12 fev 11:24aktual

Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş


“Oyun günü yaxınlaşdıqca, xüsusilə stadiona daxil olanda özümü çox narahat hiss etməyə başladım”
Premyer-liqanın 16-cı turunun mərkəzi oyununda “Qarabağ”la “Neftçi” üz-üzə gəldi. Qolsuz bərabərliklə bitən oyunda bir maraqlı məqam da diqqəti çəkdi. Belə ki, “CBC Sport” vasitəsilə yayınlanan görüşün şərhçilərindən biri xanım idi. Telekanalın əməkdaşı Səmra Əliyeva həmkarı Gündüz Abbaszadə ilə birlikdə Azərbaycan derbisini şərh etdi. Bu, Azərbaycan televiziya məkanında bir ilk idi. Belə ki, ilk dəfə çempionatda bir futbol matçını xanım şərh etdi. Bunu nəzərə alaraq, Səmra Əliyevayla söhbətləşdik.
- Futbol tariximizdə ilk qadın idman şərhçisi olduz. Əvvəlcə təəssüratlarınızı bilmək istərdik.
- Belə bir məsələdə ilkə imza atmaq qürurverici və eyni zamanda məsuliyyətdi. Amma mən kişilərdən ibarət əsas komandaların şərhində, daha dəqiq desəm, çempionat oyunlarında 3-cü şərhçi kimi efirdə olmuşam. İlk dəfə 2015-ci il sentyabrın 20-də keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyununda şərhçi kimi iştirak etmişəm. Bundan əlavə, aşağı yaş qrupları və qızlardan ibarət milli komandaların oyunlarını əsas şərhçi kimi şərh etmişəm. Sadəcə, kişilərdən ibarət əsas komandaların oyununda əsas şərhçi kimi ilk addımım oldu.
- Oyun şərhçilik baxımından sizin üçün necə keçdi? Xüsusilə görüşün qolsuz, “sakit” keçməsi ilk şərhinizdə sizə çətinlik yaratmadı?
- "CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərlidən təklif gələndə, düşünmədən "hə" dedim. Amma oyun günü yaxınlaşdıqca, xüsusilə stadiona daxil olanda özümü çox narahat hiss etməyə başladım. Çox həyəcanlıydım. Bunun oyunun nəticəsinə aidiyyatı olmasa da, mənim üçün çətin idi. Çünki canlı efir həyəcanımı birə on artırırdı. Bundan əlavə, səsimin efirə getməsində texniki problem də yaşandı. Problem qısa müddətdə həll olundu. Müəyyən kadrarxası məqamlar var ki, onlar görünmür. Amma sağ olsun Gündüz Abbaszadə, çox dəstək oldu. Xüsusilə ikinci hissədə bir az da olsa, həyəcanım sovuşdu. Onu da deyim ki, bir ildən çox məzuniyyətdə olmağım, təxminən 3 illik fasilədən sonra yenidən şərhə yazılmağım da həyəcanı, çətinliyi artırırdı.
- Əvvəllər 3-cü şərhçi kimi efirdə olduğunuzu bildirdiz. Bəs hansı sizin üçün çətin alındı? Hər halda, o da bir ilk, sizin üçün yeni təcrübə idi.
- Hər ikisinin ayrıca çətinliyi var idi. O da ilk idi, bu da.
- Oyundan sonra şərhlə bağlı sosial şəbəkələrdə müzakirələr oldu. Bəzi izləyicilər bunu birmənalı qarşılamadı. Buna münasibətiniz necədi?
- Birmənalı qarşılanmayacağını bilirdim. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Sözsüz, xətalar, qüsurlar var idi. Təbii ki, bunlar üzərində çox işləmək, məşğul olmaq lazımdı.
- Bəs sizcə, bunun səbəbi nədi? İnsanların yeniliyi qəbul edə bilməməsidi, yoxsa başqa səbəb var?
- Səbəblər mütəxlifdi. Hər kəsin özünə görə bir səbəbi var.
- Yenidən oyunu canlı şərh etmək planda var? Yenə belə təklif gəlsə, düşünmədən “hə” deyərsiz?
- Məsəhət bilinib təklif gəlsə, razılaşaram. Düşünmədən "hə"yə gəlincə, sadəcə, uzun müddət idi düşünürdüm ki, şərhə qayıtmaq lazımdı. Təklif də gəlincə, razılaşdım. Sanki Rüstəm mənim düşüncələrimi oxumuşdu (gülür).
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar