06 mar 11:55aktual

AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi

AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi
Peşəkar liqalar nəzərdə tutulan qrafik üzrə keçiriləcək
Bütün dünyanı qorxuya salan koronavirus Azərbaycanın həyatına da təsir göstərir. Artıq ali təhsil müəssisələri, məktəblər və baxçalar bağlanıb. Məlum virus futbolumuzdan da yan keçməyib. Hərçənd futbolumuzdakı “virusların” yanında “korona” toya-bayrama getməlidi. Bu dəqiqə Azərbayca futbolunda elə viruslar var ki, ilk növbədə onları təmizləmək lazımdı. İndiki xəstəliyin çarəsi var. Mütəxəssislər bildirir ki, sözügedən virus havaların qızması ilə yox olub gedəcək. Yəni çox da haray-həşir salmaq lazım deyil. Biz illərdi qalıcı olan virusları təmizləməliyik. Hansı ki, illərdi çempionatı, azarkeşləri, köklü bölgə komandalarını yedi bitirdi. Üstəlik, ona yay-qış fərq eləmir. Bütün fəsillərdə öz işini sürətlə görür. Ancaq nə edəsən ki, hələlik bu virusa çarə tapılmır. AFFA isə koronavirusdan ehtiyatlanaraq, aşağı yaş qrupları üzrə liqaları təxirə salıb. Bununla bağlı iki gün öncə qurumun rəsmi saytında belə xəbər yayılıb: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektliliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin martın 3-dən 9-dək (ilk tədris günü martın 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb) və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku"nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb”.
Məsələ ilə bağlı liqaların təşkilatçılığına cavabdeh olan Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəy eyni zamanda Region Liqasına da cavabdehlik daşıyır. Ondan aşağı yaş qrupları üzrə keçirilən liqalarının oyunlarının təxirə salınmasına və Region Liqasında belə ehtimalın olub-olmadığına dair reaksiya öyrəndik: “Uşaq liqaları təxirə salınıb. Ölkədə məktəblər və baxçalar bu səbəbdən tətilə çıxıb. Ona görə biz də belə bir qərar vermişik. Çünki liqada oynayan uşaqlar həmin məktəblərin şagirdləridi. Ancaq Region Liqasında hələlik belə bir şey yoxdu. Hər şey öncədən təyin olunan təqvim əsasında davam edir. Bir yenilik olsa, açıqlama veriləcək”.
Premyer-liqada mübarizə aparan əksər klublar da aşağı yaş qruplarının məşqlərini ləğv edib. Bəs görəsən, bu dalğa elita və divizionu da “vuracaqmı”? PFL-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevi dinləyək: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında ölkə ərazisində keçirilən kütləvi idman tədbirlərinin təxirə salınması ilə bağlı hər hansı bir qərar yoxdu. Odu ki, premyer-liqanın, 1-ci divizionun və ölkə kubokunun oyunları nəzərdə tutulan şəkildə davam edəcək. Məsələ ilə bağlı iclas keçirdik və digər ölkələrdən də nümunə götürdük. Məsələn, koronavirusun geniş yayıldığı İtaliyada, sadəcə, bəzi oyunlar təxirə salınır. Qonşu ölkələrdə isə çempionat öz axarı ilə davam edir. İndiki məqamda oyunların təxirə salınması gündəmdə deyil. Qarşılaşmaların keçirilməsi ilə bağlı hansısa problem yaranarsa (ezamiyyət, tibbi, təhlükəsizlik), komandaların fərdi müraciəti olarsa, bu məsələyə baxıla bilər”.
Mövzuya baş vurmuşkən, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla da əlaqə saxladıq: “AFFA aşağı yaş qruplarına aid liqaların oyunlarının martın 10-na qədər təxirə salınmasına göstəriş verib. Amma böyüklər arasında yarışlar - premyer-liqa, 1-ci divizion və Region Liqası davam edir. Futzal üzrə ölkə çempionatının yüksək, birinci və ikinci liqalarında da oyunlar təqvimə uyğun şəkildə davam etdirilir. Təbii ki, oyunların keçirildiyi zalda profilaktik tədbirlərin görülməsi üçün “Olimpik Star” rəhbərliyinə müraciət olunub və artıq paltardəyişmə otaqlarında, həmçinin oyun zalında dezinfeksiya işləri aparılır. Bu günə olan məlumat belədi. Növbəti günlərdə federasiya rəhbərliyi oyunların təxirə salınması ilə bağlı göstəriş versə, bunu ictimaiyyətə açıqlayacağıq”.
Futbolla bağlı daha bir təxirəsalma xəbəri var. Belə ki, PFL MOİK-in müraciətini nəzərə alaraq, bu komandanın martın 6-da səfərdə “Turan Tovuz”la keçirməli olduğu oyunu təxirə salıb. Belə ki, müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti dayandırılıb. Nəhayət, ölkəmizin U-19 yığmasının bu ay Macarıstanda keçirilməli olan təlim-məşq toplanışı, çox güman, ləğv olunacaq.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar