14 apr 16:53aktual

Zaur Axundovla Elxan Məmmədovun fikirləri haçalandı

Zaur Axundovla Elxan Məmmədovun fikirləri haçalandı
Biro Jadenin gələcəyi qaranlıq görünür

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinə yekun vurulsa da, Bakı İdman Sarayındakı yarış hər kəsdə ikili suallar yaratdı. Bir yandan yığmamız final mərhələsinə yüksəldi və özü də bunu maksimum nəticə ilə reallaşdırdısa, digər tərəfdən inamsız oyun “divlərin yarışı” üçün ümid vermədi. Bu komanda ilə gələn ilin yanvarında nəyə nail ola bilərik? İspaniya, Rusiya, İtaliya, Portuqaliya kimi futzal ölkələrinin olduğu yarışda hədəf maksimum nə ola bilər? Biro Jadeyə güvənib onu postunda saxlamaq lazımdımı? Ümumiyyətlə, problem yalnız baş məşqçiylə bağlıdı? Suallar çoxdu! Amma vaxt da kifayət qədərdi, yüz ölçüb bir biçmək üçün yetəcək qədər zamanımız var…

Nəticə var, oyun yox!
Əksəriyyət bu fikirdədi ki, yığma “doğma divarlar” arasında çıxış etməsinə rəğmən, inamlı görünmədi və parlaq oyun sərgiləyə bilmədi. Problem heyətlə bağlıdısa, bu, Kolumbiyada gözlədiyimizdən da yaxşı nəticə göstərən komandadı. Amma gəlin yada salaq, milli DÇ-də qüsursuz idimi? Xeyr, bəlkə indikindən də problemli vəziyyət müşahidə olunurdu. Komanda yenidən formalaşdırılmış, Rizvan Fərzəliyev səfərə zədəli yollanmış, üstəlik, Portuqaliya ilə son oyuna cəzalı futzalçılarsız çıxmışdı. Bununla belə, nəticə qənaətbəxş sayıldı. Çünki Miltinyo nəticə qazanmağı bacaran həmyerlilərini yığmamıza gətirmişdi. Yenə həminki heyətdi. Faktdı ki, bu komanda AÇ-də də ən çətin durumda belə nəticəni xeyrinə dəyişə bildi. Hər üç oyunda ilk yarını minimal üstünlüklə başa vuran, Bosniya və Hersoqovina və Macarıstanla görüşlərdə isə hətta hesabda geri düşən komanda xarakter göstərməyi bacarır. Düzdü, Vassura müdafiə oluna bilmir, Bonilya ələ düşən fürsətlərin əksəriyyətini boşa verir, Fineo yalnız texnikasına güvənir və s. Amma gəlin dəqiqləşdirək: bizə nəticə lazımdı, yoxsa oyun?

Alesio etalonu
Görünən odu ki, indiki məqamda “əylənmək” istəyənlər çoxluq təşkil edir. Bu da normaldı: milli evdə baxımlı oyuna üstünlük verməliydi. Biro Jade daha çox müdafiə planlı məşqçidi. Baxmayaraq ki, özü yaradıcı futzalçı, millimizin “düşünən beyini” olub. Ancaq gənc mütəxəssisin üslübu “ehtiyatlı start və müdafiədən qurulan hücum”a xidmət edir. O, yetirmələrinin kor-koranə irəli atılmasını istəmir. Hərçənd yetirmələri müdafiədə tam etibarlı deyil və buraxılan səhvlər bağışlanmazdı. Ancaq 3 oyunda 5 top buraxılması futzal üçün normaldı. Bu yerdə qrup qalibləri və pley-offa adlayan komandalardan, başqa sözlə, 15 iştirakçıdan 7-nin yığmamızla müqayisədə az qol buraxdığını qeyd edək. Nəzərə alaq ki, 5 qoldan 4-ü açılış oyununa təsadüf edib və baş məşqçi də, futzalçılar da bunu start həyəcanı ilə əlaqələndiriblər.
Zövqlərə görə ittiham ediriksə, belə çıxır, problem heyətdə yox, baş məşqçidədi. Bəlkə də Joze Alesio da Silvanın dəst-xətti onun xələflərini çətin vəziyyətdə qoyub. Çünki Biro Jadeni qoyaq bir kənara, Tino Peres və Miltinyo dünyada tanınmış, hətta Alesiodan da adlı-sanlı mütəxəssislərdi. Amma göründüyü kimi, heç biri özünü azərbaycanlı futzalsevərlərə sevdirə bilmədi.

Haçalanan fikirlər
Son açıqlamasından hiss olunur ki, Zaur Axundovun yenə Alesioya “quşu qonub”. İşin maraqlı cəhəti odu ki, futzal təsərrüfatının başçısı ilə AFFA-nın baş katibi Elxan Məmmədovun fikirləri bir-birini döyür. Axundov Biroya tam güvənmədiyini açıq-aşkar hiss etdirir: “Biro futzalçı kimi çox peşəkar idi. O, Azərbaycanda oynayanda millinin əsas üzvlərindən biri idi. Amma baş məşqçi başqa səviyyədi. Yaxşı baş məşqçi olmaq üçün təcrübə lazımdı, illər keçməlidi. Biroda bu çatışmır. Miltinyo problemlərə görə getdi. Məcbur qalıb köməkçisi Bironu baş məşqçi qoyduq. Bunu sınaq kimi etdik. İstəsə, yenə Azərbaycanda qalacaq. Amma millinin baş məşqçi məsələsinə mayda yenə qayıdacağıq. Sloveniyada baş məşqçi postunda hansı mütəxəssis olur-olsun, bizə nəticə lazımdı. Alesio variantı var. Bir-iki ispan məşqçi də var ki, bu gün də onlar gündəmdədi. Baş məşqçi məsələsi mənim səlahiyyətimdədi. Alesio səhvini başa düşüb. Bizə məktublar yazdı, üzr istədi, Serbiyada gördüşdük, danışdıq. Hər şey ola bilər”.
“Baş məşqçi məsələsi mənim səlahiyyətimdədi” deyən Axundov, çox güman, həm də AFFA İcraiyyə Komitəsinin üzvü olmasını yada salır. Çünki millilərin baş məşqçisini təsdiqləmək səlahiyyəti məhz İK-ya aiddi. Necə ki Elxan Məmmədov belə deyir: “Çox güman, Biro Jade ilə əməkdaşlıq final mərhələsində də davam edəcək. Millimiz onun rəhbərliyi altında çox yaxşı nəticə göstərdi, gözəl oyunlar nümayiş etdirdi. Düşünürəm ki. Biro Jade komandanın heyəti ilə çox yaxşı münasibət qurdu. O əsl komanda ruhu formalaşdıra bildi. Yəqin ki, AFFA İcraiyyə Komitəsi onunla müqavilənin uzadılmasına müsbət baxacaq”.
Məsələ burasındadı ki, İcraiyyə Komitəsinin digər üzvü Mahir Məmmədov da baş katiblə eyni fikirdədi.

Xəyal başqa, məntiq başqa
Biro Jade postunda qalmalıdı, yoxsa millini AÇ-nin finalına daha təcrübəli mütəxəssis aparmalıdı? Qəzetimizin mövqeyi odu ki, baş məşqçi dəyişikliyinə ehtiyac yoxdu. Futzal Federasiyası nəticə qazanan çalışdırıcını postundan uzaqlaşdırmaqla gülünc addım atmış olar, qınaq hədəfinə çevrilər. Başa düşürük, Futzal Federasiyasının prezidenti Zaur Axundov iddialı insandı və baş məşqçi postuna güvəndiyi birini gətirmək, ciddi nəticə qazanmaq istəyir. Amma o, həmişəki kimi, bu dəfə də hissləriylə hərəkət edir. Məntiq isə başqa həqiqəti car çəkir: AÇ-nin mükafatçısı olmaq istəyən ölkənin güclü çempionatı, məqsədyönlü futzal təsərrüfatı, məqsədi, məramı olmalıdı. Bizdə isə bir “Araz” var, bir də hər il onu çempionluq münasibətiylə təbrik edən “Neftçi”ylə “Ekol”. O birilərə heç bu da qismət olmur, çoxu “birgünlük güllər” kimidi, yəni bu gün var, sabah yoxdu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar