28 fev 11:26aktual

Abdulla Məmmədov yenidən prezident seçildi

Abdulla Məmmədov yenidən prezident seçildi
Füzuli Nəcəfov: “Biz hansı icra başçısı ilə görüşürüksə, iki aydan sonra həbs olunduğunu eşidirik”
Srağagün Sumqayıtdakı “Kapital Bank Arena”nın konfrans salonunda Şimal Regional Futbol Federasiyasının (ŞRFF) növbəti Hesabat Konfransı keçirildi. Konfransa 45 qonaq dəvət olunmuşdu ki, onlardan yalnız biri üzürlü səbəbdən tədbirə qatıla bilməmişdi. Səsvermə hüququ olan 15 nəfərdən də biri konfransda iştirak etmirdi. Səhər saat 11-də başlayan iclasda rəsmi qonaq qismində AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov, Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı mütəxəssisi Əliniyaz Mirzəyev də iştirak edirdi.
Konfransı Regional Futbol Federasiyaları İctimai Birliyinin baş katibi Füzuli Nəcəfov açaraq tədbir iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bundan sonra geridə qalan 5 ildə görülən işlərlə bağlı danışmaq üçün söz ŞRFF-nin prezidenti Abdulla Məmmədova verildi. Abdulla bəy təxminən 10 dəqiqə çəkən hesabat çıxışında Şimal zonasında görülən işlər, təşkil olunan turnirlər haqda ətraflı danışmaqla yanaşı, bəzi çatışmazlıqların olduğunu vurğuladı. ŞRFF prezidenti çıxışını başa vurandan sonra onun 5 illik fəaliyyətinin qənaətbəxş olub-olmaması səsə qoyuldu. 14 səslə Məmmədovun prezidentlik dönəmi qənaətbəxş sayıldı. Ardınca növbəti 5 il üçün ŞRFF-ya rəhbərlik edəcək şəxsin seçkisi keçirildi. Abdulla bəyin alternativi olmadığındn o yekdilliklə yenidən ferasiyaya rəhbər seçildi.
Seçki başa çatandan sonra Füzuli bəy konfrans iştirakçılarına müraciət edərək kimin əlavə təklifinin olduğunu soruşdu. Sumqayıt şəhər İxtisaslaşdırılmış Olimpiya Uşaq-Gənclər İdman Məktəbinin direktoru Baba Əsgərov söz alaraq, uşaq futbolunda yaşanan problemlərdən söz açdı: “Şimal zonasında xeyli sayda idman məktəbi var ki, onların da komandaları AFFA-nın təşkil etdiyi çempionatlarda çıxış edirlər. Ancaq uşaq 15 yaşa çatanda artıq futboldan uzaq düşür. Niyə? Ona görə ki, idman məktəblərinin maddi imkanı U-15-dən yuxarı liqada çıxış etməyə imkan vermir. Oyunlar ev-səfər prinsipi ilə keçirildiyindən idman məktəblərinin bu xərcləri qarşılamağa gücü çatmır. Və belədə çox sayda istedadlı uşağı itirmiş oluruq. Təklif edirəm ki, Şimal zonasında fəaliyyət göstərən idman məktəblərindən yığma formlaşsın və həmin komanda ŞRFF-nin hesabına U-16, U-17 liqasında çıxışını davam etdirsin. Əks halda neçə-neçə perspektiv vəd edən gənc və yeniyetmə itib-batacaq”.
Veteran futbolçu Daşqın Alıyev məşqçilərin kateqoriya alması üçün regional federasiyalara əlavə imtiyazların verilməsinin vacibliyini qeyd etdi: “Yaxşı olardı ki, bütün regional federsiyalara, o cümlədən ŞRFF-yə kateqoriyası olmayan məşqçiləri oxutmaq üçün müəyyən sayda yer ayrılaydı. Demirəm ki, regional federasiyaların sayəsində məşqçilər A və ya PRO kateqoriyalı kurslara qatılsınlar. Hamı yaxşı bilir ki, bunun üçün yüksək ödəniş tələb olunur. Ancaq heç olmasa, C və B kateqoriyası almaq istəyən, ancaq maddi imkanı olmayan gənc mütəxəssislər üçün müəyyən güzəştlər tətbiq olunsun. Məsələn, ŞRFF-nin xətti ilə ildə iki gənc pulsuz olaraq C, ikisi isə B kurslarında iştirak etsin. Belədə həm Şimal zonası qazanar, həm də ölkədə ixtisaslı məşqçilərin sayı artar”.
Əsgərovla Alıyevin təklifləri konfrans iştirakçıları tərəfindən xoş qarşılandı və AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev qeydlər apararaq, bunu nəzərə alacaqlarını bildirdi. Və yenidən söz köhnə-yeni prezident Abdulla bəyə verildi. O ŞRFF-nin İdarə Heyətinin üzvləri ilə iştirakçıları tanış etdi. Əsl həngamə də bundan sonra başladı. Məmmədovun 4 nəfərlik siyahısında ancaq sumqayıtlıların yer almasını bölgələrdən gələn tədbir iştirakçıları xoş qarşılamadı. Bu yöndə xüsusilə Qusar “Şahdağ”ının baş məşqçisi Kamran Əlibabayev seçilirdi. Kamran bəy söz alaraq İdarə Heyətinn tərkibi ilə bağlı narazılığını bildirdi: “Abdulla müəllim, söz özünüz də daxil olmaqla İdarə Heyətində 5 nəfər yer alıb ki, onların da hamısı sumqayıtlıdı. Bəs ŞRFF-yə daxil olan rayonların nümayəndələri niyə orda yoxdu? Bəyəm şimal zonası təkcə Sumqayıt şəhərindən ibarətdi? Federasiyaya Şamaxı, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Quba kimi rayonlar daxildi. Biz bölgələri daha yaxından tanıyırıq, ordakı problemləri hamıdan yaxşı bilirik. Çox istərdim ki, İdarə Heyətində adını çəkdiyim rayonların da futbol ictimaiyyətinin təmsilçiləri olsun. Xahiş edirəm, bu məsələyə yenidən baxılsın”.
Əlibabayevin təklifi tədbir iştirakçıları tərəfindən xoş qarşılandı. Hətta İsgəndər Cavadov da Kamran bəyin haqlı olduğunu bildirdi. Qərara alındı ki, İdarə Heyətinin üzvlərinin sayı 5-dən 7-yə artırılsın və yeni üzvlərin namizədliyi irəli sürülsün. İsgəndər bəyin namizədi Əlibabayev oldusa, Sabir Əliyevin təklifi ilə sabiq hakim, Hakimlər Komitəısinin apardığı son islahatlara kimi çempionat oyunlarına hakim-inspektor kimi təyinat alan Akif Əliyev Qubanın nümayəndəsi kimi İdarə Heyətinin üzvü seçildilər.
Tədbirin sonunda çıxış edən Cavadov bölgələrdə futbolun inkişafı naminə yeni addımlar atılacağını vurğuladı: “İki zona var ki, orda təşkil olunan iclaslarda əsl futbol ab-havasını duymaq mümkündü. Onlardan biri Qərb bölgəsidisə, ikincisi Şimaldı. Orda da hər dəfə görüşlərimiz demokratik mühitdə, açıq diskussiyalar şəraitində keçir. Bu da adını çəkdiyim bölgələrdə futbola olan maraqdan irəli gəlir. Öncə Abdulla Məmmədovu yenidən ŞRFF-yə prezident seçilməsi münasibəti ilə təbrik edirəm. İnanıram ki, bundan sonra işini daha da yüksək səviyyədə quracaq. Bu yolda ona müvəffəqiyyətlər arzulayıram. Ölkə futbolunda bu gün problemlərin olduğu heç kimə sirr deyil. Ancaq bir yerdə həmin çatışmazlıqları aradan qldırmalıyıq. AFFA prezidenti Rövnəq Abdullayevlə son görüşümüzdə bölgələrlə bağlı söhbətimiz oldu. O da AFFA prezidenti kimi rayonlarda futbolun inkişafında maraqlıdı. Həmin görüşdə onu da bildirdi ki, yaxın vaxtlarda bölgə futbolunun inkişafı üçün əlavə vəsait ayırmağı planlaşdırır. Ancaq bu o demək deyil ki, hamı bu gün əlini yanına salıb pulun gələcəyi günü gözləməlidi. Məşqçilər də çalışmalıdı ki, rayonlarda istedadlı uşaqları üzə çıxarsınlar, onları yetişdirib böyük klublara versinlər”.
Regional Futbol Federasiyaları İctimai Birliyinin preizdenti çıxışını başa vurar-vurmaz Region Liqasında çıxış edən “Xudat”ın nümayəndəsi Xaşmazın icra başçısı ilə dəfələrlə görüşmək istədiklərini, ancaq qəbuluna düşə bilmədiklərini bildirdi. Və bu yöndə İsgəndər bəydən kömək istədi. Həmin an Füzuli bəyin “biz hansı icra başçısı ilə görüşürüksə, iki aydan sonra həbs olunduğunu eşidirik” atmacası zaldakıların gülüşünə səbəb oldu. Cavadov yaxın vaxtlarda şimal rayonlarına səfər edəcəyini, Qusar və Xaçmazın icra başçısları ilə görüşəcəyini söylədi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar