14 apr 14:29aktual, manset

Ramin Musayev Naxçıvan söhbətinə nöqtə qoydu

Ramin Musayev Naxçıvan söhbətinə nöqtə qoydu
“Klublar azarkeşlərini düşünürsə, onları Naxçıvana aparmaq üçün yol tapa bilərlər”

Kubokun final qarşılaşmasının Naxçıvana salınması birmənalı qarşılanmır. Artır bir neçə gündü narazılıq dalğası baş qaldırıb. Azarkeşlər, klub rəsmiləri, futbol ictimaiyyəti, bir sözlə, böyük əksəriyyət bu qərara qarşıdı. Alternativ variant kimi “Əlincə Arena”nı, Lənkərandakı “Fırtınalar meydanı”nı göstərənlər var. Qəzetimizin ötən sayına açıqlama verən “Qarabağ”la “Qəbələ”nin menecerləri – Asif Əsgərov və Səbuhi Səfiyarlının bu məsələdə mövqeyi olduqca düşündürücüdü. Hər iki klub rəsmisinin dediklərində böyük həqiqət payı var. Qısası, Naxçıvan variantının seçilməsində hər kəs Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi günahkar bilir. Aydınlıq gətirilməsi vacib qaranlıq məqamlar yetərincə olduğundan, qurumun rəhbəri ilə əlaqə saxladıq.
- Mətbuatda yazılanları oxuyursuz?
- Əlbəttə.
- Son günlərin əsas söhbət mövzusu kubokun final görüşünün keçiriləcəyi məkandı. Veriləcək sualların sayı isə kifayət qədərdi.
- Buyurun, eşidirəm.
- Final matçının Naxçıvanda keçirilməsi birbaşa sizin qərarınızdı, yoxsa AFFA rəhbərliyi ilə ümumi müzakirələrin nəticəsi kimi qəbul edək?
- Martın 15-də keçirilən Hesabat Konfransında rəhbər şəxslərlə görüşümüz oldu. Final oyununun harda keçirilməsi ilə bağlı müzakirələr aparıldı, fikirlər dinlənildi. Belə qərara alındı ki, həlledici qarşılaşma bölgədə keçirilsin. Həmin bölgə isə Naxçıvan seçildi. Yəni sırf Ramin Musayevin istəyi əsasında baş tutmayıb.
- Ortaya sual çıxır: niyə Lənkəranda yox? Bəlkə bilmədiyimiz nələrsə var?
- Lənkərandakı stadionun ot örtüyündə problemin olması ilə bağlı məlumat əldə etdik.
- Məlumatı “Xəzər Lənkəran”dan aldız, yoxsa özünüzə yaxın olan adamlardan?
- Yaxın deyəndə ki... Bu işi öz işçilərimə həvalə etmişdim. Onlar mənə örtüyün yaxşı vəziyyətdə olmadığını dedilər.
- “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu stadionun final matçını qəbul etməyə hazır olduğunu bildirib. Hətta qazonun şəkillərini sosial şəbəkədə paylaşa biləcəyini də diqqətə çatdırmışdı.
- O Hüseyn Cəbrayıloğlunun fikridi. Mən sizə aldığım məlumatı dedim. Təbii ki, biz də Lənkərandakı stadionun bütün tələblərə cavab verməsini arzulayırıq. Amma qazonun durumunun ürəkaçan səviyyədə olmadığını dedilər.
- “Əlincə Arena” ki şəhərin mərkəzində deyil. Həm də İslam Həmrəyliyi Oyunlarına qarışacağı yoxdu. Azarkeş tutumu tələblərə cavab verir, qazonun durumu da həmçinin.
- Siz mənə deyin, oyunun Naxçıvanda keçirilməsinin pis cəhəti nədi?
- Əvvəla, hər iki klubun narazılığı var.
- Konkret kim narazıdı, nədən narazıdılar?
- “Qarabağ”dan Asif Əsgərov, “Qəbələ”dən Səbuhi Səfiyarlı qəzetimizə açıqlamalarında bəzi məqamlara toxunublar. “Klubların da mövqeyi öyrənilsə, daha yaxşı olardı” – bu sözlərin müəllifi Asif bəydi.
- İndiyə qədər hansı oyunun harda keçirilməsi ilə bağlı kimdən razılıq almışıq ki?
- Mən sizə klub rəsmilərinin mövqeyini çatdırıram.
- Başa düşürəm. Sualı da həmin şəxslərə ünvanlayıram.
- Hər halda, narazılıq var.
- Narazıdılar, özləri bilərlər. Final oyununun Naxçıvanda keçirilməsində pis heç nə yoxdu. Neçə gündü zənglər gəlir, təşəkkür edilir, bizi dəstəkləyirlər. Dünən millət vəkili Aqil Abbas zəng vurmuşdu. Aqil bəy futbolu sevən adamdı, bunu siz də yaxşı bilirsiz. Bu qərara görə minnətdarlığını bildirdi. “Naxçıvanda olan futbolsevərlər də onları yada saldığınıza görə sevinəcək” – bu sözlər Aqil Abbasa məxsusdu. Odu ki, məsələni şişirtməyə ehtiyac görmürəm. Klublar azarkeşlərini düşünürsə, onları Naxçıvana aparmaq üçün yol tapa bilərlər.
- Ən sərfəli variant yolu İrandan salmaqdı ki, bir çoxunun xarici pasportu yoxdu. Qəbələlilər rayon camaatı sayılırsa, ağdamlılar qaçqın statusuna sahibdi.
- Vallah, nə deyim. Pasport almaq imkanımız yoxdu ki, alıb hamısına paylayaq. İnşallah, oyundan sonra orda görüşərik. Deyəcəksiz ki, bu qərarı qəbul etməklə düzgün addım atmısız. 2013-də superkubok Naxçıvanda keçirilmişdi, heç bir problem olmamışdı. Bu dəfə də olmayacaq.
- Oyunun maraqlı keçəcəyinə, yerli insanların qarşılaşmaya maraq göstərəcəyinə şübhə yoxdu. Həssas nöqtə “Qarabağ” və “Qəbələ” azarkeşlərinin matçı canlı izləmək imkanından məhrum olmasıdı. Futbol onlar üçün oynanılır, onlar da narazıdı.
- Azarkeşlərə böyük hörmətim var. Elə səs-küy qalxıb ki, sanki Naxçıvana gedib-gəlmək əlçatmaz işdi, mümkünsüzdü. Getmək imkanı olmayanlar oyuna televizorda baxa bilər.
- Naxçıvana getmək çətin deyil. Sadəcə, maddi baxımdan hər adamın imkanı çatmır. Azarkeşdi, komandasının yanında olmaq, tribunada dəstək vermək istəyir.
- İnşallah, oyun başa çatandan sonra ordakı ab-havanı görən hər kəs razı qalacaq.
- “Komandalar eyni oteldə qalacaq, bu isə qeyri-etik bir şeydi” – bunu Səbuhi Səfiyarlı deyib. “Bildiyimizə görə, PFL-in qonaqları üçün də həmin otel nəzərdə tutulub” – bu açıqlamanı isə Asif Əsgərov verib.
- Mən hər dəfə Naxçıvana gedəndə həmin oteldə - “Duzdağ”da qalıram. Heç bir problem yoxdu. Klublara da məsləhət görmüşəm ki, istəsəz, orda qala bilərsiz. Kim orda qalacaq, kim başqa otel seçəcək – bu artıq öz işləridi, məlumatım yoxdu.
- Naxçıvanda bütün tələblərə cavab verən bir nömrəli otel “Duzdağ”dı deyə, hər iki komanda orda məskunlaşacaq. Təsəvvür edin, iki rəqib komanda eyni oteldə...
- Bunu fikirləşən, problemə çevirən adamlar başqa otel sifariş edərdi. Tək “Duzdağ” deyil ki.
- 5 ulduzlu otel təkcə odu axı.
- 5 olmasın, 4 ulduz olsun.
- Başqa bir problem doğuran məsələ təyyarəyə bilet sifarişidi. Bir həftə əvvəldən bütün yerlər dolur. Bununla bağlı AFFA, yaxud PFL rəhbərliyi hansısa tədbirlər görəcək?
- Biletlə bağlı çətinlik olmamalıdı. Maraqlanmışıq, ehtiyac duyulacağı təqdirdə AZAL-ın əlavə reys təşkil etmək imkanı var. Klublar azarkeşlərini Naxçıvana aparmaqla bağlı problemi biletdə görürlərsə, indidən AZAL-a müraciət etsinlər. Heç bir problem olmayacaq.
- AFFA prezidenti Rövnəq Abdullayev oyunu canlı izləyənlər arasında olacaq?
- Hamımız orda olacağıq. Rövnəq Abdullayev də, Elxan Məmmədov da, mən də, Muxtar Respublikanın rəhbərliyi də.
- Azarkeşləri hansı sürprizlər gözləyir?
- Maraqlı oyun.
- Bu öz yerində, şübhə etmirik. Məsələn, bədii hissə ilə bağlı.
- Bədii hissə özümüz kimi sadə olacaq.
- Röya, Zülfiyyə Xanbabayevə, Miri Yusif...
- Yaxşı deyim var, gələrsən, görərsən. Səbirli olaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar