18 mar 16:22aktual

“Səbail” hollandı vətəninə yola saldı

“Səbail” hollandı vətəninə yola saldı
Törə Əhmədova: “Rəhbərlik onun işindən razı qalıb”
"Səbail" Futbol Akademiyasının direktoru, hollandiyalı mütəxəssis Yan Yaap Şmaal müqaviləsinin bitməsi ilə əlaqədar klubdan ayırılıb. "Səbail" Yan Yaap Şmaala gələcək karyerasında uğurlar arzulayır, klubdakı səmərəli fəaliyyətinə görə dərin təşəkkürünü bildirir!” – Bayıl təmsilçisinin “feysbuk” səhifəsində ictimaiyyətə çatdırılan xəbərdi.
Əslində təəccüblü heç nə yoxdu. Onsuz da indiyə qədər ölkəmizə Futbol Akademiyalarına direktor qismində təşrif buyuran əcnəbilərin heç biri illərini Azərbaycana həsr etməyib. Bir-iki, uzağı 3 il işləyib gedirlər. Ya bizdəki şərait onları qane etmir, ya AFFA rəsmiləri səhvə yol verdiklərini sonradan anlayırlar, ya da kimlərinsə marağına xidmət edən bu “transferlər” bir müddətdən sonra lazımsıza çevrilir. Qısası, onlardan biri Yaap Şmall da vətəni Hollandiyaya yola düşdü.
Amma niyə ayın-günün bu vaxtı, martın ortasında? Adətən, məşqçi və futbolçularla müqavilələr ya ilin tən yarısında, ya da ilin sonunda başa çatır. Amma xəbərdə hollandın müqavilə müddətinin martda başa çatdığı qeyd olunub. Bu necə olur? Müqavilə hansı müddəti əhatə edirdi ki? Olmaya “qarşılıqlı razılıq əsasında” yazmaq əvəzinə səhvən anlaşmanın başa çatması göstərilib?
Sualı “Səbail”in mətbuat katibi Törə Əhmədovaya ünvanlayanda, cavabı özünü çox gecikdirmədi: “Yan Yaap Şmaalın “Səbail” ilə müqaviləsi 01.04.2019 tarixindən 31.03.2020 tarixinə qədərdi. Bildiyiniz kimi, futbolçuların “transfer pəncərəsi” var və onların dəqiq müddəti olur. Yan texniki işçi olduğundan onun “transfer pəncərəsi”nə heç bir aidiyyatı yoxdu. Koronavirus məsələsinə görə AFFA-nın təşkilatçılığı ilə keçirilən bütün liqalarda oyunlar təxirə salınıb. Və buna görə də Hollandiya ilə sərhədlərin bağlanılması səbəbindən öz ölkəsinə bir neçə gün əvvəldən getməli oldu”.
Deyək ki, bu məqama aydınlıq gəldi. Keçək başqa suala: hollandiyalı mütəxəssis ölkəmizdə olduğu bir ilə yaxın müddətdə “Səbail”ə, yəni klubun akademiyasına nə verdi? Yaxşı mənada hansı izlər qoyub getdi? Hər nə qədər qəribə görünsə də, Törə xanım Yanın fəaliyyəti haqda ağızdolusu danışdı: “Akademiya direktoru işlədiyi müddətdə “Səbail”ə nə verdi? Maraqlı sualdı. Nəticələrə baxsaq, görürük ki, aşağı yaş qruplarından ibarət çempionatlarda iştirak edən komandalarımızdan U-15 4-cü, U-16 5-cı, U-17 9-cu, U-19 3-cü sırada qərarlaşıb ki, bu da yaxşı yerlər hesab olunur. Məncə, akademiya direktorunun işlədiyi müddət üçün bu nəticələr pis deyil. Onun üzə çıxardığı futbolçuların üzərində düzgün işlənilsə, bir-iki ilə əsas komandaya olmasa da, “Səbail-2”yə oyunçu verə biləcəyik. Ümumilikdə rəhbərlik onun işindən razı qalıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar