05 fev 11:42aktual

Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür


“Biz vaxtilə ildə bir dəfə yoxlama oyunu keçirirdik”
DÇ-2020-nin elit mərhələsinin son oyununda Slovakiya ilə heç-heçə edən futzal yığmamız xal sayını 4-ə yüksəltsə də, pley-offa vəsiqə qazana bilmədi. Belə ki, qrupun son oyununda Xorvatiyanı məğlub edən Rusiya birinci pilləni tutaraq mundialın final mərhələsinə birbaşa vəsiqə qazandı. 6 xala malik olan meydan sahibləri isə ikinci pillədə qərarlaşmaqla pley-offda iştirak hüququna yiyələndi. İki oyunda uduzan komandamızın qrupdakı çıxışı heç də birmənalı qarşılanmayıb. Xüsusən da yığmanın turnirə lazımi şəkildə hazırlaşmaması diqqəti çəkdi. Bəs səbəblər nədi? Uğurlu çıxışa nə mane oldu? Bu suallarla mütəxssislərə müraciət etdik.
Elman Ələkbərov: “Belə baxanda, 4 xal yığdıq. Bu isə o qədər də pis deyil. Alesio deyir ki, komandam 80 faiz hazır idi. Elə bu da 4 xal edir. Ola bilər ki, 60-70 faiz hazır olub komanda. Ancaq əlbəttə, Slovakiyanı udmaq lazım idi. Bir məşqçi çıxıb “komandam hazır idi” deyirsə, mən necə əksini deyim?. Ola bilər ki, tam hazır olmamaq üçün heyətdə nəsə problem olub. Rəhbərlik komanda üçün nə lazımdısa, edib. Biz vaxtilə ildə bir dəfə yoxlama oyunu keçirirdik. Novruz bayramı ilə bağlı turnir olurdu. Düzdü, orda da başqa ölkədən komandalar gəlirdi. Ancaq indi 7-8 yoxlama oyunları keçirilir, turnirlərə qatılırlar. Klublar da pis işləmirlər. Başa düşmürəm, problem nədi? Üstəlik, heyətdə yaxşı uşaqlar da var. Mənə maraqlıdı, komandada 4 braziliyalı var. Slovakiya ilə oyunun son 5 saniyəsində qol vurduq. Bəs niyə görüşün bitməsinə 4-5 dəqiqə qalmış yalandan topu sola-sağa atırdılar? Deməli, bunlara kimsə nəsə demir. Çox gec ayıldıq. Bəlkə də arxayın olublar. Ki, ruslar slovakiyalıları fərqli hesabla udub, biz də udarıq. Altı xal da qazana bilərdik, amma olmadı. Düzdü, Rusiyanı udmuşuq. Ruslar isə dünyanın 4-5 güclü komandasından biridi. Bilmirəm nə olub, necə olub. Ancaq Rusiya həqiqətən güclüdü. Onları udmuşuqsa, deməli, komandada potensial var. Futbolda belədi ki, bu nəticədən sonra biz Slovakiyanı dağıtmalıydıq. Xatırlayırsızsa, milli komandamız o vaxt Kosovonu udmalıydı. Ancaq alınmadı. İdman belədi. Futbol üzrə ölkə çempionatını götürün. “Neftçi” “Sumqayıt”ı uda bilmir. Məgər “Neftçi”də çalışanlar – Ceyhun Sultanovla Kamran Quliyev peşəkar deyillər? Üstəlik, “Sumqayıt”da legioner də oynamır. Ancaq necə olur ki, “Neftçi” onları uda bilmir? Deməli, futbolda hər şey olur. Rusiyanı udublar, ola bilsin, Slovakiyaya qarşı psixoloji cəhətdən hazır olmayıblar”.
Ağatahir Əzimov: “Qrupdan çıxa bilməməyimizə səbəb rəqiblərin güclü olması idi. İlk oyunda Xorvatiyaya uduzduq. Elə şeylər yazırdılar ki, guya xorvatlar elə-belə komandadı. Qrupda ən zəif rəqib Slovakiya göstərilirdi. Ancaq onlar da zəf deyildi. Yalnız Rusiya ilə oynaya bilmədilər. Hamı eyni gücdə komanda idi. Hər iki oyunda geri düşdük. Birincidə dəyişikliyimiz alınmadısa, ikinci görüşdə qalib gələ bildik. Slovakiyaya qalib gəlsəydik belə, qrup səddini adlaya bilməyəcəkdik. Çünki gərək ruslar xorvatları fərqli hesabla məğlub edəydi. Gördüz ki, bu da olmadı. Məncə, sonuncu oyunda qalib gəlmək üçün uşaqlarda həvəs çox idi. Həm də həyəcanlıydılar. Çoxsaylı imkanlar oldu, vura bilmədilər. Buna izah tapa bilmirəm. Demək olar ki, təkqapı oyun gedirdi. O qədər epizoddan lazımınca yararlana bilmədik. Hətta boş qapı olurdu, qapıçı uzanırdı yerə. Yenə onun ayaqlarına vururdular. Desək ki, oyunçuların texnikası yoxdu, bu da doğru olmaz. Neçə illərdi hamısı futzal oynayır. Bunları ordan-burdan tutub gətriməyiblər. Ola bilsin, həyəcan mane olurdu. Komandamızın hazırlığı yüksək səviyyədə idi. Zəif olsaydıq, rusları məğlub edə bilməzdik. Bilirsiz ki, onlar çox güclüdü, həmişə final mərhələsində oynayıblar. Biz zəif deyildik, sadəcə, rəqiblər də zəif deyildi. Yenə deyirəm, Slovakiyanı lap 4 top fərqi ilə udsaydıq belə, gərək ruslar xorvatları fərqli yenəydi. Biz Xorvatiyaya iki top fərqiylə uduzduq, ancaq rusları bir qol fərqiylə udduq. Bizə lazım idi ki, Rusiya Xorvatiyanı 3 top fərqiylə üstələsin. Biz də Slovakiyanı məğlub edib qrupdan çıxaq. Ancaq alımadı”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar