18 mar 16:24aktual

Asim Xudiyev ABŞ təəssüratını bölüşdü


“Anatoli Banişevski ilə bağlı Bruklində yaşayanların əksəriyyətinin məlumatı var”
Fevralın 23-də Azərbaycanın ən məşhur futbolçularından biri olmuş Anatoli Banişevskinin doğum günü idi. Artıq neçə ildi ki, AFFA-nın dəstəyi, Veteranlar İttifaqının təşkilatçılığı ilə Bakıda aşağı yaş qrupları arasında Banişevskinin xatirəsinə turnir təşkil olunur. Ancaq məşhur “9 nömrə”ni təkcə Azərbaycanda yox, dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-da da yada salırlar. 6 ildi Nyu-York yaxınlığındakı Bruklində əfsanəvi hücumçu yad olunur, vətəndə olduğu kimi, orda da onun xatirəsinə turnir keçirilir. Bu dəfə həmin xatirə turnirinə dəvət alanlar arasında Asim Xudiyev də olub. Hazırda AFFA və UEFA nümayəndəsi kimi fəaliyyət göstərən beynəlxalq dərəcəli referi ilə söhbətdə ABŞ səfəri ilə bağlı təəssüratlarını dinlədik.
- Martın 10-12-si aralığında Bruklində Anatoli Banişevskinin xatrəsinə həsr olunmuş turnir keçirıldi. Artıq bu yarış 6-cı dəfə təşkil olunur və beynəlxalq statusa malikdi. Məni ora Nyu-Yorkun idman veteranları cəmiyyəti və vaxtilə “Neftçi” və “Qarabağ”da oynamış, indi ABŞ-da yaşayan Aron Zərbəlıyev dəvət etmişdi. Təşkilatçılar eyni zamanda AFFA-ya xüsusi dəvətnamə ünvanlamışdılar. Qeyd etdiyim kimi, Banişevskinin xatirə turniri artıq hər il onun doğum gününə həsr olunur. Turnirin keçirlməsi ideyası Zərbəliyeva məxsusdu, ancaq tədbiri Bruklində fəaliyyət göstərən “Bakılılar” və “Mənim yolum” adlı cəmiyyətlər təşkil edir. Neçə ilidi ki, turnirdə iştirak etmək üçün ABŞ-a yollanmaq istəyirdim. Ancaq elə alındı ki, səfərim məhz 2020-ci ilə təsadüf etdi. Aron hər dəfə dəvət etsə də, müəyyən səbəblərdən alınmırdı. Uzun müddətdi ki, mən Türk Hava Yollarının xidmətindən istifadə edirəm. Bu şirkətin təyyarələri ilə çox uçduğumdan bonusum var idi. Onu da məhz ABŞ səfərinə həsr etdim.
- Banişevskinin doğum günü fevralın 23-nə təsadüf edir. Ancaq turnir martda keçirildi. Bu nə ilə bağlıdı?
- Təşkilati işlərlə. Bundan başqa, elə alındı ki, ABŞ-a vizam da fevralın sonunda verildi. Bilirsiz ki, o ölkəyə viza almaq o qədər də asan məsələ deyil. Bu günə kimi iki dəfə ABŞ-da olmuşdum. Sonuncu dəfə 2003-cü ildə, qadınlar arasında keçirilən dünya çempionatı ərəfəsində, FİFA-nın tədbiri ilə bağlı ora yollanmışdım. AFFA-nın məktubu və mənim 17 il əvvəl orda olmağım viza məsələmi tezləşdirdi. Həmin arada təşkilatçılarla əlaqə saxlayırdıq. Sonda qərara alındı ki, tunir martda təşkil olunsun.
- Turnirə neçə komanda qatılmışdı və onlar haranı təmsil edirdilər?
- İki günü əhatə edən yarış həm aşağı yaş qrupları, həm də veteranlar arasında keçirilir. 12 yaşlıların yarışına cəmiyyətin nəzdində fəaliyyət göstərən akademiyanın kollektivindən başqa, “Neftçi”, “Kayrat”, “Alqa” və “Dinamo” qatılmışdı. Təbii ki, bu adlar rəmzi xarakter daşıyır. “Alqa” orda yaşayan qırğızları, “Dinamo” gürcüləri, “Kayrat” isə Qazaxıstandan ABŞ-a köçən qazaxları təmsil edirdi. Bu yaş qrupunda Aronun çalışdığı akademiyanın komandası qalib oldu. Veteranların yarışı isə daha maraqlı və gərgin keçdi. Həlledici görüşdə Tiflis “Dinamo”su oyunsorası penaltilərlə “Paxtakor”a qalib gəldi. Ancaq belə turnirlərdə heç kim mükafatsız qalmır. İlk pilləni tutanlarla yanaşı, digər iştirakçılara da müxtəlif hədiyyələr və diplomlar təqdim olundu. AFFA və “Neftçi” rəhbərliyi də turnir iştirakçılarına xüsusi hədiyyələr hazırlamışdılar ki, onlar da yarış iştirakçılarına, müxtəlif nominasiyalarda fərqlənənlərə verildi. Çox gözəl təşkil olunmuş bir turnir kimi yaddaşımda qaldı. Onu da bildirim ki, yarışı izləmək üçün çox sayda tamaşaçı da gəlmişdi. Əksəriyyəti də keçmiş SSRİ-dən köçənlər idi. Ən maraqlısı odu ki, Anatoli Banişevski ilə bağlı Bruklində yaşayanların əksəriyyətinin məlumatı var. Bilirlər ki, o Bakıda doğulub, “Neftçi”nin şərəfini qoruyub, SSRİ yığmasında çıxış edib. Əlbəttə, bu da bizim orda yaşayan azərbaycanlılarımızın, Aronun zəhmətidi. Əvvəlcədən belə bir turnirin keçiriləcəyi haqda mətbuatda anonslar verildiyindən yerli media nümyəndələri də yarışa gəlmişdilər. Ordan mətbuat üçün reportajlar hazırlandı.
- Turnirdə iştirak edən veteranlar arasında keçmiş SSRİ-də tanınanlardan kimlərsə var idi?
- Gürcülərin komandasında 2000-ci illərin əvvələrində öz çempionatlarında çıxış etmiş bir neçə veteran oynayırdı. Onlar çox da məşhur olmayıblar. Lakin səviyyəli olduqları açıq-aşkar hiss olunurdu. Bilirsiz, bu cür tədbirlərdə oynayanların tanınıb-tanınmaması şərt deyil. Əsas odu ki, Banişevski xatırlanır, yarışda iştirak edən uşaqlar, onların valideynləri vaxtilə belə bir futbolçumuzun olmasından xəbərdar olurlar. İstər yarışın açılışında, istərsə də mükafatlandırma mərasimində onunla bağlı fikirlər sələndirildi, peşəkar karyerası dönəmində hansı uğurlara imza atdığı haqda məlumat verildi. Yenə deyirəm, Bruklində hamı Banişevski barədə məlumatlıdı. Bu çox gözəl ənənədi və ümid edirəm ki, növbəti illərdə də davam edəcək. Turnir həm də SSRİ-dən ABŞ köçənlər, vaxtilə bir ölkənin vətəndaşı olmuş insanlar üçün bir araya gəlmək baxımından fürsətdi. Kənardan baxanda onların bir-biri ilə necə şirin-şirin danışdıqlarını görmək çox xoş idi. Əsl bayram ab-havası hökm sürürdü.
- Bruklini, Nyu-Yorku gəzə bildiz? Ümumiyyətlə, koronavirusla bağlı vəziyyət necədi?
- Gəzməyə çox vaxtım olmadı. Maşınla bir yerdən digər yerə gedəndə ötəri nələrisə görmək imkanım oldu. Futbol ABŞ-da bizdəki kimi populyar olmasa da, böyük və gözəl idman arenaları və stadionlar var. Ordakı soydaşlarımızın sözünə görə, son 10 ildə insanlar futbolla maraqlanmağa başlayıblar, övladlarını futbol bölmələrinə yazdırırlar. Mən əslində orda daha çox qalmalıydım. Ancaq koronavirus təhlükəsinə görə səfərimi tez başa vurmalı oldum. Nyu-Yorka martın 10-na keçən gecə çatdım. Nə Bakıdan İstabula uçanda, nə də İstanbuldan Nyu-Yorka gedəndə xüsusi həyəcanlı bir şey görmədim. Ancaq martın 12-də ABŞ prezidenti Avropadan gələn təyyarələrə məhdudiyyət qoyulduğunu açıqlayınca, bir anda hər şey dəyişdi. Hamıda bir həyəcan hiss etdim. Bu üzdən biletimi martın 13-nə dəyişdim ki, geri qayıda bilim. Orda olduğum son gündə eşitdim ki, bəzi ştatlarda həyəcan təbili çalınıb, bir çox içtimai-iaşə obyektləri fəaliyyətini dayandırıb, şəhərlər karantinə alınıb. Bizdə olduğu kimi kütləvi tədbirlərə qadağa qoyulub. Ancaq ikigünlük səfərim mənə xoş, daim yaddaşımda qalacaq xatirələr bəxş etdi. İnanın, həmin turnirdə gördüklərim, bəzi insanlarla tanış olmağım, onlarla söhbətimiz bütün yorğunluğumu mənə unutdurdu. Nyu-Yorka uçmaq heç də asan məsələ deyil. 3 saat yarıma İstanbula çatmışam. 4 saat orda Nyu-Yorka uçacaq təyyarəni gözləmişəm. Və 11 saat da ordan ABŞ-a uçmuşam. Az qala 20 saat yollarda olmuşam. Hələ bunun üstünə saat fərqini də gəlin. Bizimlə ora arasında 8 saat fərq var. Bütün bunlar adamın səhhətinə təsir göstərir. Lakin tunirdə gördüklərim o qədər xoşuma gəldi ki, hər şey yaddan çıxdı. Adam, sadəcə, qürur hissi keçirir ki, əfsanəvi futbolçumuzun şərəfinə dünyanın ən hegemon dövlətlərindən biri olan ABŞ-da belə səviyyəli, yaddaqalan turnir təşkil olunur. Fürsətdən istifadə edib turnirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar