22 mar 19:15aktual

Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı

Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı
“Tiflisin küçələrini hələ belə boş görməmişdim”
Azərbaycanda “Kəpəz”in formasını geyən, ötən il Litva “Yonava”sında legioner həyatı yaşayan Tural Rzayev bu ilin yanvarında Gürcüstana üz tutaraq “Merani” ilə müqavilə bağlamışdı. Ancaq srağagün Martvili təmsilçisinin “feysbuk” səhifəsi azərbaycanlı futbolçu ilə yolların ayrıldığı barədə xəbər paylaşıb. Xəbərdə 26 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın qarşılıqlı razılaşma əsasında pozulduğu bildirilir.
Məsələyə aydınlıq gətirmək üçün Rzayevi aradıq. Futbolçu xəbəri təsdiqlədi: “Yanvarda “Merani” ilə birillik müqavilə imzalamışdım. Komanda ilə birgə toplanış keçib yaxşı forma da yığmışdım. Təəssüf ki, çempionatın startına iki gün qalmış, daha dəqiq desəm, fevralın 27-də məşqdə zədələndim. Ertəsi MRT müayinəsindən sonra məlum oldu ki, ön çarpaz bağlarım qopub. Zədə ağır olduğundan ən azı 6 ay müalicə olunmalıyam. Bu üzdən klub rəhbərliyi ilə görüşdük. Onlar mənə Gürcüstanda əməliyyat olunmağı təklif etdilər. Ancaq mən razılaşmadım və Türkiyəyə yollanmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni başa düşdülər və müalicə xərclərimi üzərlərinə götürdülər. Bundan əlavə müəyyən qədər təzminat da verəcəklərini bildirdilər. Orda qalıb müalicədən sonra futbol oynaya bilərdim. Ancaq əməliyyatdan sonra bərpa müddətinin sentyabr-oktyabra kimi çəkəcəyini nəzərə alıb, ayrılmaq qərarını verdim. Gürcüstan çempionatı “yaz-payız” sistemi ilə keçirildiyindən, demək olar ki, mövsümü boşa vermiş olacaqdım. Bu həm də kluba sərf etmirdi. Komandada mənimlə birlikdə 4 legioner var idi. Zədəli halda sifariş ərizəsində yer tutmağım onlara da sərf etmirdi. Klub rəhbəriyini də yaxşı başa düşürəm. Mənə görə niyə legioner limitinin biri boş qalmalıdı? Fikrimcə, müqavilənin qarşılıqlı razılıq əsasında pozulması həm mənim, həm də “Merani” üçün yaxşı oldu”.
Tural həm əməliyyatından, həm də koronavirusla bağlı Gürcüstandakı vəziyyətdən danışdı: “Dedyim kimi, əməliyyat üçün Türkiyəyə yollanmağı planlaşdırmışam. Ordakı həkimlə də artıq danışığımız olub. Ancaq indi sərhədlər bağlandığından gedə bilmirəm. Vəziyyət normallaşandan sonra qardaş ölkəyə gedəcəm. Koronavirusa gəlincə, hər yerdə olduğu kimi, Gürcüstanda da həyat sanki donub. Tiflisin küçələrini hələ belə boş görməmişdim. Tək-tük adama rast gəlmək olur. İnsanlar zərurət olmadığı halda evdən bayıra çıxmırlar. Düzdü, gündəlik işə gedənlər yenə işlərindən qalmırlar. Ancaq daha əvvəlki kimi küçələrdə qələbəlik yaşanmır. Turistlərə də rast gəlmək mümkün deyil. Gürcüstan çempionatında da oyunlara ara verilib. Çempionatın nə vaxt bərpa olunacağını dəqiq bilən yoxdu. Geri qayıdanda sərhəddə heç bir problemlə üzləşmədim. Onu da qeyd edim ki, “Qırmızı Körpü”də demək olar ki, heç kim yox idi. Gürcüstanla sərhəd bağlı olsa da, Azərbaycan vətəndaşlarının geriyə qayıtmasında çətinlik yaşanmır. Sərhəddə həkimlər məni yoxladılar və hər hansı problem aşkar olunmadığından vətənə dönməyə icazə verildi. Ancaq burdan ora gedən azərbaycanlıların sərhədi keçməsinə qadağa qoyulub”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar