04 fev 12:25aktual

“Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim”


Ramil Şeydayevdən geniş və maraqlı müsahibə...
“Sport-Ekspress”in əməkdaşı Aleksandr Krujkov qəzetin dünənki sayı üçün yığmamızın üzvü Ramil Şeydayevdən geniş müsahibə götürüb. Girişi və müsahibəni müəyyən ixtisarla təqdim edirik.
Nə vaxtsa onun gələcəyi aydın görünürdü. “Zenit-2”də birgə çalışdıqları Vladislav Radimov Şeydayevi klubun son illərdəki ən istedadlı yetirməsi sayırdı. 2013-də Avropa çempionluğunu qazandığı U-17-nin baş məşqçisi Dmitri Xomuxa isə Ramili Rusiya yığmasının DÇ-2018-dəki əsas forvardı kimi görürdü. Ancaq... Şeydayev əvvəlcə “Zenit”dən getdi, sonra vətəndaşlığını dəyişdi, Azərbaycan yığmasında oynamağa başladı. Coğrafiya genişləndi – “Trabsonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”. 2019-un yayında Şeydayev Moskva “Dinamo”su ilə müqavilə bağladı, ancaq orda da duruş gətirmədi.
- İndi hardasız?
- Evdə, Piterdə.
- Formanı necə saxlayırsız?
- Özümü buraxmıram, fiziki hazırlıq üzrə məşqçi ilə işləyirəm. Ümid edirəm ki, yaxın günlərdə yeni klubla bağlı məsələyə aydınlıq gələcək, onda dərhal toplanışa can atacam.
- Hansı variantlar var?
- “Dinamo”dan gedəndən sonra Rusiya premyer-liqasından bir neçə təklif aldım. Xaricdən də çağırırlar.
- Fikriniz nədi?
- Düşünürəm. Hələ vaxt var.
- Sobolev “Krılya”nı tərk etdi, Samaraya dönüş realdı?
- Şərhsiz.
- “Dinamo” ilə vidalaşmalı olacağınızı nə vaxt anladız?
- İlk turlarda müntəzəm oynayırdımsa, avqustun ortalarında yalnız iki dəfə sonradan meydana çıxdım. Yeni məşqçinin gəlişi ilə heç nə dəyişmədi. Daha yarım il ehtiyatda oturmağın mənası nə idi? Qarşılıqlı razılıqla müqaviləni pozmaq hər iki tərəfi razı salan variant idi.
- Belə mövsümdən sonra özünüzdən şübhələnməyə başlamamısız?
- Heç bir halda. Vəziyyətdən çıxmaq və irəli hərəkət etmək lazımdı. İstənilən forvardın həyatında uzun müddət qol vura bilmədiyi dönəmlər olur.
- “Zenit”lə Rusiya, “Jilina” ilə Slovakiya, “Qarabağ”la Azərbaycan çempionu olmusuz? Qızıl medallar özünüzdədi?
- Bəli. Düzdü, Piterdə mükafatlandırmada mənə medal vermədilər. Yəqin haqq etmədiyimi düşünüblər.
- Xətrinizə dəydi?
- Çox. İqor Simutenkov sağ olsun, özünkünü verdi.
- Bu necə oldu?
- Həmin axşam yaxınlaşdı, medalı uzatdı: “Ramil, götür”. Etiraz etməyə başlayanda Simutenkov çiynimə vurdu: “Götür, götür... Haqq etmisən!” Həm kədərlənmişdim, həm də pərt olmuşdum.
- Medal adlıdı?
- Xeyr.
- Həmin mövsüm “Zenit”in heyətində neçə oyun keçirdiz?
- 5.
- Villaş-Boaş oyununuzu necə şərh edirdi?
- Heç cür. Ümumiyyətlə, onunla danışığım olmamışdı.
- Bəs bir dəfə toplanışda yatıb qalmağınıza, məşqə gecikməyinizə necə reaksiya göstərdi?
- Sakit. 15 dəqiq gecikdim. Af-uf edə-edə yaxınlaşdım. Boaş xəttin yanında görəndə əlini yellədi ki, yaxşı, başla.
- Cərimələdi?
- Yox. Adətən, buna görə cəzalandırırlar, ancaq mənim bəxtim gətirdi. Hələ ki karyeram ərzində bir dəfə də cərimələnməmişəm.
- “Zenit”də möhkəmlənmək üçün sizdə nə çatışmadı? Etimad?
- O da həmçinin. Ancaq məşqçini də anlamaq olar. Hücumda geniş seçim imkanı varsa, çox az adam əvəzedicilərdən gələn oğlana bel bağlayar.
- 2015-də “Rubin”də göründüz.
- Tarixçə belədi. Kazana Rinat Bilyaletdinov dəvət etdi. Tezliklə onu qovdular və Çalıyı təyin etdilər. Onun vaxtında şansım yox idi, dərin ehtiyatda oturmuşdum. Qışda Piterə qayıtdım.
- Vladislav Radimovun sözlərinə görə, “Rubin”dən əzilmiş, sınmış vəziyyətdə dönmüsüz.
- Yox-yox. Sadəcə, itirilən vaxta heyfim gəlir. Sınmaq dəqiq yox idi. Belədə “Zenit-2”nin heyətində 12 oyunda 10 qol vura bilməzdim. İyulda müqavilə müddəti bitdi və Türkiyəyə getdim.
- Bu gün də belə hesab edirsiz ki, düz hərəkət ediz?
- Yüz faiz!
- Doğrudu ki, həmin vaxt “Spartak”a keçə bilərdiz?
- Söz-söhbət gəzirdi, ancaq konkretlik yox idi.
- “Trabsonspor” nə ilə cəlb etdi?
- Variantlar çox idi – həm Rusiyada, həm də Avropada. Uzun-uzadı düşünəndən sonra “Trabzon”u seçdim. Yarım ildən sonra aydın oldu ki, məşqçi mənə bel bağlamır. “Jilina”ya yollandım. 13 oyunda 5, ya da 6 qol vurdum. Düşündüm ki, “Trabzon”da yenidən özümü göstərmək şansım olacaq, ancaq yenidən icarə təklif etdilər – indi də sensasion şəkildə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ”a. Sonra isə “Krılya” və “Dinamo” oldu.
- “Trabsonspor”a keçid səhvdi?
- Yox. Heç nəyə təəssüflənmirəm. Hər şey olmalı olduğu kimi gedir. Yeri gəlmişkən, Türkiyədə oynamaq ləzzət verir. Fantastik anturaj var. Hər oyunda tribunalar dolur, azarkeşlər nəsə qışqırır, oxuyurlar. Müdafiədə 10 adam saxlayan komandalar yoxdu. Əksinə, hamı hücumameyilli, kombinasiyalı oyun göstərməyə çalışırlar.
- Belə görünür, o yerlərə qayıtmağın əıleyhinə deyilsiz.
- Amma bax yox.
- Niyə?
- Türkiyədə nəsə xoşuma gəlmədi. Bunun futbola çox az dərəcədə dəxli var. Kimsəni incitməmək üçün konkretləşdirmək istəmirəm.
- Rusiyalılardan fərqli azərbaycanlılar orda legioner sayılmırlar?
- Elədi ki var.
- Kimsə güman edirdi ki, məhz bu üzdən vətəndaşlığı dəyişmisiz.
- Yox, bunlar heç cür bir-biri ilə bağlı deyil.
- Sizi bütün dünya fikrinizdən daşındırmağa çalışırdı – Radimov, Xomuxa, Pisarev...
- Olub. Ancaq həmin vaxt mən artıq hər şeyi qətiləşdirmişdim.
- Deyirlər ki, Bakıda doğulan və Azərbaycan üçün oynamağınızı istəyən atanızın sözü həlledici olub.
- Atamın bu məsələyə qətiyyən aiddiyyatı yoxdu.
- Onda daha bir versiya. Xomuxadan soruşublar: “Rusiyanın bütün yaş qrupu yığmalarında oynayan Şeydayevin indi Azərbaycanda çıxış etməsinin günahkarı kimdi?” O cavab verib: “Agentlər. Onlar bunda futbolçudan daha çox maraqlı olublar”.
- Heç də belə deyil. Mənə heç kim təzyiq göstərməyib, özüm qərar vermişəm. Bu şüurlu seçim idi və zərrəcə təəssüflənmirəm.
- Əsas dəlil?
- Rusiya yığmasına nə vaxt düşəcəyimi, ümumiyyətlə, bunun mümkün olub-olmayacağını bilmirdim. Ancaq burda Avropada parlamaq üçün gözəl imkan var. Güclü yığmalara qarşı oynayıram, təcrübə yığıram. Artıq 4 qol vurmuşam.
- Kimə?
- Almaniya, Xorvatiya, Slovakiya və Bəhreynə.
- Yığmanız AÇ-2020-nin seçmə mərhələsində cəmi 1 xal yığdı.
- Ancaq necə xal! Bakıda xorvatlarla 1:1 etdik. Zaqrebdə də onlarla başabaş oynadıq, 1:0 öndə idik, ancaq sonra iki top buraxdıq.
- Beylə qarşı da oynamısız.
- Bax o heç də parlaq təsir bağışlamadı.
- Elə bir an oldu ki, cinahda onu ötdüz və azarkeşlərin alqışını qazandız.
- Hə, olub. Bunda nə var ki?
- Beyl dünyanın ən sürətli futbolçularından biridi!
- Mənə belə görünmədi. Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim.
- Vətəndaşlığı dəyişənə qədər Azərbaycan dilini bilirdiz?
- Yox. Yavaş-yavaş öyrənirəm. Yığmada hamı ilə rus dilində danışıram. Heç bir problem yoxdu.
- Düz anlayıram, indi yığmanızın məşqçisi yoxdu?
- Tam doğrudu. Dekabrda Yurçeviçi istefaya göndərdilər. Yenisini hələ təyin etməyiblər.
- Hesab etmirsiz ki, Azərbaycan pasportu ilə Rusiya premyer-liqasında komanda tapmaq xeyli çətindi?
- Yox. Hər şey məndən asılıdı. Yaxşı oynasam, qol vursam, pasportu lap sonda xatırlayacaqlar.
- Hər səhəriniz namazla açılır?
- Bəli.
- Çoxdan?
- Artıq dörd ildi. Din yoluna özüm gəlmişəm. Hərçənd valideynlərim də dindardı.
- Yaxınlarda Artur Beterbiyevdən eşitdim: “Spirtli içkilərin heç dadına da baxmamışam. Din icazə vermir. İslama görə alkoqol üzündən ölən adamın duaları 40 gün ərzində qəbul olunmur. Ölərsə, pis adam kimi ölür. Bu ki qorxuncdu! Allaha itaət etmədən necə ölmək olar?
- Hər sözün altına qol qoyuram.
- Sizin üçün də alkoqol tabudu?
- Təbii ki. Heç vaxt yoxlamamışam.
- Yeni ildə nə ilə qədəh toqquşdurursuz? Şirə ilə?
- Heç nə ilə. Belə vərdişim yoxdu.
- Hətta zəng çalınanda da?
- Bəli. Niyə təəccüblənirsiz?
- Onda son sualımdı – Yeni ildə nə arzuladız?
- Mən heç Yeni ili qeyd etmədim. Həmin vaxt Rusiyada deyildim.
- Bəs hardaydız?
- Sirdi.
- Bəlkə Məkkədə?
- Artıqdı.
- ?
- Çalışmayın, onsuz da deməyəcəm. Bu şəxsi işdi. Sadə yazın – Yeni ili qeyd etməmişəm. Qalanı əhəmiyyət daşımır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar