13 mar 12:11aktual

Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır


“Ümid edirəm ki, “Qarabağ” çempion olacaq və mən medalımı almaq üçün Azərbaycana gələcəm”
Qışda “Qarabağ”ı tərk edib BƏƏ-yə yollanan Riçard Almeydanın yeni komandasındakı işləri pis getmir. Açığı, yığmamızın üzvünün “Baniyas”a öyrəşmək üçün vaxt itirəcəyini düşünür, belə asanlıqla uyğunlaşacağını gözləmirdik. Lakin solaxay yarımmüdafiəçi sanki uzun illərdi ərəb ölkəsində çıxış edirmiş kimi oynayıb qısa zamanda aparıcı fiqura çevrilə bildi. İndi o həm klub rəhbərliyinin, həm əbu-dabili futbolsevərlərin, həm də baş məşqçi Vinfrid Şeferin sevimli oyunçularındandı.
Riçardla çoxdan, hələ “Qarabağ”ı tərk edən gündən danışmaq istəyirdik. Lakin hər dəfə ortaya müxtəlif əngəllər çıxır, səmimi desək, müsahibədən yayınmağı bacarırdı. Danışmaq üçün zamana ehtiyac duyduğunu deyib, gözləməyimizi xahiş edirdi. Nəhayət, onunla danışmaq mümkün oldu. Amma bir şərtlə: “Qarabağ”dan ayrılmaq mövzusunun üstündən keçməliyik.
- İsti BƏƏ-də, yeni komandada özünü necə hiss edirsən?
- Hər şey qaydasındadı, elə bir çətinliyim yoxdu. Özümü olduqca yaxşı hiss edirəm. Düzdü, hava şəraiti ilə bağlı ilk günlər bir az çətinlik vardı. Lakin qısa müddətdə uyğunlaşdım. Oynayıram, komandama kömək etməyə çalışıram.
- “Baniyas”a olduqca tez uyğunlaşdın. Və ilk günlərdən komandanın aparıcı fiquruna çevrildin. Resepti deyə bilərsən?
- İnsanın özündən çox şey asılıdı. Heç nədən qorxmamalı, özünə güvənməlisən. Təbii, belə olmasında getdiyin yerdə sənə olan münasibət də vacib rol oynayır. “Baniyas”dakı ilk gündən komanda yoldaşlarım, məşqçilər heyəti və klubda çalışanlar mənə çox kömək etdilər. Biri məsləhət verir, bir başqası yol göstərir, kimlərsə yanımda olduqlarını göstərirdilər. Məhz bunların nəticəsində hansısa problemlə üzləşmədim. BƏƏ-də özümü olduqca rahat hiss edirəm.
- 2010/11 mövsümündə “Bakı”nı çalışdıran Vinfrid Şefer səni yaxından tanıdığını və güvəndiyini demişdi. Maraqlıdı, sən alman çalışdırıcı haqda nə bilirdin?
- Şefer “Bakı”da işləyəndə mən Azərbaycanda oynamırdım. Ona görə də bura gələnə qədər şəxsi tanışlığım yox idi. Sadəcə, Azərbaycanda çalışdığını eşitmişdim. Haqqımda məlumatlı olması normaldı. Kluba futbolçu təklif olunursa, baş məşqçi onu tanımağa çalışır, oyunlarına baxır. Deyərdim ki, çox yaxşı məşqçidi. Yeri gələndə tələbkar olur, yeri gələndə zarafat etməyi bacarır. Bizimlə bir növ dost kimidi. Şəxsi söhbətimizdə mənə “Bakı”da çalışdığını dedi, Azərbaycanı və Bakını təriflədi, darıxdığını söylədi.
- Komanda yoldaşların Azərbaycan futbolu haqda sual verir, maraqlanırlar?
- Düzünü desəm, “Baniyas”dakı futbolçuların Azərbaycan futbolu haqda bildikləri əsasən “Qarabağ”ın avrokuboklardakı nəticələri ilə bağlıdı. Xüsusən də Çempionlar Liqasının qrupunda çıxış etməyimizin yaxşı reklam olduğunu hiss edirəm. Yeni gəldiyim vaxtlarda komandanın inkişafı və görülən işlər barədə soruşurdular.
- “Qarabağ”ın oyunlarını izləmək imkanın olur? Nəticələrlə maraqlanırsan?
- Düzünü deyim? “Qarabağ”ın bir oyununu da buraxmıram (gülür). Bacardığım qədər oyunları internet üzərindən izləməyə çalışıram. Hətta bu baş vermədikdə belə, nəticələri diqqətdə saxlayıram. Sevinirəm ki, “Qarabağ” liderdi, “Neftçi”dən 8 xal öndədi. Sabah BƏƏ-də yox, başqa yerdə olsam belə, “Qarabağ” mənim üçün ailəm olaraq qalacaq. Mən orda çox şey öyrənmişəm. Buna görə məşqçilərimə, komanda yoldaşlarıma və klubda çalışan dostlarıma təşəkkür edirəm. “Qarabağ” təkcə klub deyil, ora həm də futbol məktəbidi, bilmədiklərini öyrənirsən.
- Belə başa düşdüm ki, sabiq komandanın hazırkı durumu ürəyincədi.
- “Qarabağ”da heç nə dəyişməyib. Həmin komandadı, həmin oyundu. Qurban Qurbanov ordadısa, futbolçu dəyişiklikləri ilə ciddi mənada heç nə baş verməyəcək. Qış fasiləsindən sonrakı oyunlar, vurulan qolların sayı və turnir cədvəlindəki vəziyyət komandanın hazırkı durumunu göstərir. Baxarsız, bu cür də davam edəcək.
- Səmimi de, “Qarabağ” və Azərbaycan üçün darıxırsan?
- Bu sual bir az gözlənilməz oldu. Adətən, jurnalistlər futbolçuya cavabını bilmədiyi sualları verirlər (gülür). Əlbəttə, darıxıram. Az öncə dediyim kimi, ora mənim ailəmdi, bir insanın ailəsi üçün darıxmaması isə mümkünsüzdü. Ordakı dostlarım üçün darıxıram. “Qarabağ”da xoş günlərim olub, uğurlu nəticələrə imza atmışıq. Üstəlik, hamıyla qardaş olmuşam. Həmçinin Bakıdakı günləri də xatırladıqca darıxıram.
- Kimlərlə əlaqə saxlayırsan?
- Hamı ilə, futbolçularla və məşqçilərlə. “Qarabağ”dan ayrılmağım o demək deyil ki, əlaqəmi kəsmişəm. Yenə yeni münasibətdi, sadəcə, bir-birimizdən uzaq düşmüşük. Ümid edirəm ki, “Qarabağ” çempion olacaq və mən medalımı almaq üçün Azərbaycana gedəcəm.
- Martın sonunda yığma üzvləri təlim-məşq toplanışında bir araya gələcək, milli yoldaşlıq görüşləri keçirəcək. Gələcəksən?
- Bu tək məndən asılı olan məsələ deyil. Gərək dəvət olsun ki, gedim. Çağırsalar, istənilən vaxt milliyə kömək etməyə hazıram.
- Və son günlərin aktual mövzusu. Yığmanın “sükan”ı boş qalıb deyə, yeni baş məşqçinin kimliyi ilə bağlı müzakirələr davam edir. Namizədlərdən biri də Rəşad Sadıqovdu...
- Rəşadın xətrini sözlə ifadə edə bilməyəcəyim qədər çox istəyirəm. Peşəkar və möcüzəvi adamdı. Düzdü, qərarı biz yox, AFFA rəhbərliyi verir. Amma bir futbolçu kimi bu mövzuda fikrimi soruşsalar, Rəşadın yığmanın baş məşqçisi olmasına “hə” deyərəm. Futbolu dərindən bilir, futbolçuların psixologiyasına bələddi və ən əsası, azərbaycanlı oyunçuları yaxından tanıyır. Məncə, baş məşqçi kimi yığmada uğur qazana bilər. Sadəcə, güvənmək və bir az vaxt vermək lazımdı. Ümid edirəm ki, rəhbərlik Sadıqova şans verəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar