21 fev 12:21aktual

Ramilin dönüşünə təəssüflənirlər...


Arif Əsədov: “Karyerası baxımından götürsək, bu, onun üçün geriyə atılan addımdı”[/b]
Milli komandanın üzvü Ramil Şeydayev həftənin ilk günü “Sabah”a transfer olundu. Bir müddət idi ki, azad agent statusu daşıyan Ramil son olaraq Moskva “Dinamo”sunda çıxış etmişdi. 23 yaşlı hücumçu mövsümün sonuna qədər “Sabah”ın formasını geyəcək.
Karyerası ərzində əsasən legioner həyatı yaşayan Ramil tarixi vətənində, sadəcə, bir klubun - “Qarabağ”ın şərəfini qoruyub. Buna görə də bir çoxları onun yenidən ölkəyə qayıtmasını karyerasında geriyə addım kimi qiymətləndirir. Şeydayevin bu transferi ilə bağlı idman adamlarının fikirlərini öyrəndik.
Hazırda millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərən Arif Əsədov Ramilin yenidən legioner həyatı yaşamaq üçün “Sabah”a transfer olunduğunu söylədi: “Ən düzgün seçimə hər kəs özü qərar verir. Əlbəttə, mütəxəssislər, idman ictimaiyyəti, hamımız istəyərik ki, Ramil xaricdə oynasın. Biz də onun ordakı çıxışına sevinər, fəxr edərik ki, bir yerli futbolçumuz Avropada uğurla çıxış edir. Amma ola bilər, vəziyyət elə gətirib ki, Ramil müəyyən problemlərlə üzləşib. Məsələn, komandası ilə bağlı problem yaşadı, bir az çətinliyi oldu, ayrıldı, yeni komanda tapa bilmədi. Eyni zamanda, formadan düşmək məsələsi də var. Ola bilər, Rusiyada, yaxud başqa ölkələrdə ürəyi istəyən klubu tapmayıb. Bu məqamda da “Sabah”da çıxış etmək variantı ortaya çıxıb. Müsahibəsində də deyir ki, mövsümün sonuna qədər bu komandada qalıb, burdan xaricə getmək istəyir. Oynamaq, formada qalmaq, fiziki cəhətdən əziyyət çəkməmək üçün verdiyi qərarı hardasa düzgün hesab etmək olar. Amma karyerası baxımından götürsək, bu, onun üçün geriyə atılan addımdı. Əlbəttə, futbolçunun verdiyi qərarı, səbəblərini özü daha yaxşı bilir. Düşünmürəm ki, Ramil bura maddiyyata görə gəlib. Mənə elə gəlir ki, o, sırf peşəkar şəkildə oynayıb, təcrübə qazanmaq üçün bu addımı atıb. Onunla birlikdə işləmişəm, millidə çalışmışıq. Onun necə xarakterdə futbolçu olduğunu bilirəm”.
Vaxtilə Rusiyanın mütəxlif klublarında çıxış edən mütəxəssis Ramilin yenidən legioner həyatı yaşaya biləcək potensialda olduğunu düşünür: “Ramil hələ cavandı, 28-30 yaşı yoxdu ki, deyək karyerasının sonlarına yaxınlaşır. Onun potensialı var. Əsas onun öz düşüncələridi. O da bura gəlib, ilişib qalmaq istəmir. Bura gəlib, yenidən Avropaya qayıtmaq istəyir”.
İdman jurnalisti Kənan Məstəliyev də Ramilin “Sabah”a keçidini dəyərləndirərək, bu addıma təəssüfləndiyini bildirdi: “Ramilin Azərbaycana qayıdışına ancaq üzülmək olar. Yenə "Qarabağ"a qayıtsaydı, bunu hardasa normal qarşılamaq olardı. Çünki çempionluğa əsas namizədin heyətinə düşə, özünü bir də sübut edib ÇL-də oynamaq şansı əldə edə bilərdi. "Sabah" Şeydayevin çapında bir klub deyildi, o da oldu. Çox təəssüfedici durumdu. Digər tərəfdən, Ramil açıqlamasında bura müvəqqəti gəldiyini, yayda mütləq Avropaya gedəcəyini deyir. İsrarlıdı, qərarında qətidi, bu da yaxşı məqamdı. Görünür ki, bura, sadəcə, formadan düşməmək, oyun təcrübəsi qazanmaq, geriyə daha hazır qayıtmaq üçün gəlib. İlk təəssürat belədi. Həqiqətən də dediyi kimi olacaqsa, bədbinliyə qapılmamaq üçün müəyyən ümid var. Ramil "Sabah"da sabahını qurmağı bacarmalıdı. Əminliklə deyə bilərəm ki, bu, onun karyerasının ən vacib dövrüdü. Bu mərhələni ağıl, diqqət və həssaslıqla keçmək lazımdı”.
Futbol agenti Vaqif Heydərli isə Şeydayevin keçidini belə şərh etdi: “Transferin, məsələnin təfərrüatını bilmirəm. Amma kənardan baxıb bildiyim odu ki, daha yaxşı komanda tapa bilmədiyi, oyun təcrübəsini artırmaq üçün bu addımı atıb. Oyun təcrübəsinə görə bura gəldiyini düşünürəm. Onun Azərbaycana qayıtmasının nə qədər uğurlu addım olduğunu zaman göstərər".
[b]AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar