07 fev 22:07aktual

“Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı


Nail Kərimov: “Akademiyamızın komandaları heç vaxt belə problemlə üzləşməyib”
“Qəbələ”nin futbolçusu, U-17-yə dəvət alan Nuğay Rəşidovun toplanışdan kənarda qaldığını ötən sayımızda xəbər vermişdik. Onu da bildirmişdik ki, “qırmızı-qaralar”ın üzvü sənəd problemi üzündən (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) yığma ilə birgə səfərə çıxa bilməyib. Pasportun yenilənməsinin vacibliyi barədə komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, Rəşidov səhlənkarlıq edərək, yeni pasport almayıb.
Yeniyetmə oyunçunun hansı səsəbdən belə etdiyinə, sənədinin yenilənməsində niyə maraqlı olmadığına aydınlıq gətirmək üçün “Qəbələ” Futbol Akademiyasının baş meneceri Nail Kərimovla əlaqə saxladıq. Görəsən, akademiya rəhbərliyinin məsələdən xəbəri var imiş? Kərimovun reaksiyası belə oldu: “Pasportun müddətinin bitməsinə 3 ay qalmış Türkiyə artıq həmin şəxsi qəbul etmir. Yığmanın inzibatçısı bu haqda uşaqlara məlumat verib. Ancaq Nuğay bunu etməyib. Yaşananlardan xəbərdar olan kimi məsələ ilə maraqlandım. Nuğayın izahatı belə olub ki, mən soruşsam da, konkret cavab verən olmadı. İnzibatçı isə bildirib ki, mən hamıya ətraflı izahat vermişəm. Kimin pasportunun müddətinin bitməsinə 3 ay qalıbsa, mütləq yeniləməlidi. Əslində müddətin başa çatmasına 61 gün qalsaydı, problem yaşanmayacaqdı. Nuğayda isə, artıq bildiyiniz kimi, 60 gün qalıb. Komanda ilə birgə sərhədə qədər gedib, ancaq ordan geri qaytarılıb. Hələ ki Nuğayla görüşə bilməmişəm. Onunla söhbətimizdə hər şeyi bir daha detallı şəkildə öyrənəcəm. Təbii ki, belə işlərdə hər kəs daha məsuliyyətli olmalı, hər xırda nüansa diqqət yetirməlidi ki, sonda xoşagəlməz durumla qarşılaşmasın”.
Nail bəy yeniyetmə futbolçunun pasportunun müddətinin başa çatmasından xəbərsiz olduğunu, ancaq buna görə akademiyanın yox, AFFA-nın məsuliyyət daşıdığını bildirdi: “Akademiyanın U-17 komandası hazırda səfərə hazırlaşmır deyə, heç bir futbolçumuzun pasportunu yoxlamamışıq. Komanda hansısa səfərə hazırlaşanda minimum 6 ay öncədən bütün oyunçuların sənədlərini gözdən keçiririk. İşə yanaşma tərzi var. Akademiya olaraq, biz səfər ərəfəsində hər xırda detalın həll olunduğuna əmin olmaq üçün sənədləri dəfələrlə yoxlayırıq ki, sonra problemlə üzləşməyək. Bu illər ərzində də hansısa komandamızın oyunçusunun belə halla üzləşdiyini xatırlamıram. Kimin sənədində əskiklik varsa, üstündə dayanıb həll edirik. AFFA-nın yanaşması budu ki, oyunçu bu məsələni yoluna qoymalıdı. Bizim və ya assosiasiyanın metodunun doğru olduğunu deyə bilmərəm. Ancaq yenə deyirəm, akademiyamızın komandaları heç vaxt belə problemlə üzləşməyib. Şəxsən özüm və ya bu işlərlə məşğul olan akademiyanın başqa menecerləri əvvəlcədən bütün sənədləri qaydaya salırıq. Yeri gəlmişkən, onu da bildirim ki, Rəşidovun atası dializ xəstəsidi. Xatırlayırsızsa, 2 il əvvəl UEFA-nın Gənclər Liqası üçün bizə ödədiyi vəsaitdən onun atasının müalicəsi üçün müəyyən maliyyə ayrımışdıq. Ola bilsin, bu məsələdə atasının xəstə olması da sözünü deyib”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar