12 fev 11:26aktual

“Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi


Hər il fevralın 9–u “Forza Neftçi” üçün əlamətdar gün sayılır. Düz 11 il əvvəl, “ağ-qaralar” qızıl dönəmə qədəm qoyarkən, lap dəqiq desək, 2009-un bu tarixində sonradan varlığı ilə bir çox qrupların, məşqçi və futbolçuların canına vəlvələ salacaq “Forza Neftçi” yaradıldı.
İlk dönəmlərdə sıraları o qədər də geniş deyildi. Kiçik heyətlə başladılar, zamanla böyüdülər, xüsusən də “Xəzər Lənkəran”la “Neftçi” arasındakı “böyük oyun”ların hesabına varlıqlarını futbol ictimaiyyətinə göstərdilər. Yay-qış bilmədən tribunadakı yerini tutan, ev-səfər oyunu bilmədən stadionlara axın edən qrupun üzvləri çılğınlığı və “Neftçi” sevgisi ilə ad çıxarıb. Onların tək istəyi var: “Neftçi”ni çempion gormək, avrokuboklardakı uğurlarına şahidlik etmək.
Təəssüf ki, sevimli komandaları bu dəfə də onların üzünü güldürə bilmədi. Halbuki ad günlərindən bir gün əvvəl Azərbaycan derbisində qələbə qazanmaqla “forzalılar”a ən qiymətli hədiyyə etmiş olardılar. Yenə bacarmadılar, yenə “Forza Neftçi”nin ürəyinə yol tapmaq mümkünsüzə çevrildi.
Bakılıların əzəli rəqibi “Qarabağ”la oyunda qələbəyə həsrət qalmasına baxmayaraq, fanklub üzvləri dekabrın 9-dakı önəmli günü təmtəraqla qeyd etməyi özlərinə borc bilmişdilər. Sosial şəbəkələri bəzəyən şəkillərdə qrupda yer alanların hansısa restoranda bir araya gəldikləri, yeyib-içdikləri, bir sözlə, əyləndikləri açıq-aşkar görünür.
Maraqlıdı, tədbirin təşkilatçısı kim olub? Neçə nəfərlik dəstə ilə yığışıblar? Klub rəhbərliyi səviyyəsində “Forza Neftçi”yə hansı kömək göstərilib? Diqqəti hansı mənada yetiriblər? Bu və başqa sualların cavabını azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyevlə söhbətdə öyrənməyə çalışdıq: “Həmişəki kimi uşaqlar öz aramızda pul yığıb Mərdəkanda restoran sifariş etmişdik. 80 nəfər idik, hamı gücü çatandan qoymuşdu, nəticədə gözəl yığıncaq oldu. Əslində sayımız daha çox ola bilərdi. Sadəcə, bəzi uşaqların işi çıxdı, gələ bilməyənlər oldu. Həm də restoranda yığışanda 200-300 nəfərlə alınmır. Buna baxmayaraq, hər şey ürəyimizcə oldu.
Əslində 11 yaşımızı özümüz üçün uğurlu hesab edirik. “Neftçi” uğursuzluqları sıralasa da, geridə qalan 1 ilin bizim üçün yaxşı alındığını deməliyəm. Xatırlayırsızda, yayda 11 günlük Moldova səfərimiz oldu. Bu səfərdə nə qədər əziyyət çəkdiyimizi illər keçsə də, unutmaq mümkün deyil. Ardınca Tula səfərində komandanın yanında olduq, ilboyu tribunadakı varlığımızı göstərdik. Bizim üçün hərtərəfli uğurlu il oldu. Allah qoysa, 12 yaşımızı bundan da yaxşı qeyd edərik. “Neftçi” yaxşı oynayanda, uğur qazananda, kefimiz qat-qat yaxşı olur, etdiyimiz hər şeyi halal edirik. Özümüz də öz işimizdən zövq alırıq. “Neftçi”də kim bizi incidirsə, haqqımızı onlara halal etmirik. Orda maaş alan hər kəs istər meydanda, istərsə də ondan kənarda “Neftçi”nin adı üçün canını qoymalıdı. Çünki azarkeş qrupu olaraq çox əziyyət çəkirik, cibimizin pulunu xərcləyirik. Bunun qarşılığının heç olmasa, 20 faizini görəndə adama ləzzət edir”.
Şəkillərə baxanda klub rəsmilərindən, rəhbərlərindən, məşqçi və futbolçulardan kimisə görmək mümkün deyil. Bəlkə də tədbirdə iştirak etməyiblər, bəlkə də gəlib tez gediblər, bəlkə də şəkillərdə görünmələrini istəməyiblər. Sən demə... : “Klubdan heç kim gəlməmişdi. Heç bir nəfər də yox idi. Özümüz idik, bir də futzal komandamızın futbolçuları. Desəm ki, 11 illiyimizdən xəbərləri yox idi, yalan olar. Əlbəttə, bilirdilər. Klubun Mətbuat və Marketinq Departamentinin işçiləri sağ olsunlar, rəsmi səhifədə “Forza Neftçi”ni təbrik etmişdilər. “Qarabağ”la oyundan sonra baş məşqçi Füzuli Məmmədov qələbə qazanıb, bizi sevindirə bilmədiklərinə görə üzüldüklərini dilə gətirmişdi. Yəni ad günümüzdən xəbərsiz deyildilər. Bugünkü vəziyyətdə “Neftçi” rəhbərliyi yanımıza necə gəlsin ki? Azarkeşi üzməkdən başqa heç nə etməyiblər. Kubokda büdcədə “Neftçi”dən 10 dəfə zəif olan “Sumqayıt”a “ilişiblər”, çempionatda liderdən 8 xal geridədilər, ortada da düz-əməlli futbol yoxdu. Yenə Füzuli Məmmədov sağ olsun ki, bizim üçün qələbə qazanmaq istəyirdi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar