04 mar 10:01aktual

Bordin peşman deyil

Bordin peşman deyil
“Azərbaycanda heç bir komanda avrokuboklarda Rusiya klubunu keçməmişdi”
Roberto Bordin Moldova mətbuatına müsahibə verib. "Neftçi"nin sabiq baş məşqçisi "Şerif"i Bakı klubuna dəyişdiyinə görə peşman olmadığını söyləyib: "Heç vaxt peşman olmamalısan. "Neftçi"də də yaxşı anlarım oldu. Avropa Liqasında iki dəfə Tula "Arsenal"ını məğlub etdik, hətta evdə 3:0 hesablı darmadağınla. Azərbaycanda heç bir komanda avrokuboklarda Rusiya klubunu keçməmişdi, ancaq buna müvəffəq olduq. Moldovadakı işimə gəlincə, düşünürəm ki, "Şerif" mənə çox şey verdiyi kimi, mən də "Şerif"ə çox şey verdim. Belə bir komandaya dəvət olunduğum üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Həyatda hər şey mümkündü. "Şerif"lə münaqişəm yox idi. Həqiqətən də İtaliyada həll edilməli olan bəzi məsələlər var idi. Bunlar doğrudan da ailəylə bağlı idi. Bunları bir aya həll edə bildik, bundan sonra ölkədə qalmağım artıq vacib deyildi. Bu müddətdə "Şerif"lə müqaviləmin müddəti artıq başa çatdı, sərbəst idim və aldığım bütün təklifləri nəzərdən keçirirdim. Ən çox "Neftçi" variantı xoşuma gəldi. Onu qəbul etmək və Moldovada "Şerif" kimi böyük bir klubu tərk etmək qərarına gəldim".
55 yaşlı mütəxəssis rəhbərliyi altında çıxış etmiş Moldova millisinin müdafiəçisi Petru Rakunun "Neftçi"də karyerasının alınmamasına belə şərh verib: "Raku kimi futbolçu istənilən məşqçi üçün tapıntıdı, istənilən işə həmişə ciddi yanaşan əsl peşəkardı. "Şerif"də mənə çox kömək etdi və hər şey üçün ona minnətdaram. Yalnız yaxşı futbolçu yox, həm də həmişə köməyə gələn bir insandı, hər vəziyyətdə ona güvənə bilərsən. Xahiş etdiyim zaman dayaq yarımmüdafiəçisi kimi də çıxış edirdi, mərkəz müdafiəçisi kimi də, sağ cinah müdafiəçisi kimi də. İnsani keyfiyyətlərini də bilərək bizim rəhbərliyi onu "Neftçi"yə yarım illiyə gətirməyə inandıra bildiyim üçün sevindim. Müqaviləsi 6 aylıq idi və rəhbərlik uzatmamağı qərara aldı. Onu izləməkdə davam edirəm. Bilirəm ki, sonra Rumıniaya yollandı, indi isə Moldovaya qayıdıb, yalnız başqa kluba".
Bordin 2017-ci ilin yayında "Şerif"in baş məşqçisi kimi Çempionlar Liqasında "Qarabağ"ı keçə bilməmələrinin səbəblərindən də danışıb: "Bəxtimizə avrokuboklarda təcrübəsi olan çox yaxşı bir klub düşdü. Yadınızdadı, onda Çempionlar Liqasının qrup mərhələsinə kimi yüksəldilər. İlk görüşdə uduzmasaq, qol buraxmasaq da, bizim üçün çox çətin idi. Düzünü deyim, onda bu heç-heçəni qazanmaq üçün çox çalışmalı olduq. Evdə “Qarabağ” heç-heçədən daha çox qələbəyə yaxın idi. İkinci oyunda iki yaxşı qol imkanımız oldu. Kim bilir, onlardan istifadə etsəydik, onda hər şey tam fərqli ola bilərdi. Həmin vaxt rəqib açılacaqdı və onu əks-hücumlarda tuta bilərdik. Lakin bunun əvəzinə ilk yarının sonunda kobud səhvə yol verərək qol buraxdıq. Sonda nə baş verdiyi məlumdu".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar