra olan Azərbaycan Tibb İnstitutuna qəbul etdiriblər. “Neftçi” rəhbərliyini tələsdirən əsas məqam o idi ki, uzun illər komandanın qapısını inamla qoruyan, sözün bütün mənalarında şəxsiyyət olan Sergey Kramarenko artıq 38 yaşını tamamlamaq üzrə idi, 1984 mövsümündə “sükan arxasında” olan Kazbek Tuayevə isə etibarlı əvəzedici lazım idi. Debüt mövsümündə 19 oyuna çıxan Saşa 1985 mövsümü ərəfəsində baş məşqçi postunda Ruslan Abdullayevi əvəzləyən Vyaçeslav Solovyovun özü ilə gətirdiyi Vyaçeslav Çanovun kölgəsində qaldı. 1986 mövsümündə komandanı artıq Jidkovun potensialından xəbərdar olan Abdullayev çalışdırırdı. Mövsümə fırtına kimi başlayan “Neftçi”də sonradan komandadaxili münaqişə başladı, Abdullayevin uzun müddət düşərgədə olmaması da işləri korladı, belədə bakılılar həmin ili vərdiş etdiyi mövqedə - 13-cü yerdə bitirdi. 1987 Azərbaycanın “Neftçi”yə, nəticələrə, futbola görə sevindiyi son il oldu. Yəni 1988-in gəlişi ilə məlum hadisələr başladı, futbol artıq heç kimə lazım olmadı, “Neftçi” də diqqətdən kənarda qaldı və bunun məntiqi nəticəsi kimi elita ilə vidalaşdı. Amma 87-yə qayıdaq. Həmin mövsüm indi gözümün önündən kino lenti kimi keçir. Sanki komandanın obrazı dəyişmişdi, bakılılar həmişəki “evdə xoruz, çöldə fərə” imicindən qurtulmuşdular, məsələn, evdə “Metallist”lə oyunda çox acı məğlubiyyətlə üzləşə, amma səfərdə də “Zenit”, Moskva, Kiyev, Minsk “Dinamo”su kimi güclü komandaların əsəbləri ilə oynaya, hətta qalib gələ bilirdilər. Və həmin komandanın ulduzlarından biri də 8 penaltidən 4-nü dəf edən, cərimə meydançasının ağası olan, etibarlı oyunu ilə komanda yoldaşlarına inam aşılayan Jidkov idi. Təsadüfi deyil ki, komanda mövsümü 9-cu yerdə, özü də son illərdə ilk dəfə top fərqində müsbət saldo (33-30) ilə bitirdi. Oyunların 29-da “çərçivə”ni məhz bugünkü yazımızın qəhrəmanı qorumuşdu.
Bundan sonrası hər kəsə bəllidi. 1984-dən bəri SSRİ-nin yeniyetmələrdən və gənclərdən ibarət yığmasına çağırılan, böyük ölkənin ən istedadlı qapıçılarından sayılan birisi əsas yığmaya yaxın düşə bilmək üçün “Neftçi”ni tərk etməliydi. Bakılılar üçün uğurlu bitən 1987 mövsümünün ardından daha Lobanovskinin dilətutmalarına dözmədi, xoşbəxtlik dalınca Kiyevə yollandı. Mərhum və ünlü məşqçinin ruhu məndən inciməz, amma hər şeyi də öz adıyla çağırmaq lazımdı. Gənc qapıçının könlünü birdəfəlik fəth etmək istəyən Lobanovski hətta 88-in fevralında onu SSRİ yığmasının İtaliyanın Çokko şəhərində təşkil olnan təlim-məşq toplanışına 3-cü qapıçı (Dasayev və Çanovla yanaşı) kimi apardı, 6 yoxlama oyununda qapını tapşırdı. Artıq gözlər “Neftçi”nin sabiq qapıçısının üzərində idi. Hamıya elə gəlirdi ki, tezliklə o, nəinki “Dinamo”nun, həm də SSRİ yığmasının əsas qapıçısı olacaq. Amma Lobanovski Jidkovu, yumşaq desəm, aldatdı. Daha doğrusu, 1988-ci il, martın 27-də Kiyevdə keçirilən “Spartak”la oyundakı kobud və 1:2 hesablı məğlubiyyəti şərtləndirən səhvi ona bağışlamadı. Halbuki mövsümün hələ 4-cü oyunu idi, irəlidə o səhvi aradan qaldırmaq üçün nə qədər oyun olacaqdı... Kinli Lobanovski Saşanı nəinki mövsümün sonuna qədər ehtiyatda oturtdu, hətta əvəzedici heyətdə meydana çıxmasını da lazım bilmədi. Onun sözünün qabağına söz çıxarmayan klub rəhbərliyi qapıçını transfer etmək istəyən başqa komandaların da təklifini yerə saldı. Oynamaq istəyi ilə alışıb-yanan Jidkov hətta baş məşqçiyə yaxınlaşaraq, yarımilliyə “Neftçi”yə buraxılmasını xahiş etdi. Amma yox, Valeri Vasilyeviç bir səhvə görə onun qələmini əbədi qırmışdı, nəinki əsas heyətdə oynamaqdan, SSRİ yığmasının formasını geyməkdən də söhbət gedə bilməzdi. Yalnız Lobanovski BƏƏ-yə yollanandan bir qədər sonra Jidkov canını “Dinamo”dan qurtardı. İstedadı çiçəklənən vaxt illərlə yaşıl meydana həsrət qalan qapıçı artıq həmin adam deyildi. Bundan sonra daha 10 il müxtəlif klubların şərəfini qorusa da, onu “Neftçi”dəki oyunu ilə bütün SSRİ-də tanıdan səviyyəyə dönə bilmədi. Uzunmüddətli karyerasının sonunda tərcümeyi-halının “uğurlar” xanasında “SSRİ çempionatının bürünc medalçısı”, “SSRİ kubokunun sahibi” ifadələrindən başqa heç nə yazılmadı. Halbuki Lobanovski onu Kiyevə aparanda heyətdə yerlə yanaşı, mənzil-məişət məsələlərinin həllini də vəd etmişdi. Heç bir vədini tutmadı...
Şəxsən mən 1994-cü ildə artıq İsraildə çıxış edən Jidkovun bir başqa ölkənin yox, məhz Azərbaycan yığmasının formasını geymək qərarını verməsinin, həmin vaxtdan 1998-ə qədər 21 oyunda yığmanın şərəfini qorumasının altında yatan mənadan xəbərdar deyiləm. Sadəcə, bütün olanları, gördüklərimi, oxuduqlarımı təhlil edəndən sonra bu qənaətə gəlirəm ki, Jidkov məhz yarıyolda qoyduğu “Neftçi”, ona diplom verən Azərbaycan qarşısında günahlarını yumaq, peşmanlıq hissindən azacıq qurtulmaq üçün belə seçim etmişdi. Yoxsa heç bir ciddi hədəfi olmayan, özü də qaçqın həyatı yaşayan bir yığmanı seçmək üçün başqa hansı əsas, hansı səbəb ola bilərdi?!
...Və futbolçu həyatı belə qəribəliklərlə zəngin olur. Bir səhv qərar, daha doğrusu, bütün ölkənin zəhmindən çəkindiyi Lobanovskinin kini adamı haralara apara bilərmiş – Jidkovun taleyi buna dair çox parlaq nümunədi!
HUŞƏNG

Sitat
- Gəlin 13 il əvvələ, Valeri Lobanovskinin sizi Kiyev “Dinamo”suna çağırdığı vaxta qayıdaq. Həmin vaxt yəqin ki bundan yaxşı təklif arzulamaq olmazdı.
- Haqlısız, önümdə cəlbedici perspektivlər açılmışdı. 1984-dən müxtəlif yığmalara - əvvəlcə yeniyetmələrə, sonra, yəni Nikolayevin vaxtında gənclərə cəlb olundum. Nəhayət, Valeri Vasilyeviç məni milli komandanın Simferepoldakı toplanışına çağırdı. Metrə yaxşı təsir bağışladım və bir müddət sonra Moskvada keçirilən yoldaşlıq oyununa dəvət aldım. Oyundan əvvəl Lobanovski məni otağına çağırdı: “Yığmada oynamaq istəyirsən?” – “Əlbəttə, istəyirəm!” – “Onda “Dinamo”ya keçmək üçün ərizə yaz. Sən “Neftçi”nin səviyyəsini aşmısan”. Çox düşünmədim...
2003-ün iyulunda “Sport-Ekspress”ə verdiyi müsahibədən...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar