26 fev 11:31aktual

Nurlan Novruzov premyer-liqanın gerilədiyini düşünür


“Gənc yaşda gələn şan-şöhrətin, pulun da bunda “pay”ı var”
Yığmamızın sabiq üzvü Nurlan Novruzov karyerasını Estoniyada davam etdirəcək. O, bu ölkənin “Trans Narva” komandası ilə razılığa gəlib. Novruzov yeni komandası ilə birillik müqavilə bağlayıb. Vaxtilə “Bakı”nın heyətində çempionluq sevinci yaşayan, premyer-liqanın bombardiri olan Nurlan Moldovanın “Dinamo-Avto” klubunda çıxış edirdi. 26 yaşlı futbolçu ilə yeni klubuna keçidi və gələcək karyerasıyla bağlı danışdıq. Söhbət zamanı onun çempionatımızda çıxış etdiyi dönəmləri də xatırladıq.
- Əvvəlcə yeni klubun barədə təəssüratını alaq.
- Açığı, bu kluba keçidim gözlənilməz oldu. Baş məşqçi iki-üç oyunumu izləyib və məni bəyənib. Sonra da menecer vasitəsilə mənə təklif göndərildi. Burda Erkin İbrahimovun da əməyi var. Köhnə komandamla buranı müqayisə etməli olsam, Estoniyada şərait daha yaxşıdı. Üstəlik maliyyə cəhətdən də bura sərf edir. Mənim üçün sevindirici amil odu ki, baş məşqçi şəxsən məni bəyənib istəyib. İlk dəfə belə bir hal olurdu. Çünki məşqçinin özünün bəyənməsi fərqlidi.
- Bir müddətdi karyeranı ölkə xaricində davam etdirirsən. Bizim çempionatla müqayisə etsən, nə kimi fərqlər var?
- Artıq iki ildi xaricdəyəm. Burda futbolçuya münasibət çox fərqlidi. Küçədə, komandada, rəhbərlikdə, məşqçilər heyətində hər kəs səninlə xüsusi maraqlanır. Oyunçuya çox dəyər verirlər. Klub prezidenti səninlə elə danışır ki, heç rəhbər olduğunu deməzsən. Məşqçi meydanda səndən çox şey tələb edir. Ancaq başqa vaxt sanki səninlə dostdu. Çox fərqli sistem qurublar. Futbolçuya dəyər verirlər. Klub prezidenti səninlə elə danışır ki, özünə qəribə gəlir. Təbii ki, sənə dəyər veriləndə meydandakı işin də fərqli olur. Bizimlə bura arasında böyük fərq budu. Oyun baxımından çempionatımız zəif deyil.
- Azərbaycan klublarından təklif var idi?
- Bir komanda ilə danışığımız oldu. O zaman “Dinamo-Avto” ilə müqaviləm davam edirdi. Açığı, özüm də ölkə xaricinə getmək istəyirdim. Çünki burdakı münasibətə heyran olmuşdum. Bu üzdən də alınmadı. Həm də mənim üçün kəmarda oynamaq daha yaxşıdı. Bu il 27 yaşım olacaq. Avropa ölkəsində olmağın yaxşı tərəfi odu ki, bəlkə daha yaxşı yerlərə getdin. Mən futbolda ancaq qarşıma qoyduğum hədəflər uğrunda mübarizə aparmışam. Mənim üçün futbol maaşdan ibarət deyil. Hazırda bizdə çox problemlər var. Ona görə də ölkə xarici mənim üçün daha uyğun idi.
- Premyer-liqamızda oynadığın vaxtla indiki arasında nə kimi fərqlər var?
- Mən 16 yaşımda milliyə dəvət almışdım. O zaman hər şey çox fərqli idi. Adi “Karvan”la səfər oyunlarına gedəndə azarkeşlər nə qədər olurdu. “Xəzər Lənkəran”, “Kəpəz”, “Turan Tovuz” - bu səfərlər də çox fərqli olurdu. Çempionatın səviyyəsi çox fərqli idi. İndiki kimi deyildi. Çünki vaxt keçdikcə bölgə təmsilçiləri yoxa çıxdı. Hazırda bir tək “Qəbələ” var. Onlar da məşqlərini Bakıda keçirlər. Çempionatda səfər ab-havası yoxdu. 2015-16-cı ildən sonra premyer-liqa geriyə getdi. İndi “Qarabağ”a rəqib yoxdu. Əvvəlki illər çempionluğa 4-5 komanda oynayırdı. İndi isə “Qarabağ”la yanaşı, çempionluğa yalnız “Neftçi” oynaya bilir. “Zirə” – “Qarabağ” matçını izlədim. “Zirə”nin darmadağın olması heç də onların zəif olması demək deyil. Sadəcə, “Qarabağ” bu gün istədiyi komandaya 5-6 qol da vurar, bir qol da. Çempionatımız zəif deyil. Bizdə də ağır oyunlar olur. Ancaq səviyyə çox aşağı düşüb. Bəlkə də bölgə komandaları qayıtsa, yenidən həmin gücü bərpa etmək olar. Komandalar nə qədər çox olarsa, milli üçün oyunçu seçimi də geniş olar. Fikir verin, çempionatın hələ yarısı keçsə də, artıq digər komandaların hədəfi avrokubokdu. Çünki çempion bəllidi.
- Karyeran çox yaxşı başlamışdı. “Bakı”nın heyətində çempion, bombardir oldun. Ancaq sonra bunun davamı gəlmədi. Mane olan nə idi?
-“Bakı” ilə çempionata çox yaxşı başlamışdım. Daha sonra “Sumqayıt”a, “Zirə”yə getdim. Bir az zədələr mane oldu, bir az da mənim səhvlərim. Davamını gətirə bilməmişəmsə, deməli, günah özümdədi. Açığı, gənc yaşda gələn şan-şöhrətin, pulun da bunda “pay”ı var. Ancaq artıq bunlar geridə qalıb. Keçmişdən dərs alıb, irəli baxmaq lazımdı. Hədəflərim davam edir.
- Hazırda xaricdə oynayan futbolçularımızın sayıl lap azdı. Səncə, niyə bizimkiləri istəyən yoxdu?
- Bir çox səbəb var. Məsələn, mən Moldovada bir kluba transfer olunmaq üzrəydim. Mənimlə yanaşı, braziliyalı bir futbolçu da var idi. Baş məşqçiyə hər ikimizin videosunu təqdim etmişdilər. O da braziliyalını seçmişdi. Sonradan məlum oldu ki, azərbaycanlı olduğuma görə mənin videomu heç izləməyib. Bəlkə də Azərbaycanın futboldakı reytinqi aşağı olduğu üçün belə bir qərar verib. İnanın ki, bizim futbolçuların da əksəriyyəti kənarda oynaya bilər. Amma darıxmasalar (gülür). Mənim də başıma gəlib. Özü də Türkiyədə. Orda belə darıxırdım. Ancaq qarşıma məqsəd qoymuşdum. Təsəvvür edin ki, mən premyer-liqadan ora həvəskar liqaya getdim. Təbii ki, hədəfim gedib o liqada oynamaq deyildi. Sadəcə, burdan çıxmaq istəyirdim. Elə bilirdim ki, Azərbaycandan çıxsam, hər şey yaxşı olacaq. Mən də bilirdim ki, getdiyim çempionat çox zəifdi. Hətta həmin komanda oyunlara çıxanda futbolçular mənə “abi, sənin burda nə işin var” deyirdilər. Sadəcə, cəsarətli olub xaricə getmək lazımdı.
- Yenidən milliyə dəvət ala biləcəksən?
- Əsas hədəflərimdən biri də budu. İnşallah, bacaracam. Hələ 27 yaşım olmayıb. 27 nədi ki?! Ən yüksək səviyyəyə qədər irəliləməyə davam edəcəm.
- Millidən söz düşmüşkən, baş məşqçi yerli, yoxsa əcnəbi olmalıdı?
- Məncə, millidə çalışa biləcək yetərincə yerli baş məşqçi var. Ancaq əcnəbi gəlib xeyir verəcəksə, buyursun, gəlsin. Hamımız millinin yaxşı oyun göstərməsibi, uğurlu nəticə qazanmasını istəyirik.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar